Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şok iddia: Çempionlar Liqasında danışılmış oyun

Çempionlar Liqasının 2-ci turunda oynanılan PSJ - "Srvena Zvezda" matçı ilə bağlı araşdırma başlanıb.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, ÇL-in qrup oyunu hesabının əvvəlcədən müəyyənləşdirildiyi haqda şübhələr var. Bu barədə "Associated Press" məlumat yayıb. Mənbənin xəbərinə görə, oktyabrın 3-də baş tutan və PSJ-nin 6:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanın nəticəsi əvvəlcədən müəyyənləşdirib. Buna işarə edən səbəblərdən biri odur ki, "Srvena Zvezda" klubunun rəsmilərindən biri başqa şəxslərlə birlikdə bu klubun "5 top fərqlə uduzacaq" variantına milyon avro pul qoyuluşu edib.

Xatırladaq ki, PSJ-nin böyükhesablı qələbəsi ilə (6:1) bitən oyunda qolları Neymar (20, 22 ve 81-ci dəqiqələrdə), Kavani (37), Di Maria (42) və Mbappe (70) vurub.

Son xəbərlər
Bütün xəbərlər »