Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saytların bloklanması ilə bağlı qərar qüvvədə qaldı

24saat.org və Xural.com saytlarının apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Xural.com və az24saat.org saytlarının bloklanması ilə bağlı Səbail rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

Bizimyol.info xəbər verir ki, Xural.com saytının şikayətinə hakim Tofiq Paşayevin sədrlik ediyi kollegiya baxıb. Xural.com saytının baş redakoru Əvəz Zeynallı çıxış edərək, Səbail rayon məhkəməsinin qərarını anlaşılmaz və qanunsuz adlandırıb. O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytın bloklanması ilə bağlı məhkəməyə təqdim ediyi yazıların heç biri rəhbərlik ediyi sayta aid deyil. “Həmin yazılar digər media orqanlarından dərc edulmiş materiallardır və istinadla Xural.com saytında da yayımlanıb” - deyən Əvəz Zeynalllı Səbail rayon məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

Müşavirədən sonra hakim şikayətin təmin edilməməsi barədə qərarı elan edib.

Az24saat.org saytıının apellyasiya şikayətinə isə hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılıb.

Vəkil çıxış edərək bildirib ki, saytın bloklanması ilə bağlı qərar əsassız və qanunsuzdur:

“NRYTN özü o qərar gəlib ki, az24saat.org saytında gedən yazılarda böhan , yalan və qərəzli məlumat var və bloklanmalıdır. Halbuki hər hansı yazının, yaxud ifadənin böhtan olmasını təsdiq edən məhkəmə qərarı olmalıdır. Yazılarda əks olunan fikirlər jurnalisin mülahizəsidir. Həm Azərbaycan Konstiusiyası, həm də Azərbaycanın raifikasiya etdiyi Avropa Konvensiyası, şəxsi fikrinə və mülahizəsinə görə jurnalistlərin cəzalandırılmasını qadağan edir” – deyən baş redaktor qərarın ləğvini istəyib.

Məhkəmə müşavirədən sonra şikayətin təmin edilməməsi barədə qərarı elan edib.

Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasını təmin edib.

Avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytları ilə bağlı nazirlik məhkəməyə mürcviət edib və hər üç iddia təmin oluanaraq adıçıəkilən saytların da bloklanması barədə qərar qəbul edilib.

Bu qərardan verilmiş apellyasiya şikayətinə əsasən, avqustun 9-da Arqument.az saytının rəhbərliyinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi təyin edilib və Bakı Apellyasiya Məhkəməsi Arqument.az saytının bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edilməsi barədə qərar verib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »