Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Voleybolçu qadının qətli ilə bağlı məhkəmədə qalmaqal
Bakı Ağır Cinayətlər Məhkəməsində qadını boğub, daha sonra başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib. Bizimyol.info hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Ələsgərov yenidən ifadə verib.

Qeyd edək ki, Namiq Vəkilov ifadəsində Anjelikaya Elşən Ələsgərovun borcu olduğunu və bu səbəbdən Ellşən tərəfindən öldürüldüyünü deyib. Elşən isə ifadəsində bunu inkar edib və bildirib ki, istintaq araşdırması ilə onun həmin zaman evdə yox, işdə olduğu sübuta yetirilib.

Cinayət işinə yeni qoşulan vəkil Adəm Məmmədovun təkidi ilə yenidən dindirilən çahid bildirib ki, təqsirləndirilən şəxsi də tanıyır mərhum qadını da. Anjelikanın evinə həyat yoldaşı ilə bir dəfə pərdə asmağa getdiyini deyən Elşən vurğulayıb ki, son iki ildir onu görməyib. O, Anjelikaya borcu olmadığını da əlavə edib.

Təqsirləndirilən isə şahidin yalan danışdığını, Anjelika Morozovanın E.Ələsgərov tərəfindən öldürdüyünü deyib: "Elşən mənə hədə-qorxu gəldi ki, hadisə barədə heç kəsə danışmayım. Elşən qadının evindən çıxanda gördüm. Mən içəri daxil olanda çölə çıxardıb, maşına mindirdi. İki qızıl üzük verib, Qazaxa getməyimi dedi. Elşənin qadına borcu var idi".

Şahid E.Ələsgərov da təqsirləndirilən şəxsin yalan danışdığını qeyd edib.

Şahid E.Ələsgərovla N.Vəkilovun ailə üzvləri məhkəmədə mübahisə etdikləri üçün hakim hər iki tərəfə xəbərdarlıq edib.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

Hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Başına sellofan torba keçirilmiş vəziyyətdə qadının meyit tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub. Onu qətlə yetirməkdə təqsirləndirilən Qazax rayon sakini Namiq Vəkilov Qazax rayonunda saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »