Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Son hadisələr idarəolunmaz hərc-mərcliyə aparır»

«Son hadisələr idarəolunmaz hərc-mərcliyə aparır»
Bölmə :
Müsahibə
Yayım tarixi :
18/7/2012 [13:15]
Baxılıb :
2872 dəfə
Aslan İsmayılov: «Sosial şəbəkələrdə insanların hakimiyyətə nifrətini görürsən. Bu çox ciddi və təhlükəli məsələdir»

«Hamımız bir qatarda başıaşağı uçuruma gedirik, fərq ondadır ki, Prezident Administrasiyası, nazirlər lüks vaqonda, mənim kimilər kupedə, qalanı ümumi vaqondadır»

Tanınmış vəkil Aslan İsmayılov «Bizim Yol» qəzetinə müsahibəsində ölkədə baş verən son hadisələrə münasibət bildirib. Prezidentin müxalifəti kəskin tənqid etməsi, baş verən qanunsuzluqlara dövlət qurumlarının münasibəti, gedişatın ölkənin gələcəyinə təsiri, mülkiyyət problemləri söhbətimizin əsas mövzusu oldu. Aslan İsmayılovla geniş müsahibəni təqdim edirik. 

- Aslan müəllim, bir neçə gün əvvəl facebook sosial şəbəkəsində “prezident məni onu müdafiə etməyə yer qoymadı” yazmışdınız. Bu qənaətə nədən gəldiniz?

- Bəli, mən «Azadlıq» qəzetindəki müsahibəmi səhifəyə qoymuşdum, dediyiniz fikir də müsahibədən çıxarış idi. Orda da bəziləri yazmışdı ki, prezidentin Aslan İsmayılovun müdafiəsinə ehtiyac yoxdur. Amma mən həmin fikri o mənada işlətmişdim ki, ictimai rəydə fikir yürütmək üçün hazır olmalısan. Çünki adamı buynuzla qarşılayırlar. Xatırlayırsanmı, sən və həmkarın Natiq Ədilov mənim otağımda az qala dumbuz davasına çıxırdıq.

- Xatırlayıram. Bu barədə fikirlərinizi bir qədər də geniş geniş almaq istəyirik.

- Əvvəla, mən 2005-ci ildə prezidentlə görüşdən sonra ona tam inanmışdım. Yəni o mənada ki, tamam başqa bir ölkə qurulucaq, fərqli proseslər gedəcək. Həm də sonrakı dövrlərdə də prezidentə bir neçə dəfə müraciət etdim qaldırdığım məsələlər həllini tapdı. Ancaq mən heç zaman şəxsi xahiş etməmişəm, yəqin bunu etmədiyimdəm, kimlərəsə möhtac olmadığıma görə mənimlə bütün əlaqələri kəsdilər.

- Sualımı başqa cür qoyuram, sonuncu açıqlamanızın kökü nədən qaynaqlanır?

- Elə prezidentin sonuncu çıxışından. Bu çıxışa qədər Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun məlum çıxışı olmuşdu və mən bundan dəhşətə gəlmişdim. Ona görə ki, administrasiyanın ictimai-siyasi şöbəsinə rəhbərlik edən şəxs vətəndaşlara deyir ki, başqa cür düşünənin gözünü çıxartmaq lazımdır. Mən bu barədə facebook-da yazmışdım ki, Əli Həsənov vətəndaş müharibəsinə çağırış etdi. O başqa məsələdir ki, qonşuları, beynəlxalq təşkilatları hədəfə almaqla bütün dünyanı da bizimlə düşmən etdi, həm də ölkə daxilində də düşmənçiliyə çağırış oldu. Ancaq mən Əli Həsənovun çıxışına xüsusi reaksiya verməmişdim, çünki onun dünyagörüşünə, danışıq tərzinə bələdəm. İlham Əliyev isə Moskvanın bir nömrəli təhsil ocağında oxuyub və Heydər Əliyevin ailəsində böyüyüb. Səmimi deyirəm, ola bilsin bu fikirlərimə görə məni sərt tənqid edəcəklər, təkrar edirəm: bu gün də prezidentdən belə çıxış gözləmirdim. Ona görə ki, o cür çıxışı prezident heç zaman edə bilməz.

- Siz daha çox hansı ifadənin üstündə dayanırsınız?

- Yəni bu gün narazı olanlar düşmən və milli satqındırlar, belə şey demək olarmı? Mənim özüm də “Eurovision” günlərində müxalifətə mitinqlərin keçirilməməsi ilə bağlı müraciətim olmuşdu. Çünki bu cür beynəlxalq tədbirlər ölkədə hər il keçirilmir. Amma buna görə sosial şəbəkədə çoxlu basqılarla üzləşdim. Bütün bunlara baxmayaraq aksiya keçirənlərə düşmən gözü ilə baxmaq olmaz. İkinci, prezident deyir ki, mitinq keçirənlər xarici ölkə vətəndaşlarını aparıb paytaxtın bərbad yerlərini göstərirdilər. Ki, burda hökumətin söylədiyi kimi abadlıq yoxdur. Məndə sual yaranır, aksiyaçılar nəyi düz etmirdi? Yalanmı deyirdilər, yox! Asfaltı dağıdıb xaricilərə göstərmirdilər ki? Olan problemləri göstərirdilər. Axı Azərbaycan Prezident Administrasiyası ilə Zuğulba arasındakı yoldan ibarət deyil. Bu yolun hasarlarının o tərəfinə, bu tərəfinə keçəndə, artıq Azərbaycanı görürsən. Mən bir daha təkrar edirəm, mənim bu cür mövqeyimə görə müxalifət də, iqtidar məni məhv etməyə hazırdır. Rusiyanın məşhur islahatçısı Stolipının bolşeviklərə müraciəti olub. O, bolşeviklərə deyirdi ki, Sizə böyük təlatümlər, mənə böyük Rusiya lazımdır. Bu gün də kimlərəsə böyük təlatümlər lazımdır, mənə isə təlatümsüz Azərbaycan lazımdır. Bilirsiniz, prezident son çıxışı artıq müxalifətə şans qoymur. Onlar bu çıxışdan sonra mənə zəng edib deyirlər ki, Aslan müəllim, nə oldu, siz dialoqun, ümumi məxrəcə gəlməyin vacibliyini deyirsiniz və prezidentin də islahatlara gedəcəyini bəyan edirsiniz. Amma dövlət başçısı getmir və güc göstərir. Belə olanda onlar aranı qarışdıracaqdır və heç kim də irad tuta bilməz.

- Aranı kim qarışdıracaq?

- Aranı qarışdıracaq deyəndə, mitinqlər və müxalifətin etirazları başlayacağını nəzərdə tuturam. Mənə elə gəlir ki, prezidentin sosial şəbəkədə gənclərin hakimiyyətə münasibətindən xəbəri yoxdur. Bu gün bütün dünyadakı hadisələri sosial şəbəkələrdə görmək olar. Azərbaycan sosial şəbəkəsinə girəndə isə insanların hakimiyyətə nifrətini görürsən. Bu çox ciddi və təhlükəli məsələdir. Ötən günlərdə Sirus Təbrizlinin “Yeni Müsavat”a müsahibəsini oxudum, o, gənclərin üstündə Çe Gevaranın rəsmi olan köynəklərdən istifadə etməsini yerində xatırlayıb. Bu fakt artıq cəmiyyətdə inqilabın baş qaldırması deməkdir. Çe Gevara kimi şəxslərə o zaman dəstək yaranır ki, insanlar ümidsizliyə yuvarlanır.

- Aydındır, söhbətimizin yönünü dəyişək, əgər əvvəllər qəzet redaksiyalarına, telekanallara, partiyalara hücumlar oludusa, son bir neçə ildə şəxsi mülklər, obeyktlər, zavodlar da hədəfə alınır. Sizdə bir neçə işdə zərərəçəkənləri müdafiə edirsiniz. Bir neçə gün əvvəl Rasim Məmmədovun rəhbərliyi ilə “Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsinə hücum edilməsi nəyin göstəricisidir?

- Baş verənlər birbaşa özbaşınalığın göstəricisidir. Mən falabaxanlıq etmirəm, əgər bu cür davam edərsə, sabah kimsə mənzilinə hücum edilib talanmağından təəccüblənməsin. Ona görə ki, özbaşınalığın, qanunsuzluğun “buynuzu” olmur. Vətəndaşın zavodunu, yaxud mənzilini əlindən aldın, hər ikisində söhbət mülkiyyətin alınmasından gedir. Konkret göstərdiyiniz fakta gəlincə, əlbəttə ki, qanunsuzluq və cinayət olduğu üçün bütün cəmiyyət tərəfindən təpki ilə qarşılanmalı haldır. Amma mən Zülfüqarlıları müdafiə edəndə, bu zavodun sahibi, sabiq deputat Nazim Məmmədov deyirdi ki, hakimiyyət düz edir. Nazim Məmmədov hakimiyyətə, konkret olaraq, Ramiz Mehdiyevə, Bəylər Əyyubova xoş gəlmək üçün Zülfüqarlıların əmlaklarının alınmasını düzgün hesab edirdi. Bax, indi Nazim Məmmədov nə düşünür? Bu gün mən ondan fərqli olaraq düşünürəm ki, ona qarşı olanlar qanunsuzluq, ədalətsizlikdir və bu yolverilməzdir. Amma Nazim Məmmədov deyirdi ki, Zülfüqarlılara qarşı düz edirlər, təki, öz biznesini saxlasın. Son hadisə hamıya dərs olmalıdır, çünki hər kəsin qarşılaşacağı hadisədir. Ona görə də hamılıqla bu özbaşınalıqlara müqavimət göstərmək lazımdır ki, mülkiyyət toxunulmazdır, onu almaq olmaz.

- Anlaşılmazlıq ondadır ki, “Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsinə olan hücumla bağlı polisə müraciət olunsa da, heç bir addım atılmayıb. Bu, necə izah oluna bilər?

- Hansı polisdən danışırsınız?! Mən Zülfüqarlılar işində baş prokuror Zakir Qaralova şəxsən müraciət etmişəm. Əgər baş prokuror hər şeyi bilib, öz biznesi ilə məşğuldursa, polis nə edə biləcək?!

- Nazim Məmmədov bildirib ki, o, zavoda gələnlərin başçısı Rasim Məmmədovla əlaqə saxlayıb, o da müəssisənin “Baku Steel Company”yə mane olduğunu söyləyib. Siz də Zülfüqarlıların işində oxşar hadisə ilə qarşılaşdığınız üçün bu münasibəti necə qiymətləndirirsiniz?

- Rasim Məmmədov Teymur Mehdiyevin dostudur, yəni onların biznesini idarə edir, xüsusi çəkiyə malik adam deyil. Təsəvvür edin ki, bu adam o qədər qanunsuzluq edir və heç bir irad da bildirilmirsə, ardını davam etdirir. Düşünür ki, necə yəni, o da dəmir istehsal edir, Nazim Məmmədov da. Çünki ona “yuxarıdan” deyiblər ki, bu işlə Sizdən başqa heç kim məşğul ola bilməz. Bu da həmin deyiləni qanun kimi qəbul edir.

- Son hadisə “Xəzər-Boru” Birgə Müəssisəsindən sonra oxşar olaydır, bu mənada (sualım yarımçıq qalır)...

- İkinci yox, 20-ci hadisədir. Bundan əvvəl “Elektroştamp”, “Bakı Poladtökmə” və onlarla belə müəssisələri necə aldıqlarını gözlərimizlə görmüşük. Amma təəssüf ki, sahibləri qorxaqlıqlarından heç səslərini çıxartmırlar. Ki, başqa bizneslərini xilas etsinlər. Daha anlamırlar ki, bunları alıb qurtarandan sonra o biri obyektlərini də əllərindən alacaqlar.

- Siz özbaşınalıq prosesinin belə də davam edəcəyinə inanırsınız?

- Əlbəttə ki, davam edəcək. Son hadisələr ölkəni idarəolunmaz bir hərc-mərcliyə aparır.

- Bu baxımdan sahibkarlar, vəkillər, ziyalılar, siyasətçilər, iqtisadçılar nə etməlidir ki, qanunlar işləsin və hərc-mərcliyin qarşısını alınsın?

- Hamı həyəcan təbili çalmalıdır ki, ölkə uçuruma gedir. Prezidentdən tutmuş qapıda dayanan gözətçiyə qədər hamı anlamalıdır ki, bu özbaşınalıq onların öz qapısını döyəcək. Sabah indiki baş prokurorun başına özbaşınalıqlar gələndə şikayət etməsin ki, ona qarşı da qanunu pozublar. Çünki bu özbaşınalıqların təməlini indiki hakimiyyətdəkilər qoyur.

- Onsuz da bu gün partiyalar da, vaxtilə üzvü olduğunuz Ziyalılar Forumu da ölkənin uçurum astanasında olduğunu bildirir...

- Mən müstəqil vəkiləm və heç bir qurumda təmsil olunmuram. Facebook-da öz fikrimi deyirəm və 30 min gənc yazdıqlarımı da oxuyur. Sadəcə, vəziyyətin ağır olduğunu başa düşmələrini istəyirəm. Bir daha təkrar edirəm, biz hamımız bir qatarda başıaşağı uçuruma gedirik, fərq ondadır ki, Prezident Administrasiyası, nazirlər lüks vaqonda, mənim kimilər kupedə, qalanı isə ümumidədir. Amma hamımız bir yerdə uçuruma gedirik.

- Aslan müəllim, hazırda Zülfüqarlıların işini aparırsınız, bu işlə bağlı məhkəmə instansiyalarının hansı mərhələsindəsiz?

- 7 proses üzrə bütün məhkəmələri keçirik, amma heç birində də ədalətli qərar qəbul etdirə bilməmişik. Hakimlər üzümə gülə-gülə deyirlər ki, Aslan müəllim, bu işin onlarlıq olmadığını bilmirsinizmi? Mən Yasamal, Binəqədi, Xətai rayon məhkəmələrinin hakimlərini nəzərdə tuturam.

- Adlarını çəkə bilərsinizmi?

- Yasamal Rayon Məhkəməsinin bütün hakimləri.

- Bu cür gedişlər Zülfüqarlıların işini Avropa İnsan Haqları Məhkəməsinə apara biləcəksinizmi?

- Bəli. Mən yerli məhkəmələrdən ədalət gözləmədiyim üçün bütün instansiyaları keçirəm. 

- Yaxın bir ildə Zülfüqarlıların işinin Avropa Məhkəməsinə göndərilməsi perspektivi varmı?

- Yaxın 6 ayda bu işlər artıq Strastburqda olacaq. 

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]