Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Prezidentin göstərişindən sonra ümidlənmişəm”

“Prezidentin göstərişindən sonra ümidlənmişəm”
Bölmə :
KİVDF
Yayım tarixi :
25/4/2013 [10:41]
Baxılıb :
1285 dəfə
Şəhid anası illərdir mənzil növbəsində dayandığını deyir

Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri fərdi evlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə alınırlar. Həmin vətəndaşların dövlət hesabına inşa olunan çoxmənzilli yaşayış binalarından mənzil almaları üçün isə, yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Ona görə də fərdi ev tikintisi üçün növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün mənzil növbəliliyi siyahısı isə müvafiq rayon (şəhər) icra hakimiyyətlərindədir. 

“Hələ də gözləyirəm ki...”

Bu təbəqədən olan vətəndaşlardan biri də şəhid anası Mehdiyeva Gülnaz Mirzə qızıdır. O, “Bizim Yol”a göndərdiyi müraciətində neçə illərdir ki, yerli icira hakimiyyətində mənzil almaq üçün növbəyə dayandığını, amma hələ də mənzillə təmin olunmadığını yazır. O, qanuna müvafiq surətdə mənzilə ehtiyacı olan şəhid ailəsi kimi mənzillə təmin edilməsi barəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət edib. Qeyd edək ki, bu xanım Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev-77, mənzil 35 ünvanında qeydiyyatdadır. 
Gülnaz Mehdiyeva müraciətində yazır: “Oğlum Mehdiyev Taleh Teymur oğlu 01 iyul 1993-ci il tarixində Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Bir müddət Sumqayıt yaxınlığında olan hərbi hissələrin birində xidmət etdikdən sonra cəbhə bölgəsinə göndərilib. Son döyüş yeri də Ağdam rayonunun Mərzili kəndi olub. Belə ki, 28 dekabr 1993-cü il tarixində Ağdam rayonunun Mərzili kəndi uğrunda aparılan döyüşlərdə itkin düşüb. Həlak olduğu ehtimal edilən oğlumun cəsədinin döyüş meydanından çıxarılması mümkün olmadığı üçün, indiyə qədər itkin hesab olunsa da, 09 fevral 1994-cü il tarixində oğlumun həlak olması barəsində ailəmizə ölüm haqqında şəhadətnamə verildi. Sonra da qanuna müvafiq surətdə oğluma şəhid adı, mənə isə şəhid ailəsi statusu verilib”. 
G.Mehdiyevanın sözlərinə görə, qanunla ehtiyacı olan şəhid ailələrinə mənzil verildiyi halda, onun mənzilə ciddi ehtiyacı ola-ola, indiyə qədər haqqını ala bilmir: “Belə ki, müstəqilliyimizin ilk illərində qəbul olunan və sonralar müvafiq dəyişikliklərlə qüvvədə olan qanunlarımızda da göstərilmişdir ki, ehtiyacı olan şəhid ailələri birinci növbədə mənzillə təmin olunmalıdırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixində qəbul olunmuş və 2004-cü ilə qədər müvafiq dəyişikliklərlə qüvvədə olan Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Həmin Qanununun 4-cü maddəsində isə göstərilib ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Yuxarıda göstərilən Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixində qəbul edilmiş və 2006-cı ilə qədər müvafiq dəyişikliklərlə qüvvədə olan 10 saylı Qərarı olub. Həmin Qərarın 3-cü maddəsi ilə şəhid ailələrinin hüquqları və onlara edilən güzəştlər göstərilib. Həmin maddənin 3.2.16-cı maddəsində göstərilmişdir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahələri ilə birinci növbədə təmin edilirlər”.

“İnanıram ki, Prezidentin göstərişindən sonra...”

Şəhid anası müraciətində bildirir ki, mənzilə ciddi ehtiyacı nəzərə alınaraq, 2005-ci ildən Nizami Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi güzətli şərtlərlə mənzil növbəsinə götürülüb: “Həmin vaxtdan sonra İcra Hakimiyyətində növbəyə duran yüzlərlə şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunsa da, mənə mənzil veriləyib. Halbuki, Nizami Rayonu İcra Hakimiyyətində növbəyə duran şəhid ailələrindən mənim qədər mənzilə ehtiyacı olan olmamışdır. Lakin bütün bunlara baxmayaraq mənə indiyə qədər mənzil verilməyib. Məlumat üçün onu da bildirirəm ki, mən dəfələrlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etmişəm. Ancaq indiyə qədər həmin müraciətimə də cavab verilməyib. Mən inanıram ki, ölkə başçısı tərəfindən 2011-ci ilin fevral ayından başlayaraq vətəndaşların müraciətinə cavab verilməməsi də korrupsiya halı kimi qiymətləndirildiyi üçün, bu müraciətimə cavab veriləcəkdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam”.
Gülnaz Mehdiyeva müraciətin sonunda mənzil alacağına ümidvar olduğunu bildirir: “Bütün bunları nəzərə alaraq xahiş edirəm ki, mənzilə ehtiyacı olan şəhid ailəsi kimi məni mənzil ilə təmin etsinlər”.

5 minədək ailə mənzillə təmin olunub

Qeyd edək ki, son illər respublikamızda əlillərin və şəhid ailələrin mənzil şəraitinin yaxşılaşdırılması və müalicəsi üçün ciddi tədbirlər görülür. Ötən il Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli olan 81 mənzilli bina tikilib. Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları inşa edilib. Ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə qədər əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, 1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə bu rəqəm 715 olub. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ötən il 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib. 
Son illərdə respublikada əlilliyin artım tempinin də qarşısı alınıb. Təkcə ötən il reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib. İl ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı verilib. Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib. İl ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin VIII Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Əlamətdar günlər və ildönümlərlə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar, penitensiar müəssisələrdən azadlığa çıxan 3422 nəfərə maddi və sosial yardımlar verilib. Həmçinin, 47 nəfər insan alveri qurbanına, 50 nəfərpotensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib.
Qeyd edək ki, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşası işləri aparılır. Həmçinin Bilgəhdə Qocalar Evi əsaslı təmir edilməklə, pansionat üçün 170 yerlik 5 mərtəbəli ikinci korpus tikilir. Ramana Gənc Əlillər evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, burada əlillərin peşə hazırlığına cəlb olunması üçün müvafiq şərait də yaradılır.

Komissiya yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İH-lərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir. 
Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib. Qarabağ əlilləri fərdi ev tikintisi üçün ilkin olaraq nazirlikdə növbəyə dayanır və növbəlilik qaydasında onlar üçün fərdi yaşayış evi inşa etdirilərək istifadəyə verilir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]