Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Kaş, Bakıdakı şərait Sumqayıtda da yaradılaydı...”

“Kaş, Bakıdakı şərait Sumqayıtda da yaradılaydı...”
Bölmə :
KİVDF
Yayım tarixi :
24/4/2013 [10:53]
Baxılıb :
992 dəfə
Birinci qrup gözdən əlil əlaqədar qurumlara Prezidentin göstərişini xatırladır

Dövlət qayğısına ehtiyacı olan insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər müxtəlif tədbirlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə daha çox məsuliyyət düşür. Belə ki, bu istiqamətdə ölkə başçısı tərəfindən imzalanan sərəncam əsasında həyata keçirilən dövlət proqramlarını da bu nazirlik icra edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə Prezident tərəfindən 16 fevral 2011-ci il tarixdə Fərman imzalanıb və nazirliyin mərkəzi aparatının struktur bölməsi kimi Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi yaradılıb. Şöbənin Əsasnaməsi və İş Planı da tərtib olunub. 
Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin reallaşdırılması ilə məşğuldur. Eyni zamanda, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimat-metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlillərə məxsus ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

“Bu şərait Sumqayıtda da yaradılsın”

Beləliklə, sözügedən şöbənin yaradılmasından sonra bu istiqamətdə dövlətin gördüyü işlər daha sistemli, nizamlı və səmərli olmalıdır. Bu mənada durumu aydınlatmaq məqsədilə Sumqayıt şəhər sakini, birinci qrup gözdən əlil İsgəndərova Reyhan Nərman qızı ilə söhbətləşdik.
Reyhan xanım özünü belə tanıdır: “Anadan gəlmə gözümdə zəiflik var idi, 16 yaşında əlillik aldım. Müğənniyyəm, ancaq yaxın keçmişdə cavan qardaşım rəhmətə getdiyi üçün ifa etmirəm. Subayam”.
Həmsöhbətimizlə ilk olaraq əlillərin sosial-iqtisadi durumu ilə bağlı danışdıq: “Fiziki məhdudiyyəti olan insanlarımızın sosial-iqtisadi durumu nə yaxşı, nə də çox pisdir. Yaxşı deyil ona görə ki, təqaüd ölkənin bazar şətlərinə uyğun deyil. Məndə əmək pensiyası da olduğundan, 198 manat təqaüd alıram. Ancaq bu da yetərli deyil. Gözdən əlillərin harasa hərəkət etməsi üçan yanında bir nəfər olmalıdır. Harasa, kimləsə getməliyiksə, onun nəqliyyat xərcini, yemək pulunu da biz verməli oluruq. Televizylarda çıxış edən rəsmilər deyirlər ki, bizim ölkədə əlillərə yaxşı baxırlar. Deyilənlərə görə, qonşu Türkiyədə vəziyyət daha yaxşıdır”.
Onun fikrincə, əlillərin vəziyyətini daha da yaxşılaşdırmaq üçün dövlətimizin iqtisadi imkanları kifayətdir: “Neft ölkəsiyik, ölkənin iqtisadi durumu imkan verir ki, əlillər üçün yaxşı şərait yaradılsın, güzəştlər, imtiyazlar olsun. İşə qəbulda da problemlər var. Eləcə də, mənzil problemimiz qalır. Sumayıtda yaşayıram, bu şəhərdə yaşayan əlillər üçün ev tikilmir, şəhərçik yoxdur. Halbuki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin bütün istiqamətləri üzrə inkişafında müasir yanaşma prinsipinin tətbiq olunması barədə tapşırığı var. Buna da uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdə müasir yanaşmaya, mütərəqqi dünya təcrübəsindən irəli gələn iş üsullarına üstünlük verir. Bu istiqamətdə yeni sosial layihələrdən biri olaraq, gözdən əlillərin sosial reabilitasiya işinin daha dolğun və səmərəli şəkildə təmin edilməsi üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir. Mərkəz 4 mərtəbədən ibarət olmaqla, digər yardımçı korpuslara (idman zalı, hovuz, konfrans zalı və s.) malik olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq. Onu da bildirim ki, hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq. Ancaq bu tikililərum Sumqayıtda da olmasını istəyirik. Bu şəhərdə yaşayan əlillərin durumu da nəzərə alınsın, bizim üçün də şərait yaradılsın. Bu barədə Prezidentə məruzə edilməlidir ki, bizim üçün də bu imkanlar yaradılsın”.

“Qanun bizim tərəfimizdədir”

Görmə qabiliyyətini itirmiş xanımın sözlərinə görə, əlillərin bütün təbəqələrinin təqaüdü artırılmalıdır: “Ən azı təqaüd 300 manat olmalıdır. Ancaq bu məbləğ bazar şərtlərinə cavab verir. Qida məhsullarının, geyim məhsullarının qiyməti hamımıza məlumdur, bahaçılıqdır. Əlillərin insan olduğunu, onların da yaşamaq haqqını nəzərə almalı, dövlət qayğısı göstərilməlidir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq bütün əlillərə qanunvericiliklə müəyyən olunmuş növdə sosial yardım göstərilir. Əlilliyə görə təqaüd (pensiya) ancaq əlillik müəyyən edildiyi hallarda təyin edilir. Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir”.
O, əlillər üçün xüsusi ictimai nəqliyyatlar ayrılmasını da arzuolunan hesab edir: “Öncələr ictimai nəqliyyatdan istifadədə güzəştlər var idi, kommunal xərclərimiz dövlət hesabına ödənilirdi. Nədənsə, sonradan bu güzəştlərdən məhrum olduq. Guya ki, əvəzində kommunal xidmətlərdən və ictimai nəqliyyatdan istifadəyə görə bizim təqaüdümüz artırıldı. Ancaq bu artım bazar şərtlərinə uyğun deyil”.

“Heç olmasa, metrodan istifadə edəydik...”

Reyhan İsgəndərova deyir ki, Bakıda əksər metro stansiyaları təmir edilməmişdən əvvəl bəzilərində əlil arabalarının enib-qalxması üçün xüsusi pilləkənlar nəzərdə tutulurdu: “Amma indi onlar da ləğv edilib. Bu da əlil arabasında gəzmək məcburiyyətində qalan insanların narazılığına səbəb olur. Metro stansiyalarında əlil arabalarının keçməsi üçün şərait olarsa, metro ilə istədiyimiz yerə gedib-gələ bilərik. Metropolitendə isə əlil arabalarının metro stansiyalarında görünməsi qadağandır. Bakı Metropoliteninin nizamnaməsinə görə, belə arabalar metroya buraxılmamalıdır. Hazırda metrostansiyaların əksəriyyətinin girişində də əlil arabalarının hərəkəti üçün panduslar quraşdırılmayıb. Ümumiyyətlə, əlil arabasına möhtac olan insanların ictimai nəqliyyatdan istifadə etməsi mümkünsüzdür. Paytaxtda əlillərin evlərindən çıxıb başqa bir ünvana sərbəst getməsi üçün şərait yoxdur”.
Onun sözlərinə görə, bəzi əlillər var ki, ailəsini dolandırmaq üçün xırdavat satır, bəziləri hökumətin onlara verdiyi avtomobildən taksi kimi istifadə edərək pul qazanır: “Amma şəhərdə abadlıq işləri görülən zaman əlillər üçün yer ayrılmır, onları cəmiyyətdən təcrid edirlər. Küçələr də əlil arabasının hərəkətinə yararlı deyil. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən keçmək mümkün deyildi. Mağazaların və ictimai iaşə obyektlərinin girişləri də küçədən bir-iki pillə yüksək olduğundan, əlillər belə obyektlərə də daxil ola bilmirlər. 
Əlillərin yollarda hərəkəti və nəqliyyatdan istifadə etməsi üçün şərait yoxdur. Sumqayıtda infrastruktur əlillərin rahat şəkildə tək gəzməsinə imkan vermir. Yollarda əlillərin hərəkət etməsi və nəqliyyatdan istifadəsi üçün şəraitin olmaması üzündən, onlar cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırlar. Əsas problemlərdən biri də ondan ibarətdir ki, yeni düzəldilən və təmir olunan keçidlərdə, səkilərdə əlil arabaları üçün yerlər çox pis düzəldilib. Bu yerlər nəinki əlillərin rahatlığına şərait yaratmır, hətta onlar üçün təhlükə yaradır. Bunların düzəldilməsi üçün gərək yeni təmir olunan və tikilən körpülər təzədən sökülsün”.
Müsahibimiz bildirir ki, yeni yollar salınarkən əlillər, gözdən əlillər, karlar, yeriyə bilməyən şikəstlərin durumu nəzərə alınmalıdır: “Bu gün hətta piyadalar üçün normal yollar qalmayıb. Bütün səkilər maşınlarla doludur. Prezident əlaqədar qurumların qarşısında xüsusi tapşırıq qoyub ki, 3 il müddətinə yeraltı, yerüstü avtomobil dayanacaqları tikilsin”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]