Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Paxıllıq səni öldürəcək"

“Paxıllıq səni öldürəcək
Bölmə :
Müsahibə
Yayım tarixi :
31/5/2017 [23:06]
Baxılıb :
2028 dəfə

Elxan Abbasov: “Paxıllıq hissi səni məhv edəcək. Sənin ikinci beynin paxıllıqla işləyəcək. Sənətin kənarda qalacaq ”


“Bir də görürsən evdə pul qurtarır, bir yerdən çəkiliş üçün dəvət gəlir. Yəni sənətkarı Allah ac saxlamır”


Sənət aləminin insanlarının ruh dünyası fərqli olur. Həssas, bəzən tez inciyən, bəzən özünə qapanan, bəzən də sərt görünüşdə uşaq ürəyi daşıyanlar.  Əməkdar artist Elxan Abbasov "Şərq”ə müsahibə verib. Öz dünyası olan, həyata öz pəncərəsindən baxan aktyorla sənətdən, sənətkardan danışdıq.

- Hər vaxtınız xeyir. Deyəsən başınız bu aralar yaman qarışıqdı...

- Xoş gördük. Bir az qarışıqdı deyəsən. Həm serial çəkilişləri, həm Gəncə Dövlət Dram Teatrında olan tamaşalar. Təbii ki, bunlar zəhmət və zaman tələb edir.

- Azərbaycanda serial təcrübəsi son illərə aiddi. Serial təcrübəsini qoyanlardan biri kimi də sizi təqdim etmək olar.

- Həqiqətən bizdə serial təcrübəsi son illər yaranıb. Əgər bu sahədə əməyimiz varsa, buna ancaq sevinə bilərik. Həqiqətən son illər seriallarımızın çoxalması bu sahəyə marağı çoxaldıb. Bu həm də gənc nəsil üçün bir tramplin rolu oynadı. Bizdən sonrakılar üçün artıq bu sahədə çalışmaq daha asan olacaq.
Gəncə Dövlət Dram Teatrının aktyoru kimi Gəncəbasar bölgəsində tanınsanız da, seriallara çəkilməyiniz sizin daha çox tanınmağınıza təsir etdi.

- Bəli, seriallar tanınmağa təsirini göstərdi. Bu, danılmaz həqiqətdi. Məni sənət aləmində, teatr aləmində tanıyırdılar. Amma bölgədə fəaliyyət göstərərək kütləvi tanınmaq o qədər asan deyil. Səhnədə olmaq hələ tanınmaq üçün yetərli deyil. Hətta paytaxt teatrında belə çalışsan, əgər efirdə görünmürsənsə, tanına bilməzsən. Yəni efir tanınmaq üçün böyük təsir gücünə malikdi.

- Seriallarda çəkilməyiniz həyat tərzinizə, yaradıcılığınıza təsir edə bildimi?

- Təbii ki, bu, yaradıcılığımıza təsirini göstərdi. Tanınırsan, tamaşaçı auditoriyan genişlənir. Mənə də seriallarda çəkilmək təbii ki, müsbət mənada təsir göstərdi. Mən buna görə ilk növbədə rejissor Rövşən İsaka təşəkkürümü bildirirəm. Çünki mən seriala ilk dəfə məhz onun dəvəti ilə gəlmişəm.

- Sualım bəlkə bir qədər sərt səslənə bilər. Bölgə aktyoruna münasibət bir az fərqli olub hər zaman. Sizcə, bölgə aktyoruna münasibət seriallardakı fəaliyyətinizdən sonra dəyişdimi? Seriallarda çəkilməyiniz buna təsir edə bildimi?

- Açığı desəm, mənim teatrda necə aktyor olduğumu hamı bilir. Tutaq ki, deyirlər siz çox gözəl oynayırsız. Mən bu sözü qəbul etmirəm. Çünki aktyor rolunu yaxşı oynamalıyam. Mənim pis oynamağa haqqım yoxdu. Aktyorun, söhbət əsl aktyordan gedir, pis oynamağa ixtiyarı yoxdu. Onu o adama deyərlər ki, çəkiliş meydançasına təsadüfən düşüb. Yəni olur da, başqa sahənin adamıdı, obraza uyğun olduğundan dəvət edirlər, bir rol oynayır, deyirsən ki, yaxşı oynadınız. Axı aktyorun pis oynamaq kimi şansı yoxdu. Gənc, cavan aktyora o sözü bəlkə demək olar.

- Tərəf-müqabilinin nə dərəcədə təsiri olur? İstər səhnədə, istərsə də çəkiliş meydançasında tərəf-müqabilin oyunu sizə təsir edə bilirmi?

- Əlbəttə, təsirini göstərə bilir. Futbol terminləri ilə desək, misal üçün, mən tərəf-müqabilimə pas verirəm. O pası mənə qaytarmalıdı. O pası səndən alır, topu ayağında oynatmağa başlayır, biri də gəlir o topu ayağından alır. İndi ikimiz də məcburuq ki, düşək o topun dalıyca ki, yenidən onu alıb qapıdan keçirək. Təxminən eyni mənzərədi. Əsas məsələ tərəf-müqabilinin peşəkar olmasıdı. Min şükür ki, çəkiliş meydançasında tərəf-müqabillərimlə problemlər yaşamamışam.

- Seriallara son illər daha çox dəvət almanız, çəkilməyiniz kimlərisə narahat edirmi? Qısqanclıqlar, paxıllıqlar olurmu?

- Yaxşı aktyor, sənətkar olmaq üçün paxıl olmamalısan. Əgər bir balaca qəlbində, ruhunda paxıllıq varsa, səndən ömrü boyu sənətkar olmaz. Paxıllıq hissi səni məhv edəcək. Sənin ikinci beynin paxıllıqla işləyəcək. Sənətin qalacaq kənarda, paxıllıq hissi səni üstələyəcək, bu da səni uçuruma aparacaq. Vallah, səmimi deyirəm, mən nə bir insan kimi, nə bir aktyor kimi, nə də bir kişi kimi paxıllığı özümə yaraşdırmıram. Əgər kiminsə yaxşı işi varsa, ona bunu rahat şəkildə deməyi bacarıram. Bəlkə də mənim paxıllığımı çəkən var. Mən bunu deyə bilmərəm. Çünki hiss etməmişəm. Daha doğrusu, mən bunlara önəm verən insan deyiləm. Mənim ətrafımda paxıl sənətkar yoxdu. Hazırda "Vicdan haqqı” serialının çəkiliş meydançasında elə paxıl insanları görə bilməzsiz.

- Aktyorun ifasına, oyununa qonorarın təsiri nə dərəcədə ola bilər? Son vaxtlar belə bir deyim yaranıb, 50 manatlıq qonorarla aktyordan nə tələb etmək olar?

- Qətiyyən bu fikirlə razı deyiləm. Qonorarın aktyor oyununa təsiri olmamalıdı. Əgər o əsl sənətkardısa, qətiyyən təsir edə bilməz. Tamaşaçı üçün maraqlı deyil ki, sən oynadığın obraza görə nə qədər qonorar alırsan. Bu, tamaşaçının problemi deyil. Bir də əsl sənətkar qonorara görə obrazını yaratmır. Aktyor səhnədə, kamera qarşısında sənətindən başqa heç nə düşünməməlidir. Aktyor tamaşaçının zövqünü zəif oyunu ilə korlamaq haqqına sahib deyil.

- Amma çox təəssüf ki, tamaşaçı zövqünü korlayan sənətçilər də var.

- Ola bilər bu gün efirdə, hansısa ekran əsərində zəif oynayanlar var. Amma mən peşəkar, əsl sənətkardan danışıram.

- Yəni əsl sənətkar qonorarın azlığını, yoxluğunu düşünməməlidir?

- Sənətkar qonorar düşünürsə, o, oynaya bilməz. Heç əsl sənətkar bunu düşünə də bilməz. Ola bilər ki, əsl sənətkar dostluq xatirinə də çəkilsin, dost dəvətinə görə də çəkilsin. Mən havayı çəkilirəmsə, bu o demək deyil ki, mən tamaşaçını yola verib, necə gəldi oynamalıyam. Bir məqam önəmlidi. Tamaşaçı ilə ünsiyyətdə qalan aktyordu. Rejissor ekrandan, səhnədən kənardadı. Sən aktyor olaraq tamaşaçı ilə bilavasitə ünsiyyətdə olursan. Ona görə də tamaşaçını yalançı oyunla aldada bilməzsən. Buna ixtiyarın yoxdu. Tamaşa yaxşı da olsa, pis də olsa, ilk növbədə aktyor oyunu müzakirə edilir.

- Yəni görünən tərəf qınaq obyekti olur.

- Əlbəttə. Aktyor tamaşaçı ilə maraq yaradır. Mən teatrda aktyoram və az maaş alıram. Az maaş alıramsa, bu mənə haqq vermir ki, səhnədə zəif oynayım. Aktyor sənətinə qulluq edən sənətkar ömrü boyu bunu özünə, sənətinə yaraşdırmaz. Aktyor səhnənin müqəddəsliyini hiss etmirsə, səhnəyə çıxa bilməz. Tamaşaçı üçün sənin nə qədər maaş, qonorar almağın qətiyyən maraqlı deyil.

- Aktyorun məvacibi ailəni dolandırmağa yetirmi?

- Mən həmişə deyirəm ki, biz aktyorları Allah saxlayır. Mən sabah gedim iş görüm, tamadalıq edim pul qazanım. Mən buna pis də baxmıram. Amma əsl sənətkar bunu etmir. Bizi Allah saxlayır. Bir də görürsən evdə pul qurtarır, bir yerdən çəkiliş üçün dəvət gəlir. Yəni sənətkarı Allah ac saxlamır. Min şükür, acından ölmürük.

- Amma firavan da yaşadığınızı demək olmaz...
- (Gülür). Yaxşı sənətkar, yaxşı aktyor, söhbət əsl aktyordan gedir, inanın çoxlarından varlıdı.

- Söhbət ruhən varlı olmaqdan gedir.

- Bəli. Bizə pul lazım deyil.

- Doğrudan sizə pul lazım deyil?

- Əslində pul hamıya lazımdı. Yaşamaq üçün pul lazımdı. Mən yaşaya bilirəmsə, ailəmi dolandırıramsa, bu mənə bəs edir. Min şükür.

- Yəni böyük iddialarla yaşamırsız?

- Qətiyyən. Mən həyatımla barışmışam. Nə var, onunla yaşamağı öyrənmişəm. Mən də "Qalenvagen” sürmək istəyirəm. Mən də "Ranc Rover”də rahat yol getmək istərəm. Amma neyləyim? Olmursa, olmur.

- Elə aktyorlar var ki, kənarda biznesləri var. Siz bununla da razı deyilsiz. Deyirsiz aktyor sənəti ilə məşğul olmalıdı.

- Açıq deyim də. Tutaq ki, mənim restoranım var. Mən əminliklə deyirəm ki, mən səhnəyə çıxanda, tamaşa oynayanda məndən kabab iyi gələcək. Mənim ruhumdan kabab qoxusu gələcək.

- Tamaşaçı sizin kabab qoxduğunuzu hiss edər deyirsiz...

- Əmin olun hiss edər. Tamaşaçı həssasdı. Ola bilməz bunu hiss etməsin. Mənim fikrimdi bu. Bəlkə də səhv edirəm. Sadəcə əminəm ki, restoran işlədən aktyor həm də səhnədə restoranındakı vəziyyəti düşünəcək. Bu da tamaşaya təsirini göstərər. Mənim ruhum bunu istəmir. Sınamamışam da, alınar, alınmaz, onu da deyə bilmərəm. Nə bilim, mən sənətimlə yaşayan insanam. Haraya qədər gedə bilərəm, bunu da zaman göstərər.

- Heçmi təəssüf hissi keçirməmisiz ki, kaş bu sənətə gəlməyəydim, ya ailədə sosial sıxıntılar çox olanda bir əfsusluq yaşamamısız? Övladınızın qarşısında maddiyyat üzündən aciz qaldığınız məqam olubmu?

- İnanın səmimiyyətimə, bizi Allah saxlayır. Mən pula görə sağa, sola gedən sənətkar olmamışam. Beş badam bir qoz oynayıb deyə sənətimi ucuz tutmamışam.

- Tamadalıq etmisiz heç?

- Ömrümdə etmərəm. Çünki mənim ustadım bunu mənə öyrətməyib. Öyrətsəydi, bəlkə edərdim.

- Sizinlə eyni təhsil ocağından çıxanlar var ki, onlar tamadalıq edir. Onları öyrətmişdilər?

- Mən onlar haqqında danışa bilmərəm. Amma mənim ustadım Xalq artisti Fuad Poladov olub. Mən o kişinin tamadalıq etdiyini görməmişəm. Bu günə qədər də, sənətini qoruya bilən əsl sənətkar kimi yaşamağa üstünlük verib. Mən ustadımdan tamadalıq etdiyini görməmişəm. Əgər mən tamadalıq etsəm, elə bilərəm ki, ustadıma xəyanət etmişəm. Mənim cibimdə pulum olmasa belə, mən tamadalıq etməyə getmərəm.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]