Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dünya zəkalarsız keçinə bilməz-3

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədli
Təqdimat :
Lütfi-Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
31/5/2017 [22:47]
Baxılıb :
2092 dəfə

Hər dəfə bu mövzuda  yazanda  mütləq dünya mütəfəkkirlərindən bir neçəsinin zəkalı insanlara ünvanladıqları nəsihətləri-vəsiyyətləri oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm. Bu dəfə yeni eranın əvvəllərində (e.ə.4 - y.e. 65-ci illərində) yaşamış görkəmli Roma filosofu, həyat  mücadiləsində: mərd, qətiyyətli, mətin, mübariz, dözümlü və dönməz olanların yaratdıqları stoizm fəlsəfi cərəyanının son nümayəndəsi sayılan Seneka Lutsiy Anneyin yaradıcılığına müraciət etməyi qərara aldım. O, deyirdi ki, “elmsiz və biliksiz insan qüdrətli ola bilməz.” Bu mənada biz də gələcəyimizin qüdrətli olması naminə tanıdığımız zəkalı insanlarımızı yeri gəldikcə yad etməliyik. 

Roma imperiyası tarixinin ən qanlı və şərəfsiz səhifələrini yazdıranlardan biri, Senekanın tərbiyəsini görmüş, özündən müştəbeh, nadan imperator Neronun anası Aqrippinanı öldürtdürdüyünü eşidən filosof deyir: “təlim-tərbiyənin insan xarakterinə zərrə qədər də təsiri yoxdur.” İndi artıq təsdiq edilmişdir ki, xarakter genetik koddan gəlir. Yəni xarakterin formalaşdırılması termini mənasız cəfəngiyyatdan başqa bir şey deyildir. Qayə və məfkurə qıtlığı, şəxsi mənfəət istəyi motivlərinə köklənmiş düşüncə tərzinə gətirib çıxarır. Son nəticədə insanlar geniş təfəkkürdən və harmonik analiz- sintez imkanlarından məhrum olurlar. Dini görüşlərilə panteizmə (panteizm yunanca pan və teos - böyük və Allah sözlərindən olub, Allahı və dünyəvi varlığı eyniləşdirən dini- fəlsəfi təlimdir) yaxın olan Seneka insanları maddi-fiziki aləmdən uzaqlaşıb, mənəvi-ruhi aləmdə yaşamağa, hər cür həvəs və ehtiraslardan azad olmağa, tamamilə fani və səmərəsiz olan hakimiyyət, vəzifə, sərvət toplamaqdan və cismani ləzzətdən çəkinməyə çağırmışdır. Müdrik insanlar bu ehtiraslardan xilas olmaq üçün dünyada ən çətin bir işi- öz-özünə qalib gəlməyi bacarmışlar. Yalnız tək-tək nəhənglər həyat çağırışına biganə qala bilirlər. Zəkası zəif, aciz və köməksiz( yəni mənəviyyatsız) insanlar isə məğlub olurlar. İslam aləmində bu nəfslə mücadilə adlanır. Hələ 1450 il öncə Həzrəti Əli buyurmuşdur: “Nəfsi ilə mübarizə apara bilməyən adam xoşbəxtliyə qovuşa bilməz.”    
Bizim şagird və tələbə olduğumuz illərin müəllimləri nəfsi ilə mücadilədən qalib çıxmış insanlar idilər. Onlar indiki müəllimlərdən şəxsi keyfiyyətlərinə görə çox fərqlənirdilər. Hamısı sanki eyni qəlibdən çıxmışdılar. Yüksək intelligentlikləri, səmimilikləri, təvazökarlıqları və təmkinli olmaları tələbələri ram edər, mədəni rəftara məcbur edərdi. O vaxtın dərdi-səri də indikindən az deyildi. Müharibədən sonrakı illərin məişət qayğıları indikilərlə müqayisəyə gəlməyəcək dərəcədə çox idi. Millət çörək almaq üçün saatlarla növbəyə durar, əyninə geyməyə paltar tapmazdı. Eyni zamanda da hamı təhsilə-elmə doğru can atardı. Müəllimlərimiz bizim üçün yenilməz zirvə idi. Hər biri öz sahəsinin görkəmli mütəxəssisi, işgüzar, sadə və səliqəli geyimli, gülərüz, mehriban, qayğıkeş, qəlblərdə yaşamaq-yaratmaq hisləri oyadan  haqq-ədalət carçıları.
Üçüncü söhbətimizi ADU-nun fizika fakultəsinin ən görkəmli zəkalarından biri, fizikanın tədrisinin metodikasını yaradanlardan hesab olunan Kəriş müəllimə həsr edirəm. O, cəmi 57 il ömür sürmüş alim, pedaqoq, metodist, təcrübi fizika sahəsinin tanınmış siması və tələbələrinin sevimlisi idi. İndi də biz onun iş otağına girəndə aurasını hiss edir və ona Allahdan rəhmət diləyirik.  
Kəriş Şükür bəy oğlu Köçərli  24.01.1920-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Atası Şükür bəy Kərim bəy oğlu Köçərli repressiya qurbanı olub. O,  Kəriş müəllimin 16 yaşı olanda həbs edilib, 17 yaşı olanda 1937-ci ildə güllələnib, 1936-cı ildə Ağdamdakı pedaqoji texnikumu əla qiymətlərlə bitirir və elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə imtahansız qəbul edilir. O, ADU-nu  1941-ci ildə bitirmişdir. Həmin ildən də Bakı şəhərinin 1 saylı məktəbində fizika-riyaziyyat dərsləri demiş, 1953-1958-ci illərdə isə 199 saylı məktəbdə fizika müəllimi işləmişdir. 1941-1944-cü illərdə Bakı şəhəri təhsil idarəsində metodist işləmişdir. 1945-ci ildən ADU-nun fizika fakultəsində təcrübi fizika kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. O, 1951-1958- ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. Kəriş müəllim 1958-ci ildə “Bəzi karbohidrogen birləşmələrinin dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və dosent vəzifəsinə keçirilmişdir. Həmin ildən də Təcrübi-fizika kafedrasına müdir təyin edilmişdir. 1963-1965-ci illərdə fizika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1965-1976-cı illərdə “Ümumi fizika” kafedrasının müdiri, 15 dekabr 1972-ci ildən isə professoru olmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı o, ictimai işlərdə də çox fəal olmuşdur. Kəriş müəllim 1956-cı ildə fizika-riyaziyyat fakultəsinin ilk partiya təşkilatının, 1961-1963-cü illərdə universitetin partiya təşkilatının katibi olmuşdur. Bütün bunlar imkan yaradırdı ki, müharibə illərində valideynlərini itirmişlərə və repressiyaya uğramış ailələrdən gəlmiş tələbələrə köməklik etsin. Fakultədə bütün qayğıya ehtiyacı olanlar Kəriş müəllimə müraciət edirdilər. Bütün bunları mən ona görə bilirəm ki, mən də o vaxt fakultə komsomol təşkilatının katibi idim. 
Kəriş Köçərli sözün əsil mənasında həqiqi ziyalı olmuş, ömrünü tədrisə, gənc nəslin tərbiyəsinə həsr etmişdir. Azərbaycan dilində dərslik və dərs vəsaitlərinə olan ehtiyacı nəzərə alıb orta məktəbin VII-X  sinifləri üçün dərslikləri və ali məktəblər üçün S.E.Friş və A.V.Timorevanın “Ümumi fizika kursu” (III hissə) kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Onun həmmüəllif olduğu “Fizika praktikumu” dərs vəsaiti bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Kəriş müəllim həm də Azərbaycan Maarif Nazirliyinin “Fizika və riyaziyyat” jurnalının və “Azərbaycan pioneri” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Elmlər Akademiyasının “Radiospektroskapiya” problemləri üzrə şuranın rəyasət heyətinin üzvü olmuşdur. Fizika müəllimləri ilə apardığı yaradıcı işlərə görə Maarif Nazirliyi tərəfindən dəfələrlə təşəkkür, fəxri fərmanlar almış, Əməkdar müəllim adına layiq görülmüşdür. 
Kəriş müəllim gözəl insan, qayğıkeş müəllim idi. Onun yüksək səviyyəli mühazirələri, xüsusi bacarıqla apardığı seminar və laboratoriya məşğələləri tələbələrin yaddaşında dərin iz salmışdır. O, eyni zamanda yaxşı təcrübəçi fizik idi. Kəriş müəllim dielektriklərin fiziki xassələrinin tədqiqi sahəsində universitetdə yüksək səviyyəli tədqiqat işi aparan alimlərdən biri və birincisi olmuşdur. Onun neft və neft məhsullarının dielektrik xassələrinin tədqiqi ilə bağlı elmi işləri, respublikada neft texnologiyası sahəsinin aparıcı müəssisəsi sayılan Neft Kimya Prosesləri institutu ilə birlikdə istehsalatda geniş tətbiq edilirdi. Respublikanın müxtəlif elmi-tədqiqat institutlarında alınan polimer maddələrin onun yaratdığı elektrofiziki yollarla tədqiqi üsulu yeni maddələrin sintezi prosesində, həm də sürtkü və transformator yağlarının keyfiyyətlərinə nəzarət zamanı istifadə olunurdu. Onun bəzi yarımkeçirici maddələrin müxtəlif elektrik və fotoelektrik xassələrinin, monokristallik yarımkeçiricilərin dielektrik xassələrinin tədqiqi, silisium monokristalının mikro dalğa oblastında tədqiqinə aid işləri böyük elmi və praktiki maraq daşıyırdı.
Eyni zamanda Kəriş müəllim bacarıqlı təşkilatçı idi. O, kafedraya rəhbərlik etdiyi müddətdə kafedramızda ixtisaslaşan tələbələrin daha müasir elmi istiqamətlərə yiyələnmələri üçün onların mərkəzi şəhərlərə diplom işi görməyə getmələrini və aspiranturaya göndərilmələrini təşkil edirdi. O, 1962-1964-cü illərdə aspiranturaya 4 yer almışdı. Bu, kafedra üçün yüksək göstərici idi. O, laboratoriyaların yeni zəruri cihazlarla təchiz olunmasına çalışmış, fakultədə təcrübi fizikadan muzey və nümayiş zalı yaratmışdı. O, deyirdi: “əgər ümumi fizikadan mühazirədə təcrübə olmayıbsa, demək dərs keçilməyib.” 
O, bir çoxlarından  fərqli olaraq elmi iş apardığı qurğuları özü yığar, özü ölçər, özü hesablayar və məqalələri də mütləq özü yazardı. 
M.F.Axundov adına 1 saylı məktəbin yüzillik yubileyi ərəfəsində buraxılan dərginin “unudulmazlar” rubrikasında “sevimli müəllimimiz” adlı məqalədə respublikamızın görkəmli alimləri: akademik Cəlal Allahverdiyev, Akademiyanın müxbir üzvü, professor Arif Babayev, professor Kamal Şirinov, texnika elmləri doktoru, professor Şəmsəddin Bağırov  Kəriş müəllimi çox yüksək dəyərləndirmiş və onun təkrarolunmaz keyfiyyətlərini göstərmişlər. Müəlliflərin fikrincə onların hər birinin elmi nailiyyətlərinin səbəbkarı müstəsna elmi-pedaqoji keyfiyyətlərə malik Kəriş müəllim olmuşdur. 
Köçərli Kəriş  müəllimin 199 saylı məktəbdən istiqamətləndirdiyi şagirdlərindən aşağıdakıları göstərmək olar:
Qurbanov Ramiz (texnika elmləri doktoru, Sankt-Peterburq ş.) 
Qurbanov Rafiq (fəlsəfə elmləri doktoru, Moskva ş.),
Ağayev Akif (dosent, Neft Akademiyası),
Xəlilov Ramiz (texnika elmləri doktoru, Moskva ş.),
 Nurubəyli Kamil (f. r. e. n., AMEA-nın Fizika institutu),                           
 Quliyev Əli (dosent, Milli Aviasiya Akademiyası),
 Qədimov Qəzənfər (f. r. e. n., Milli  Ali Attestasiya Komissiyası) və b.

Hazırda BDU-da, Texniki universitetdə, Neft Akademiyasında, Pedaqoji universitetdə, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında və xarici ölkələrdə, xüsusilə Türkiyədə Kəriş müəllimin çoxlu sayda tələbələri çalışırlar.
İndi BDU-da onun 2 sevimli və ləyaqətli şagirdi-tələbəsi işləməkdədir. Hər ikisi  respublikamızın sərhədlərindən çox-çox uzaqlarda tanınır, bunlar görkəmli filosofumuz professor Əziz Məmmədov və fizika-riyaziyyat elmləri doktoru professor Vaqif Salmanovdur. 
Kəriş müəllimi hərtərəfli xarakterizə etmək üçün onun iş yoldaşı kimi, məişətdə və ailədə fəaliyyətini də vərəqləsək yerinə düşər.
Mənim ailə qurmaq məsələm olanda qardaşım Qəzənfərin ən yaxın və sədaqətli dostu BDU-nun mexanika-riyaziyyat fakultəsinin dosenti Xeyirov Zal müəllim dedi ki, məncə, “Hə” məclisinə - Həmidov Şəmsəddin müəllimgilə gedəndə özümüzlə Kəriş müəllimi də aparsaq, məclisimiz bir az da şərafətli olar. Elə də etdilər. 1970-ci ilin dekabrının son bazar günü yığışıb qız evinə getdilər. Dediklərinə görə çox yaxşı söhbət edib məsələni müsbət həll ediblər. Qız evi Şəki paxlavası ilə şirin çay verəndən sonra məclisə  məhşur Şəki şüyüdplovu gətirəndə Kəriş müəllim deyib: şəkililiyinizi burada da göstərdiniz. Gərək, əvvəlcə plovu verəydiniz. Şirin çayla paxlava iştahamızı küsdürdü, plovun çoxu özünüzə qalacaq. Şəmsəddin müəllim də deyir ki, Allahınıza şükür edin, plovu verməyə də bilərdik, harada yazılıb ki, həm şirin süfrə açasan, həm də plov verəsən.
Həftənin birinci günü mən kafedraya (onda Kəriş müəllim bizim kafedra müdirimiz idi) daxil olanda o çox sevincək ayağa qalxıb, məni qucaqlayıb təbrik etdi və dedi: Bax, 199 saylı məktəbdə sənə dərs demişəm, universitetdə demişəm, indi də evlənmək məsələni həll etdim, daha nə istəyirsən? Dedim indi sizə Allahdan cansağlığı istəyirəm, çünki kafedramızda hələ evlənməmiş cavanlar var, arzu edirəm ki, onların da xeyir işlərində yaxından iştirak edəsiniz. 
Həmin illər, səhər-səhər işə gələndə 5-10 dəqiqə söhbət edib, hal-əhval tutmaq və ya varsa yeni bir lətifə söyləmək dəbdə idi. Sonra hərə öz işinə-gücünə gedərdi. Bizim kafedramızın və bütün fakultənin ən maraqlı lətifə söyləyəni, hətta özündən lətifə düzəldəni Söhrab Səmədov idi. Günün istənilən vaxtı lətifəsi olan və ya yeni lətifə eşitmək istəyən ADU-nun əsas binasının IV mərtəbəsindəki 437 saylı mühazirə auditoriyasına bitişik təcrübə cihazları muzeyinə gələr, orada işləyən Söhrab müəllimi görüb sonra öz işinə gedərdi. Günlərin birində mən muzeyə gələndə Kəriş müəllimin divanda əyləşib siqaret çəkdiyini gördüm. Təəccüb etdim. Çünki o siqaret çəkən deyildi. Hal-əhval tutandan sonra Kəriş müəllim dedi: de görüm, Molla Nəsrəddinin yeni lətifəsini eşitmisən? Dedim, yerinə düşəndə Molla Nəsrəddinin bütün lətifələri yeni kimi səslənir. Gülümsəyib, qulaq as, dedi. Bir məclisdə mollaya sataşmaq məqsədilə birisi ondan soruşur, molla əmi, necə bilirsiz, dünyada insan çoxdur, yoxsa çaqqal? Molla  fikirləşmədən əlüstü deyir, əlbəttə, çaqqal. Sual verən deyir, hardan bildin, ay molla əmi? O da deyir, bunu bilməyə nə var ki, çöllər, meşələr, səhralar çaqqalla doludur. Bir az da üstünə çaqqal xislətli insanları gəlsən, onda əlbəttə, çaqqal çox olar. Gülüşdük. Zəng oldu, Kəriş müəllim mühazirə zalına keçdi. Söhrab müəllim küskün halda dedi ki, fakultəmiz qabaqki fakultə deyil. Aranı qızışdıranlar var. Gör iş nə yerə çatıb ki, Kəriş müəllim kimi səbirli, dözümlü, təmkinli kişi də siqaret çəkməli olub. Bütün bunları yazmaqda məqsədim odur ki, bugünkü söhbətimizin səbəbkarının həyat fəaliyyətini oxucular tam  təsəvvür etsinlər. 
Xarakter qarşısında təlim-tərbiyənin aciz olması haqda yuxarıda yazdığımız Senekanın sözləri əlbəttə, kədər doğurmaya bilməzdi, çünki  bu qədər təhsil-tədris üsulları-strukturları, metodlar, metodologiyalar, görkəmli metodistlər ordusu və s. insan xarakterinin əsiridir. Pis xasiyyəti isə düzəltmək mümkün deyil. Necə ki, Aşıq Ələsgər deyib : 
                                      Əzəl başdan əyri bitən ağacı
                                      Yüz min dülgər rəndələsə, düzəlməz.
Qəlbində xəyanət olan insan nöqsanlıdır, əyri bitən ağac kimi bir şeydir. Ona görə dahi Məhəmməd Fizuli:
Qorxuram, xain ürəklər doludur dünyada,
Öküz üstünlük edər, şir də xəcalətli olar -
deyirdi. 
Kəriş bəy Şükür bəy oğlu da bu dünyadan şir xəcaləti ilə getdi. Birinci insult onu yıxdı, ikinci insult isə əbədiyyətə, ömrü boyu axtardığı haqq dünyasına qovuşdurdu. Allah rəhmət eləsin!
May ayının 1-də Kəriş müəllimin ölümündən düz 40 il keçməsinə baxmayaraq, BDU-nun fizika və riyaziyyat fakultələrinin yaşlı müəllimləri onun səmimiyyətindən, təvazökarlığından, şəxsiyyətindən, ağayanalığından və alimliyindən gənc nəslə dönə-dönə ürək dolusu danışırlar.
Məqaləni yazarkən mənim yaddaşımı təzələdiklərinə görə vaxtilə Kəriş müəllimin tələbələri olmuş dostlarım Əziz Məmmədov, Şahlar Əsgərov, Vaqif Salmanov, Akif Ağayev, Bəhmən Sultanlı, Eldar Məhərrəmov, Kamil Nurubəyli və Yusif Nurullayevə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm.
Nemət  Məmmədli,
Lütfi Zadə adına BMEA-nın həqiqi üzvü






Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]