Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Komitə sədri: "Azərbaycan xarici borcunu nəzərdə tutulmuş qaydada qaytarır"

Komitə sədri:
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
31/5/2017 [13:12]
Baxılıb :
291 dəfə

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. "APA-Economics" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.
 
Z.Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Onun sözlərinə görə, neftdən daxilolmaların azalmasına baxmayaraq dövlət büdcəsində müdafiə olunan xərclər üzrə artım müşahidə edilib: "2016-cı ilin dövlət büdcəsi üzrə müdafiə olunan ümumi xərclərin 35,5%-ni təşkil edib".
 
Ötən il əsaslı xərclərin xüsusi çəkisinin artdığını deyən Z.Səmədzadə bildirib ki, bu, müvəqqəti xarakter daşıyır. Z.Səmədzadə qeyd edib ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan proqnozları tam yerinə yetirib: “Məsələn, azadolmalar idxalın 50-55%-ni təşkil etməsinə baxmayaraq Dövlət Gömrük Komitəsi nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib”.
 
Komitə sədri qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,4%-ni təşkil edir. “Azərbaycanın xarici borcunun qaytarılmasına görə heç bir dövlət qarşısında problemi yoxdur. Azərbaycan ödəniş vaxtı çatmış kreditlərin qaytarılmasını nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirib. Bu isə qarşılıqlı münasibətlərin qorunması üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Z.Səmədzadə vurğulayıb.

Daha sonra Hesablama Palatasının sədri  Vüqar Gülməmmədov “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata rəhbərlik etdiyi qurumun rəyini açıqlayıb. O deyib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınmış və 10,5 mlrd. manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib.

"2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir. Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub", - deyə V.Gülməmmədov vurğulayıb.
 
Palata sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib. O, 2016-cı ildə Azərbaycanda mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə icra səviyyəsinin 90% təşkil etməsinin dövlət büdcəsinin bu mənbədən gəlirlərini formalaşdıran əsas makroiqtisadi göstəricilərin müsbət meyllərinin müşahidə olunduğu, o cümlədən ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə 14,3% artması şəraitində baş verdiyini vurğulayıb.
 
“Eyni zamanda, idxal olunan yanacağa görə yol vergisinin 57,8 dəfə, vahid xəzinə hesabının qalığının istifadəsi və idarəetməyə verilməsindən nəzərdə tutulduğundan 6,4 dəfə, muzdlu  işə aid olmayan fəaliyyət üzrə gəlirlərin 3 dəfə çox, eləcə də proqnozlaşdırılmayan bəzi mənbələr üzrə vəsait daxil olması bu mənbələrin hesablanma bazasının bir daha  dəqiqləşdirilməsini və əsaslı yanaşmaların tətbiqini zəruri edir.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri də artıqödəmə və borc məbləğləri olub. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də  2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub”, - deyə V. Gülməmmədov vurğulayıb.

Qurum rəhbəri hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meylləri diqqətə çatdıraraq 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 mln. manat təşkil etməklə  96% icra edildiyini bildirib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 mln. manat təşkil etdiyi, həmin məbləğin 42,7%-nin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2%-nin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyü millət vəkillərinin diqqətinə çatdırıb. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i “Digər xərclər” bölməsi, 16%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.
 
“Ümumiyyətlə, 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı əsas məqam il ərzində dövlət büdcəsinin icrası prosesində plan göstəriciləri Azərbaycan Respublikası “Büdcə sistemi haqqında” qanun əsas gətirilərək funksional təsnifatın bölmələrində bir sıra dəyişikliklər aparılıb ki, bu dəyişikliklər əsasən Nazirlər Kabinetinin bəzi sərəncamlarının icrası ilə bağlı olub”.
 
Palata sədri dövlət büdcəsi xərclərinin icrası vəziyyətinə Nazirlər Kabinetinin funksional bölmə daxilində birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilməsi ilə yanaşı, bu vəsaitin müəyyən hissənin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsi ilə icra edilməsi ilə bağlı sərəncamlarının da təsir göstərdiyini qeyd edib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]