Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qoqol, biz və filofobiya

Bölmə :
Köşə
Yazar :
Bahəddin Həziyev
Yayım tarixi :
31/5/2017 [00:15]
Baxılıb :
1951 dəfə

Hardasa oxumuşdum ki, rus nəsrinin atası sayılan Qoqol… öz anasından qorxub. Ukrayna əsilli ədibin yaşamını da, yaradıcılığını da, xəstəliyini də, ölümünü də çoxları araşdırıb. Berşteyn, Karlinski, Kon, Kleyn, Zolotusski, Anri Truayya, Voropayev… yazıçının həyatını və qələmindən çıxanları “didik-didik” ediblər. Görəsən, Qoqolun anası Mariya İvanovnadan qorxduğunu bunlardan hansı aşkara çıxarıb? Xatırlamadım. 

Atadan qorxmaq, oğuldan qorxmaq, qardaşdan qorxmaq… bunların hansısa psixoloji kodunu insanın arxa şüurunda tapmaq olar. Tarix hakimiyyət və sərvət üstündə öz atasını, oğlunu, qardaşını qətlə yetirənlərlə doludur. Osmanlı şahzadəsi Səlim atasını öldürüb taxta oturdu və… Sultan Səlim Yavuz oldu. Onun oğlu – Yüksəliş dövrünün son padişahı Qanuni Sultan Süleyman Oğlu şahzadə Mustafanı qətranlı iplə boğdurdu. Onun oğlu Sarı Səlim isə qardaşı Bəyazidi həmin üsulla həyatdan məhrum etdi. Misalı çox uzaqlardan gətirmədim ki?! Bu, Avropada da belə idi. Şərqdə də, Qərbdə də, Şimalda da, Cənubda da. Elə götürək öz oğlunu amansızlıqla qətl etmiş məşhur rus çarı İvan Qroznını. Bu misalları Fransadan da, İngiltərədən də… gətirmək olardı, ancaq məqalə çox uzun olmasın deyə burda dayandım. Hə, deyəcəksiniz ki, Salvador Dali kimi dahi arvadından qorxurdu. Və bəlkə də buna görə o misilsiz əsərləri yaratmışdı; özünə qalsaydı, şərqlilərin təbirincə desək, şah tənbəli idi. Bunları birtəhər anladıq da.  Bəs anadan qorxmaq nə imiş?! 

Yeri gəlmişkən: Qorxu hissi bütün canlılara xasdır. İnsanın fobilərini isə saymaqla bitməz. Hər bir iş adamında hər zaman az və ya çox dərəcədə penyafobiya – müflis olmaqdan qorxmaq var. Bəzilərimizdə xenofobiya – yad insanlardan qorxu, bəzilərimizdə yatrofobiya – həkimdən qorxu hissi olur. Əgər sən təyyarədə uçmaqdan qorxursansa, deməli, aviafobiyan var. Klaustrafobiyası olanlar hündür binalara liftlə deyil, pillələrlə qalxmağı seçərlər. Fobiyaların çox növü var. Hətta venüstrafobiya deyilən bir mərəzə tutulanlar da olur; gözəl qadınlardan qorxurlar. Fobiya yunan sözüdür, irrasional, nəzarət oluna bilməyən qorxunu, ifrat həyəcanı nəzərdə tutur.  Bu qorxular içində mənim diqqətimi daha ikisi çəkdi – bibliofobiya (kitablardan qorxmaq) və verbofobiya (ayrı-ayrı sözlərdən qorxmaq). Bizim toplumda və toplumu idarə edənlər arasında bu qorxular çox tez-tez özünü göstərir. Mən insan fobiyaları sırasında bu iki növ irrasional qorxu ilə qarşılaşanda anladım ki, nədən bizdə əlində qələm olan adama qarşı belə bir qıcıq var – toplumun aşağısında da, yuxarısında da. 

… Qoqol hələ körpə Nikolay olan zaman onda anasından qorxu yaranıb. Anası Nikolayı əmizdirəndə körpəsini sinəsinə çox bərk sıxırmış. Ac, zəif  körpə bir yandan qarnını doyurmalı idi ki, yaşasın, ona görə südü həvəslə əmmək istəyirdi, o biri yandan da anasının onu sinəsinə bərk sıxması ona sonsuz əzab verirdi. Yemək vaxtı gələndə həm sevinirdi, həm qorxurdu. Bəlkə bu qorxu sonrakı bütün həyatı boyu onda anlaşılmaz, çox ağır sindromların başlanğıcı olmuşdu?! Bəlkə bu qorxu onu ömrü boyu qadınlardan qaçmağa məcbur buraxmışdı?! Hətta anasına məktublarından birində hansısa qadına sərhədsiz sevgisindən bəhs etsə də, sevdiyi ilə ailə qurmaq Qoqolun ağlına da gəlmədi. Ömrünü anasının qucağında əzabla həzzin savaşı içində başlayan Qoqolun sonu da dəhşətli tənhalıq, psixi pozuntular, ağır ruhi və fiziki xəstəliklərlə bitdi.

Biz də hardasa bir az (bəlkə də daha çox) Qoqola bənzəyirik. Biz Vətənə ANA deyirik və bu Anadan qorxuruq. Bunun adını psixoanaliz nə qoyub?! Sosiofobiya?! Toplumdan qorxu. Hardasa elə bəlkə də bu deməkdir. Çünki Vətənə qarşı olan sevgi bəzən irrasional qorxu hissi ilə qarışır, anlaşılmaz, dözülməz ağrı duyğusu yaradır –“ biz Vətəni sevirik, o da bizi sevirmi?” deyə ürpənirik. Nədən belə hiss edirik? Vətən anamız  bizi bəslərkən sinəsinə çox bərk sıxır. Qoqol da hiss etmişdi bunu – yaşamaq üçün iki nəsnənin eyni vaxtda var olması lazımmış. Biri bədənin qidası, biri ruhun. Biri yemək, su, hava, biri isə… azadlıq.

 Bəzən görürsən ki, qidalanmaya ifrat meyl yaranır – insanlar yeməkdən, içməkdən doymur. Ancaq insan ruhunun qidası içini arındıran musiqi, rəsm, poeziya, nəsr… Bunlar da azadlıq duyğusunun bəhrələridir (belə olasıdır). Mənim özümün gəldiyim qənaətdir – biz toplum olaraq bacardığımızdan artıq qazanmaq, qazandığımızdan artıq xərcləmək istəyirik. Bütün fikrimiz-zikrimiz fizioloji doyumluluq hissini yaşamaqdır.  Ruhumuzun qidalanması qayğısına az qalarıq. Buna görə şadlıq sarayları, restoranlar, ərzaq dükanları, çay evləri mədəniyyət evlərindən, kitab mağazalarından daha çox, daha abad və daha qələbəlik olur.

Bunlar nədir ki? Ən dəhşətli fobiya – filofobiyadır. Yəni sevməkdən qorxmaq. Mən filofobiyadan qorxuram. Vətənimizdə bizə qarşı, bizdə Vətənimizə qarşı filofobiya aşılanmasından qorxuram. Bu qarşılıqlı filofobiya bizim də sonumuz olar.

… Qoqol sevməkdən qorxurdu. Onu bu qorxu bitirdi. Hardasa bu anlamlarda Qoqola bənzəsək də, sonumuz ona bənzəməsin. Bu qarşılıqlı qorxudan qurtulmaq şansımız hələ ki var. Qorxularımızı sevmədən, sevgilərimizdən qorxmadan yaşamaq şansı. Fərq etməz — istər torpağının üstündə, istər torpağının altında, Vətənlə bir bütün qalmaq bu olsa gərək…       

Xüsusi olaraq ayna.az üçün

   

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]