Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dünyada analoqu olmayan 57 saylı səyyar alternativ şəfa mərkəzi

Dünyada analoqu olmayan 57 saylı səyyar alternativ şəfa mərkəzi
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
30/5/2017 [23:53]
Baxılıb :
7022 dəfə


Hörmətli  bakılılar və şəhərimizin qonaqları!

İlin –günün bu vaxtında  qiymətlərin cib yandırdığını  və sağlamlığında problemləri olan insanların xəstəxanalara üz tutmağa imkanları olmadığını nəzərə alaraq sizə ən sərfəli qiymətə, cəmi 20 qəpiyə  dünyada analoqu olmayan alternativ tibb xidmətləri barədə məlumat vermək istəyirəm. Hər kəsin stress içərisində yaşadıını nəzərə alsaq sağlam adam tapmaq çətindir. Buna görə də düşünürəm ki, təqdim etdiyimiz  alternativ tibb üsulu hamınıza faydalı olacaq. Odur ki diqqətinizi bizdən ayırmayın.

57 saylı marşrut xətti səyyar alternativ tibb xidmətləri göstərmək üçün yolunuzu gözləyir. Avtobusda qansız, cərrahi müdaxilə olmadan öd və böyrək daşlaının salınması əməliyyatı həyata keçirilir- cəmi 20 qəpiyə.

Əgər  sürücümüzü qəzəbləndirsəniz və ya  qəzəblənməsə belə onu yolda “ abqon” edən digər avtobusu görərsə o  hərəkət etdikcə içərisindəki  bütün oturacaqları qapısı pəncərəsi şaqqıldayan  möcüzəvi aparatını sürətləndirərək bütün daxili orqanlarınızın yerdəyişməsi prosesini də həyata keçirə bilər.
Nə dediniz? Belə şəraitdə kəllə beyin travması da almaq olar? Qorxmayın bu günə qədər pasiyentlərimizdən, üzr istəyirəm sərnişinlərimizdən ölən olmayıb. Uzaq başı beyin silkələnməsi ola bilər ki, bu da öz növbəsində böyük  dühaların yetişməsinə və elmin inkişafına xidmət edir.Unutmusunuzmu, Nyuton Yerin cazibə qanununu başına alma düşməsi nəticəsində kəşf edib. 57 saylı marşut xətti  hər birinizə Nyutondan daha ağıllı olmaq şansı təqdim edir.Üstəlik edəcəyiniz kəşf Nobel mükafatına layiq görülərsə 20 qəpik verib milyonçu ola bilərsiniz.Bu avtobusa verilən 20 qəpik özünü artıqlaması ilə doğruldur və böyük rentabellilik təşkil edir. Gələcəyinizə 20 qəpik yatırım qoyun.
Səyyar alternativ tibb mərkəzimizdə masaj xidmətlərindən də  faydalana bilərsiniz. Basabasda getməyə alışmış peşəkar sərnişinlərimiz  təpik, dirsək, yumruq,tapdama sürtünmə , itələmə kimi üsullarla günə aktiv başlamanıza yardımçı ola bilərlər.

Öz aramızda qalsın, sevmədiyinz biri varsa avtobusun təkər üstü oturacaqlarında əyləşdirməklə bu problemi kökündən həll edə bilərsiniz. Killerin  beş min manata edəcəyi işi 57 saylı avtobus  20 qəpiyə həll edir. Heç bir cinayət izi qoymadan.

Eyni zamanda  alternativ tibb mərkəzi estetik xidmətlər də göstərir. Üz, çənə, burun , diş formalarının ən qısa zaman kəsiyində dəyişdirilməsi, göz altına qalıcı tatu döydürülməsi mümkündür.
 Pensiya yaşına erkən çıxmaq istəyən vətəndaşları da  57 saylı marşrutda gözləyirik.Rüşvət və sair yollarla ala bilmədiyiniz statusa burda asanlıqla sahiblənə, birinci, ikinci, üçüncü qrup əlil  adını qazana bilərsiniz. Beləliklə sosial rifahınız da xeyli yüksələr.

Bir qədər də sürücülərimiz haqqında.   Müştəri tutmaq üçün ən sıx tıxac olan yollarda belə Şumaxeri geridə qoyan sürücülərimizin hər biri Qran –Pri mükafatına layiq olacaq səviyyədədirlər. Sizin  üçün həyatlarını və başqalarının həyatlarını riskə atmağa  çəkinməyən bu insanların istedadı göz yaşardır. Əminik ki, formula -1 yarışlarında onların da qabiliyyəti layiqincə qiymətləndiriləcək.

 Və sonda unutmayın - 57  reklam deyil, yaşam tərzidir.

 İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]