Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Həkimə dedim, qızıl dişlərimin hamısını sök " - Bir atanın ürəkdağlayan HEKAYƏSİ

Bölmə :
Cəmiyyət
Yayım tarixi :
27/5/2017 [22:56]
Baxılıb :
25096 dəfə

Boş damağını göstərib: “Üst dişlərimin hamısı qızılıydı. Yeni ildə süfrəyə qoymağa heç nəyimiz yox idi. Uşaqlar da ac. Arvada dedim, dur, siyahı tut. Təəccüblə üzümə baxdı, dinmədi. Başladı yazmağa: alma, armud, düyü, kartof,.... Siyahını da götürüb birbaşa həkimə getdim. Dedim, sök hamısını. Sökdü. Qramını 42 manatdan satdım. 255 manat etdi. Gəldim bazara. Uşaqların “sapojki”ləri yoxuydu. 2 cüt “sapojki” aldım, qəşəng bazarlıq etdim. Təhminəyə də ətir aldım”.
 
 
Qədir o günü gülümsəyərək xatırlayır. Qürurla. Deyir, peşman deyiləm! "Ailəm üçün lazım gəlsə, canımı da verərəm. Diş nədir ki?!". Lakin ömür-gün yoldaşı Təhminə Məhərrəmova kədərlidir. Ərini dinlədikcə, başını bulayır, gözləri yaşarır.


 
 
 
-Həmin gün çalışdım az danışım, evdəkilər bilməsin, ağzımda qızıl dişlərim yoxdu. Təhminə biləndə... (susur)
 
 
Təhminənin titrək səsi eşidilir:
 
 
-Çox danladım. O çörək boğazımdan necə keçdi, onu bir Allah...
 
 
 
Sözünü tamamlaya bilmir. Göz yaşları yanağından sürüşüb sinəsinə tökülür. Qədir gözüylə uşaqlara işarə edir. Təhminə uşaqların görməyəcəyi şəkildə gözünü silir. Dərindən bir köks ötürüb:
 
 
 
-Hələ də imkan edib onun dişlərini düzəltdirə bilməmişik. Elə ancaq uşaqların boğazına, dəftər-kitablarına çatdırırıq.
 
 
 
Qədir Ağalarlı Bərdə şəhərindəndi. 39 yaşı var. 2003-cü ildə birinci həyat yoldaşı ilə birgə Bakıya köçüb. 7 il övlad yolu gözləyib. Keçmiş həyat yoldaşı övladlıq götürməyə də razılaşmayınca yollarını ayırıblar. Deyir, pencəyimi götürüb çıxdım. “Razin”dəki 2 otaqlı evini birinci həyat yoldaşına bağışlayıb. Sonra tale onun qarşısına Təhminəni çıxarıb. 2005-ci ildə ikinci dəfə ailə qurub. İki oğul atasıdır.
 
 
 
“Böyüyə rəhmətlik atamın adını qoymuşam. Salman! Gözümün ilkidir, görən gözümdü. Sərvan, sonbeşiyimdi, ürəyimdi. Uşağı yaratmışamsa, baxmalıyam. 3-cü, 4-cü uşağa baxa bilməyəcəmsə, dünyaya gətirib niyə zəlil edim? İki uşaq bəsimdi. Bunları verənə şükür! Uşaq həsrəti nədir, bilirəm. O qədər çəkmişəm! (dərin ah çəkir). Allah kimsəyə göstərməsin! Nə eləmişəm, halal-xoşları olsun!”, deyərək Təhminənin sözünü kəsir.
 
 
 
Təhminə Məhərrəmova əslən Qərbi Azərbaycandandır. 35 yaşı var. Ailəsi ilə birgə 1984-cü ildə Balakənə köçüblər. Balakənin rütubətli havası yaşlı anasına düşməyib. Oradan da Bakıya köçüblər. 18 yaşında qardaşı Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 1993-cü ildə Ağdərədə gedən gərgin döyüşlərin birində itkin düşüb. Bu itkidən sonra anasının vəziyyəti daha da ağırlaşıb.
 
 
-Nə ölüsündən, nə dirisindən xəbər çıxmadı. 7 ildən sonra şəhid statusu verdilər. Qardaşımdan sonra anamı da itirdik. Dözə bilmədi. Sonra atam da rəhmətə getdi.
 
 
 
Təhminənin ağlayacağını hiss edən Qədir Salmangil oturan tərəfə boylanır. Uşaqların başının qarışıq olduğunu görüb hər ikisi sakitləşir.
 
 
Ailə qurandan sonra yaşamağa evləri olmadığından müvəqqəti Təhminənin ata evində məskunlaşıblar. Müvəqqəti məskunlaşma düz 5 il çəkib. 5 ildən sonra...
 
 
-Atam balaca torpaq yeri verdi, 1 otaq tikdik. Həyət-bacası yoxuydu. Qapı birbaşa küçəyə açılırdı. Uşaqlar da böyümüşdü. Qapı açılan kimi küçəyə qaçırdılar. Həm oynamağa yerləri yoxuydu, həm də bir gün onları maşının vuracağından qorxurduq. Qərara gəldik, buranı satıb nisbətən geniş ev alaq.
 
 
Söhbətə Qədir bəylə davam edirik.
 
 
-Ramanadan ucuz torpaq tapdıq. İki otaq tikdik. Sonra yoldaşım xəstələndi. Əməliyyat etdirdim. Əlimizdə qalan pul da getdi həkimlərə. Yetmədi, əlavə borc aldım. Sonra işdən çıxdım. Faizlə pul götürmüşdük. Günü-gündən məbləğ şişirdi. Evimizi satmalı olduq. 2 uşaqla qaldıqmı küçədə?! Çarəsiz Təhminənin qardaşıgilə getdik. 2 il qaldıq orda. Zabratda. Keçən il əmim oğlu İslam gördü evsiz çox əziyyət çəkirik, bu torpağı Təhminəyə və uşaqlara hədiyyə etdi. Dedi, yarın sotu uşaqlarındı, bir sotu da Təhminənin. Mənim payım yoxdu (gülür).Əvvəldən bu dəmiri evi almışdıq ki, nə vaxtsa 1 sot torpaq alıb içinə qoyarıq. Axşam 7-də başladım qurmağa, gecə 3-də bitirdim. Gecəylə də köçdük evimizə.
 
 
 
Onun ürəklə “ev” adlandırdığı dəmir konstruksiyadır. Qarabağ müharibəsində evsiz qalmış məcburi köçkünlərə paylanan. Saatlıdan məcburi köçkündən 2300 manata alıblar.
 
 
-Qonşuların biri su verdi, digəri işıq. Üstündə əyləşdiyiniz divanı da qonşu verib. 5 ay olar təbii qaz çəkdirmişik. 230 manat ödədik. Sayğac da verdilər. “Truba”ları özümüz aldıq. Sobanı da qonşu verib. Bir təhər işığın da haqqını vermişik, amma hələ gəlib sayğac qoymayıblar. Gözləyirik. Suya da 350 manat istəyiblər. Pulum yoxdu verməyə. Deyirəm, dövlət rusumu nədirsə, ödəyim, lap sizə də 50 manat hörmət edim, özüm də qazım. Deyirlər, yox e, 350 manat verməlisən, üstəlik də özün qazmalısan. Pulumuz yoxdu deyə qalıb. Sağ olsun, qonşudan su çəkmişəm. Onun kartına aylıq pul ödəyirəm. Yoxsa, susuz qırılıb-batarıq.
 
 
Sabunçu rayon Balaxanı Bələdiyyəsi tərəfindən Balaxanı qəsəbəsinin yeni yaşayış massivində Yeni Balaxanı ünvanında şəxsi mülk tikmək üçün Qədirin əmisi oğlu Ağalarov İslam Soltan oğluna 1200 kv. metr torpaq sahəsi ayrılıb. Buna baxmayaraq, Suraxanı İcra Hakimiyyəti onlara o torpaqda ev tikməyə icazə vermir.
 
 
-Dedilər, tası var - 4 min. Ver, sonra tik!
 
 
-Kim dedi?
 
 
-İcra nümayəndəsi gəlmişdi, o. Səhv eləmirəmsə, adı Vüqardı. Hamam tikəndə kim gəlirdi, 5 manat verib yola salırdım. Barını gecə tikmişəm. Bu dəmiri quranda kim varıydı, tökülmüşdü bura. Dedim, imkanım olsaydı, daha niyə dəmirin içində olurdum, elə daşdan bir balaca otaq tikərdim, dəmirin içində bişməzdim! Hay-küy, axırda çıxıb getdilər. İcra nümayəndəsi sənədimizə baxıb, deyir, saxtadı. Necə saxtadı? Möhürü var, imzası var. Qida Sənaye Kollecində fəhlə işləyirəm. 137 manat maaş alıram. Mağazalardan nisyə ərzaq götürürük. Maaşım elə borca gedir, bəzən heç borcu bağlamır da. Altı-bazar əlavə iş olanda işləyirəm. İşdən qorxmuram. İnanın, böyrəyimin ağrısından nəfəs ala bilmirəm.
 
 
Təhminə başıyla ərinin sözlərini təsdiqləyir.
 
 
-Yenə də işləyirəm. Salman 5-ə, Sərvan 2-ci sinfə gedir. Uşaqların əlinə baxmasın deyə, hər gün hərəsinə 30 qəpik verirəm. Elə olub ayaqqabımın burnu açılıb, amma mən uşaqların dəftər-kitabını əskik etməmişəm. Etmərəm də. Oxusunlar deyə, camaat 5-ini  alanda, mən 6-sını almışam. Qışda qəbiristanlıqda qəbir qazıram ki, əlavə 10 manatım olsun. Uşaqları başa salıram ki, oxusunlar. Amma Salmanın oxumaqla arası yoxdu, idmanı sevir. Kinq boksa gedirdi. Yaxşı nəticələr də qazanmışıd. Bir ildi məşqlərə gedə bilmir, imkansızlıqdan qalıb. Dərnəgüldə işləyirdim. Salmanın ad günü idi. Alacağım vardı. Müdirdən istədim, dedi, hələ yoxumdu. Çıxartdı 3 manat yol pulu verdi. Onda Ramanada olurduq. O pulu xərcləməyim deyə Dərnəgüldən evə piyada gəldim. Səhər 4-də evə çatmışdım. 3 manata Salmana 3 oyuncaq əsgər almışdım.
 
 
 
“Həmin gün güclü qar yağırdı. Qədir çox yaxşı atadır. Utanmaz, çəkinməz. Uşaqlar ac qalmasın deyə, gedib onun-bunun qapısında fəhləlik edir. İçən deyil, çəkən deyil. Kənara bir qəpik pul xərcləməz. Nə qazanır, ailəsinə gətirir”, - Təhminə həyat yoldaşını tərifləyir.
 
 
- Dünən günorta “obed” etməmişəm. Cibimdə 5 manatım vardı. Onu da saxladım uşaqlara. Axşam yeddidə Təhminəyə zəng etdim, 5 manatım var, yeməyə nə alım? Dedi, yemək bişirmişəm, gəl. İki gün də ac işləyərəm. Əsas balalarım ac qalmasın. Uşaq mənə desə ki, ata, mən acam, onda gərək özümü asım! Çox şükür, ayda-ildə bir dəfə 1 kilo ət alıram. Qalan vaxtlar kartof, soğan, yumurta, göy-göyərti yeyirik. Restorana girirəm, qardaşlar yeyib-içirlər. Mənə deyirlər, sən də gəl! Yalandan deyirəm, toxam. Halbuki, acından ölürəm. Qarnımı doydurmaqla deyil e, evdəkilər acdısa, boğazımdan yemək keçər?! Uşaqlar da nəsə tələb etməz. Görürlər yoxdu, istəmirlər. Məktəbə gedəndə 30 qəpik verirəm. Böyüyə xərclik verəndə, yüz dəfə soruşur, evdə çörək pulu var? Bir dəfə işdən gələndə Təhminə dedi, evdə 2 nəfərlik yemək var. Dedim, mən toxam, uşaqlara ver. Uzandım yerimə. Bir saat keçdi, Salman əlini yeməyə uzatmadı. Ta mən əlimi çörəyə uzadana qədər, mən bir tikə ağzıma qoyan kimi uşaq da başladı yeməyə. Məktəbə gedir, aldığının yarısını çantasında balaca qardaşına gətirir. Halbuki, hər ikisinə 30 qəpik verirəm. Çox tərbiyəli övladlarım var mənim. Ağızlarından bir dəfə pis söz eşitməmişəm. Anası çox yaxşı tərbiyə edib.
 
 
Yaşadıqları “ev”in döşəməsi yoxdu. Yerə taxta “fanerka” düzüblər. Tavan və divarlar dəmirdən olduğundan qışda içərisi buz kimi, yayda isə cəhənnəm istisi olur.
 
 
“Elə ki havalar qızdı, biz qalırıq çöldə. Evə giriləsi olmur. Dəmirlər qızır, elə bil isti sobanın içinə girirsən. Günün altı evdən sərin olur. Gün batandan sonra yavaş-yavaş sərinlənir. Köhnə kondisioner almışam. Bir otağı nisbətən sərinlədə bilir. Otağın o biri başına keçirsən, od tökülür. Dəmirə əl vurmaq olmur, az qalır adamın əlini yandıra. Qışın zülmü də ayrı olur. İsitmək olmur. Buzxana olur. Divarın o biri üzü qəbiristanlıqdı. Hər təzə dəfndən sonra meyitin üfunət qoxusundan dayanmaq olmur burda. İnsan iyindən pis iy yoxdu həyatda. Gecələr də qurbağa, çaqqal, tülkü səsindən yatmaq olmur. Üstəlik də ilanlar”, - deyə Təhminə gileylənir.
 
 
İki gün əvvəl qonşu bir ilan öldürüb. Deyir, yalan olmasın, 1 metrə çatırdı uzunluğu. Sinəsi sarı, üstü yaşıl imiş. İlk dəfəymiş belə ilan görürmüşlər. Təhminə sayır ki, keçən yay 6-7 dənəsi ilan öldürüb. Hamısı da balaca-balaca. Dünən də birini də soyuducunun altında öldürüblər. Uşaq qapını açan kimi ilan ondan qabaq içəri girib. Boz rəngdə imiş. İlandan əlavə müxtəlif həşəratlar da evə girir.   
 
 
 
Qədir Təhminəni göstərərək:
 
 
-Şəkər xəstəsidir. Bir ildi onu həkimə apara bilmirəm. Oynaq təzyiqi var. Havalar isinən kimi təzyiqi qalxır. Bu dəqiqə kimsə zəng edə, Təhminəni harasa çağıra, əyninə geyinməyə bir şey tapmayacaq. Mən özüm “Rus” bazarından geyinirəm. Əynimdəki kostyumu pay veriblər. 7-8 pencəyim var. Heç birinə də pul verməmişəm.
 
 
 
Uşaqların onun dinləmədiyindən əmin olunca, asta səslə:
 
 
-Uşaqlara da “Rus” bazarından alırıq. Pay verənlər də olur. Sərvan bu yaxınlara kimi məktəbə “sapojki” ilə gedirdi. Yazıq uşaq bir dəfə şikayətlənmirdi də. Başqa uşaq olsaydı, valideynin üzünə qayıdardı.
 
 
Sonuncu cümləni sanki bilərəkdən ucadan dedi ki, uşaqlar eşitsin. Müsahibə boyu uşaqlar otaqda olsalar da, səsləri çıxmadı.
 
 
Qədirin ən böyük arzusu övladlarına təhsil verməkdi. Deyir, pencəyini satmaq lazım gəlsə, satacaq, qışda pencəksiz gəzəcək, amma onları oxudacaq. Amma evini tək tikdirə bilməyəcəyini deyir. Və xeyirxah insanlardan kömək gözləyir...
 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]