Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Əli Məsimli: “Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər”

Əli Məsimli: “Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər”
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
27/5/2017 [14:17]
Baxılıb :
305 dəfə

“Mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorları ilə keçirilən görüş bu bankın xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı vəziyyəti xeyli aydınlaşdırdı. Restrukturizasiya qərarı elan edildikdən sonra həm ölkə daxilində, həm də xaricində bu bank ətrafında yaranmış gərgin situasiya London görüşü ilə müəyyən qədər səngimiş oldu”.
 
Bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli görüşün nəticələrini “APA-Economics”ə şərh edərkən bildirib. Onun sözlərinə görə, indiyə qədər bu gərginliyi yaradan əsas amillərdən biri informasiyasızlıq, restrukturizasiya planı barədə cəmiyyətdə yetərli məlumatların olmaması olub: “Ona görə də bir sıra mətbuat orqanları, xüsusən də xarici mətbuat bu məsələni işıqlandıranda onun ciddiliyi ilə yanaşı, həm də xeyli şişirtmələrə yol verirdilər. İndi isə bu planın ictimaiyyətə açıqlanması vəziyyəti xeyli dərəcədə aydın şəkildə dəyərləndirməyə imkan verir. Planın təqdim olunması bankın xarici kreditorlarında da yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirdi. Kreditorlar situasiyanı dəyərləndirmək imkanı əldə etdilər ki, restrukturizasiya qərarı onların vəsaitlərinin qaytarılmasının formasına təsir etsə də, amma ümumiyyətlə qaytarılma məsələsinə təhlükə törətmir. Çünki, bu öhdəlikləri Azərbaycan dövləti öz üzərinə götürür. Dövlət ümumi razılıq əsasında qəbul edilmiş hər hansı bir formada bu borcları ödəyəcək. Mənim gözləntilərimə görə, bu son aydınlaşdırmalardan sonra xarici kreditorların xeyli hissəsi restrukturizasiya planına səs verəcək. Yaxşı haldır ki, bu məqam beynəlxalq konteksdə də öz əksini tapmağa başlayıb”.
 
O, bank ətrafında baş verənlərin Azərbaycanın kredit reytinqlərinə təsir göstərəcəyi barədə mülahizələrə münasibətdə Beynəlxalq Bankın reytinqinin aşağı düşməsi üçün bunun təbii olduğunu, amma bütövlükdə Azərbaycan kontekstində belə ehtimalın az olduğunu, olsa belə keçici xarakter daşıyacağını bildirib. “Azərbaycan dövləti yetərincə valyuta ehtiyatlarına malikdir və bu sahədə məqsədyönlü fəaliyyət göstərib, sözügedən  problemləri optimal vaxt kəsiyində aradan qaldıra bilər. Hazırda Azərbaycanın xarici borclarının ÜDM-in 20 faiz səviyyəsində, yəni, iqtisadi təhlükəsizlik baxımından kritik hesab olunan həddən 2-2,5 dəfə aşağı  olduğunu  nəzərə alsaq, bankın xarici öhdəlikləri dövlətə ötürüldükdən sonra da ölkənin xarici borclarının həddi yenə bütün dünyada qəbul edilmiş məqbul normadan xeyli aşağıda qalır. Bu baxımdan, düşünmürəm ki, bunlar ölkənin suveren reytinqini nəzərəçarpan dərəcədə mənfiyə doğru dəyişdirə bilər. Elə Standart&Poor’s beynəlxalq reytinq agentliyinin London görüşündən sonraya təsadüf edən son hesabatında da Azərbaycanın kredit reytinqi dəyişmədən saxlanıb”, - deyə Ə.Məsimli vurğulayıb.
 
Xarici kreditorlara münasibətdə risklərin böyük hissəsini dövlətin öz üzərinə götürməsi şərtilə həmin risklərin müəyyən qədər bölüşdürülməsi ətrafında yarana biləcək fikir ayrılığına gəlincə Əli Məsimli bildirib ki, riskin müəyyən qədər bölüşdürülməsi beynəlxalq praktikada tətbiq olunan üsuldur: “Ona görə də Azərbaycan Beynəlxalq Bankının xarici borclarının yenidən strukturlaşdırılması və bunun üçün kreditorlardan borcun 20% ətrafında azaldılmasının istənməsi müəyyən fikir ayrılığı yaratsa da, əslində həyati  qərardır. Bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti beynəlxalq praktikada çox az təsadüf olunan addım atır. Bankın bütün risklərini bütövlükdə öz üzərinə götürür. Bununla yanaşı, bir mühüm məqamı da qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankının xarici borcları dövlət qarantiyası olmayan borclar idi. Beynəlxalq Bank ətrafında yaranmış vəziyyətin Azərbaycana qarşı istifadəsini neytrallaşdırmaq baxımından, bilavasitə qarantiyası olmayan borcları dövlətin öz üzərinə götürməsi məsələsi beynəlxalq konteksdə də lazımınca qabardılmalıdır. Bu, həm də onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş imicini  hər bir halda qorumağa çalışır. Düşünürük ki, beynəlxalq reytinq agentlikləri də Beynəlxalq Bank ətrafında yaranan olaylarla bağlı Azərbyacana münasibətdə bu məqamı nəzərə almalıdır”. 
 
Fitch və Moody’s beynəlxalq reytinq agentliklərinin son günlər baş verənlərlə əlaqədar Azərbaycan Beynəlxalq Bankının reytinqlərini azaltmasına gəlincə, Ə.Məsimli qeyd edib ki, bu, labüd idi. “Çünki beynəlxalq reytinq agentliklərinin bəlli bir fəaliyyət praktikası var. Onlar bu cür vəziyyətlə üzləşən bankların reytinqini bir qayda olaraq aşağı salırlar. Sözsüz ki, bütün bu baş verənlər, Azərbaycan Beynəlxalq Bankının, eyn zamanda ölkəmizdəki digər bankların xaricdən aşağı faizlərlə vəsait cəlb etmək imkanlarını  müəyyən dərəcədə məhdudlaşdıra bilər, amma vəziyyət çıxılmaz da deyil. Bu vəziyyətdən yetərincə çıxış yolları var. Çıxış yolları ona görə var ki, dövlət bu bankın sağlamlaşmasının bütövlükdə bank sistemi üçün əhəmiyyətini nəzərə alaraq çox böyük dəstək verir. İndi əsas diqqəti daha çox 3 istiqamətə yönəltmək lazımdır: Birincisi, xarici kreditorlarla münasibətdə qarşılıqlı faydalı variantdan maksimum faydalanmaq; ikincisi Beynəlxalq Bank ətrafında əlavə ajotajın yaranmasına imkan verməmək və üçüncüsü, ölkənin imicinə, kredit reytinqinə mənfi təsir göstərən amilləri neytrallaşdırmaq. Əgər sağlamlaşdrma planında nəzərdə tutulanlar sistemli, vaxtında və ardıcıl şəkildə həyat keçirilsə, şəffaf idarəetmə, açıq formada islahatların aparılması Azərbaycan Beynəlxalq Bankını yenidən əvvəlki mövqeyinə qaytara bilər. Onda bankın beynəlxalq reytinqləri də tədricən yenidən yüksələcək. Ümid edək ki, restrukturizasiya prosesinə paralel olaraq bankda bu islahatlar prosesi də  qeyd etdiyimiz  yöndə aparılır. Bu, nə qədər tez baş verərsə, bir o qədər işin xeyrinədir”.
 
Ə.Məsimlinin fikrincə, Azərbaycan Beynəlxalq Bankının sağlam və güclü bir maliyyə qurumuna çevrilməsi həm iqtisadi, həm beynəlxalq konteksdə çox zəruri, həm də ümumən cəmiyyətimizin maraqlarına uyğundur: “Eyni zamanda, həm də Beynəlxalq Bankın yenidən güclənməsi Azərbaycanın maliyyə-bank sistemi üçün o qədər önəmlidir ki, aidiyyatı qurumlar bu məsələnin həllinin maksimum sürətləndirilməsində  əməkdaşlığın effektiv kombinasyasına nail olmaq istiqamətində səylərini artırmalıdır. İndiki mərhələdə həm bankın, həm də restrukturizasiya prosesini həyata keçirən digər qurumların əsas vəzifələrindən biri baş verənlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaqdır. Eyni zamanda, cəmiyyət üzvləri, media nümayəndələri, ekspertlər də bank ətrafındakı ictimai ajiotajları mümkün qədər neytrallaşdırmağa çalışaraq bu vacib məsələnin həllində ümumi işə töhfə və dövlətə dəstək verməlidirlər. KİV-lər, xüsusən də televiziya vasitəsilə həm bank, həm də aidiyyatı dövlət qurumları tərəfindən “öhdəliklərin ötürülməsi prosesinin əhalinin bu bankdakı əmanətlərinə, bankın vətəndaşlarımıza göstərdiyi xidmətlərə təsirinin olmayacağı” barədə  açıqlaması yaxın günlər ərzində müntəzəm olaraq əhaliyə çatdırılmalıdır ki, bu sahədəki narahatlıqlar aradan qalxsın”, - deyə Ə.Məsimli vurğulayıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]