Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Bəs özünüz niyə xaricə qaçırsınız?!"

Bölmə :
Cəmiyyət
Yayım tarixi :
26/5/2017 [22:49]
Baxılıb :
925 dəfə
Azərbaycandan müalicə üçün başqa ölkələrə niyə gedirlər?



Adil Qeybulla: “Məmurların borcudur ki, naqislikləri, nöqsanları aradan qaldırsın»

Səhiyyə Nazirliyinin Respublika Endikrinoloji Mərkəzin direktor müavini Babək Saleki bildirib ki, özlərində müəyyən şübhəli hallar hiss edən, xəstəliyin müxtəlif formaları müşahidə olunan xəstələr endokrinoloqdan öncə kardioloq, nevropatoloq, göz həkimi və ya digərlərinə müraciət edir.
Onun sözlərinə görə, bəzi hallarda Azərbaycanda həkimlərin lazımi müalicəsindən keçməyən xəstələr qonşu ölkələrə gedirlər: "Qonşu ölkəyə gedən xəstələr çoxdur. Lakin məndə informasiya var ki, oradan tabutun içərisində qayıdanlar çox olur. Onlardan danışan isə yoxdur. Azərbaycanda həkimlər insanlara müəyyən müalicələrdən, hormonların müayinəsindən keçməyi bildirsə də, buna əməl etmirlər. Ancaq İran, Türkiyə və digər ölkələrə gedən zaman orada deyilənlərə əməl olunur, lazım olan-olmayan analizlərin hamısı başdan-ayağa verilir, yoxlanılır, dəqiq diaqnoz qoyulur. Bizim həkimlərin, aparılan əməliyyatların səviyyəsi heç bir Avropa və qonşu ölkələrdən aşağı deyil. İnsanların müraciət etməsi üçün çox savadlı, təcrübəli, peşəkar həkimlər var. Həkimə vaxtında müraciət olunarsa, vaxtında köməklik edə bilərik".
B.Saleki zob xəstəliyi ilə bağlı vəziyyəti də açıqlayıb. O qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində yodlaşdırılmış duzun satılması nəticəsində hazırda qalxanabnzər vəzin xəstəliklərindən olan "endemik zob"la qarşılaşmaq mümkün olmur. Direktor müavinin sözlərinə görə, sadəcə "endemik zob" olan rayonlarda zob xəstəliyindən əziyyət çəkənlər arasında genetik olaraq, bu xəstəliyə meyllik qalıb. Bəs xaricdə müalicəyə gedən kimlərdir?
Bir müddət öncə İsrail mətbuatı baş nazirin müavini Abid Şərifovun İsrail xəstəxanasına yerləşdirildiyini yazıb. 77 yaşlı baş nazir ürək tutması diaqnozu ilə öncə Bakıda xəstəxanaya aparılıb. Həkimlər həyatına təhlükə yarandığını və müalicə üçün İsrailə getməsini məsləhət görüblər.
Abid Şərifov xaricdə müalicə alan yeganə məmur deyil. Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun İsveçrədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun isə Türkiyədə müalicə olunduğu yazılıb. 
Dövlət məmurları ilə yanaşı sadə vətəndaşlar da müalicə üçün bir çox hallarda xarici dövlətlərə üz tuturlar. Səbəb olaraq isə ölkə səhiyyəsinə güvənmədiklərini, düzgün diaqnozun qoyulmamasını və s. göstərirlər. 
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələyə fərqli yanaşır. O, məmurların Azərbaycan səhiyyəsinə güvənmədiyi qənaətindədir. Hesab edir ki, elə bu səbəbdən də onlar burda yox, xaricdə müayinə-müalicəyə üstünlük verirlər. Digər tərəfdən, o, xaricdə müalicəyə gedən məmurlara “Azərbaycanda necə səhiyyə qurmusunuz ki, xırda bir əməliyyat üçün durub xaricə gedirsiniz” sualını ünvanlayır, təbii ki, cavab ala bilməyəcək. A.Qeybulla deyir ki, milli səhiyyəyə sayğımız, güvənimiz olmalıdır. Onun bütün naqislikləri də bizimdir, müsbət cəhətləri, inkişafı da. “Məmurların borcudur ki, naqislikləri, nöqsanları aradan qaldırsın, icbari tibbi sığortanın tətbiqi, vətəndaşların sosial müdafiəsinin təşkili kimi məsələlərlə məşğul olsunlar”,-deyən professor nikbindir. O inanır ki, səhiyyəyə ayrılan vəsait artdıqca, həmin vəsait lazımi səviyyədə xərcləndikcə, vəziyyət düzələcək. Biz daxili resurslarımıza, dəyərlərimizə üstünlük verməliyik, qiymətləndirməliyik ki, hər kəsə örnək olsun.
Bəs Respublika Endikrinoloji Mərkəzin direktor müavininin söylədikləri - xaricə müalicəyə gedənlərin bir çox hallarda tabutda qayıtması fikri nə qədər düzgündür? 
Məsələyə əhalinin rəyini öyrənmək üçün Bizimyol.info-nun rəsmi “Facebook” səhifəsində sorğu keçirdik. Xaricdə müalicəyə gedən vətəndaşlarla bağlı hər hansı statsitika aparılmadığından söylənənlərin nə dərəcədə düzgün olduğunu yoxlamaq mümkün deyil. 
Memar İsmayıl adlı oxucumuz deyir ki, onun xəstəliyinə ölkə həkimləri diaqnoz qoya bilməyib: “Hansılar ki, istədikləri rentgen və müayinələrin hamısından keçmişdim. Ancaq Təbrizdə heç bir müayinə istəmədən, həkim özü yoxlayaraq diaqnozumu qoydu. Ona görə də doktor, zəhmət olmasa gedin təhsili yüksək səviyyədə alın, sonra da danışın”.
Aylin Nuri isə deyir ki, şəxsən öz tanıdıqlarının başına gəlib: “Bir tanışım uşağını Türkiyədə ürək qüsuru əməliyyatına apardılar, uşaq stolda qaldı. Sonrada xərc tökdülər tabutu Bakıya gətirməyə. Eyni əməliyyat Bakıda edənlərin uşaqları normal böyüyür. Biri də İtalyada öldü, oradan Bakıya tabut daşıdılar. Onun həkimi illərlə ürək xəstəliyinə baxmayaraq yaxşı müalicə edirdi və uşaqlarınıda toy edib köçürmüşdü. Bizim həkim ona məsləhət etmişdi ki, İtalyada kurorta getmək oradakı prosedurlar təhlükə yarada bilər. Özü qızı ilə ordakı kurortdakı həkimlə məsləhətləşdi. Ordakılar  dedilər, əlbəttə olar, ürək xəstələri də vannanı qəbul edə bilərlər. Elə ilk seansda dözmədi öldü. Bax belə. Sağlamlıq turizmi deyilən bir şey var ki, bizim kimi ölkələrdə avam bilib camaatı aparırlar xaricə”.
Zaur Əliyev düşünür ki, xaricinin baytarı bizim bəzi həkimlərdən yüz dəfə yaxşıdır: “Məcburən gedirik yerli həkimin yanına. O da firma dərmanından yazır ki, getsin. Bizdə həkim var?”
Elçin Allahverdiyev də «bizdə həkim varmı» deyə sual edir: “Özünüzü güldürməyin. 97 faizi kələm satandır. Bizimkilər nə bilir həkim necə olur. Yaxşı maşın ala bilər, yaxşı ev ala bilər, telefonu bahalı ola bilər. Amma həkim ola bilməz. Kasıbın pulu ilə hər şərait qurdular özlərinə. Varlı onsuz da burda müalicə elətdirmir özünü. Mənim də çox pulumu yeyiblər. Allah onları tapılmayan xəstəliyə düçar etsin. Görün mənim kimi neçə nəfər var”.
Nazim Əkbərov deyir ki, klinikalar hər ay Türkiyyədən, İrandan və s. ölkələrdən həkimlər dəvət edirlər: “Bunu hamı bilir. Belə güclü səhiyyən varsa, bu həkimlərə nə ehtiyac var?”
Sexavət Muradov deyir ki, bir tanışı qaşınma (dəri) xəstəliyinə tutulmuşdu: “Bakıdakı özəl klinikalara getdi. Həkimə, analizlərə, dərmanlara 1200 manat xərci çıxdı. Amma xeyri olmadı. Gürcüstana getdi və 15-20 manatlıq dərmanla sağaldı. Burdakı həkimlər lazımsız, xeyri olmayan od bahasına dərmanları xəstələrə aldırırlar”.
Elvin adlı oxucumuz isə deyir ki, dövlət orqanları hara baxır: “Tək səhiyyə deyil axı, hər sahədən çoxlu şikayətlər var. Bunları görmürlər? Hər dəfə çıxıb deyirlər ki, bizdə əladır, superdir, belə elədir. Əgər siz deyən kimidirsə, nədən biz xaricə üz tuturuq? Bizdə nöqsan axtarırsınız. Amma bir az da işinizdə nöqsan axtarın. Bizim şikayət etdiyimiz yerlərə baxın. Görün ,xalq nədən şikayətçidir, nə üçün xaricə gedir”.
Təyani Valehzadə deyir ki, mən hansısa dövlət məmuru xəstələnəndə Azərbaycanda müalicə aldığını görməyib: “Güclü səhiyyəmiz varsa, özünüz niyə xaricə qaçırsınız bir şey olmamış?!-deyə oxucusu sual edir”.
AYSEL





Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]