Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş - Maraqlı məhkəmə işi

Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş - Maraqlı məhkəmə işi
Bölmə :
Kriminal
Yayım tarixi :
25/5/2017 [20:09]
Baxılıb :
753 dəfə

Bakıda tələbə hakim qarşısına çıxarılıb. Buna səbəb tələbənin təhsil aldığı universitetin dekan müavininin ondan şikayətçi olmasıdır. Dekan müavini tələbə tərəfindən təhqir edildiyi, rüşvət almaqda ittiham olunduğu üçün onun cəzalandırılmasını istəyib.

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı daha bir maddə ilə ittiham qaldırıb.

Xatırladaq ki, bundan əvvəl Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün Yasamal rayon Məhkəməsinə müraciət edən dekan müavini mayın 25-də məhkəmədə daha bir iddia qaldırıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb. Məhkəmədə dekan müavini Nigar İsmayılzadə çıxış edərək deyib ki, fakültənin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mediada ona böhtan atıb. Dekan müavini tələbə tərəfindən “rüşvətxor” adlandırıldığını söyləyib. Dekan müavini həmçinin əlavə edib ki, tələbə mətbuatdakı açıqlamalarında onu universitetdə neqativ əməllərlə məşğul olmaqda da ittiham edib. N.İsmayılzadə məhkəmədəki çıxışında “MTN işi” çərçivəsində həbs edilmiş və həbsdə olarkən intihar edən İlqar Əliyevlə adının birlikdə çəkilməsinə də etiraz edib.

Onun sözlərinə görə, intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir: “Mətbuatda “Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?” başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, “Türkologiya”da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin? Mənim təqdimatımı dekanımız, dünya şöhrətli alim Vasim Məmmədəliyev verib”.

Nigar İsmayılzadə iddia qaldırdığı tələbənin 14 ildir, universiteti bitirə bilməməsinə də toxunub: “Tələbə Zəka Mirağayev 14 ildir, universiteti bitirə bilmir. Mənim fikrimcə, belə ittihamlar səsləndirən tələbəni kimlərsə öyrədir”.

Məhkəmədə Nigar İsmayılzadəni hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov müdafiə edirlər. Vəkillər iddia ərizəsinə əlavəni məhkəməyə təqdim ediblər. Məlum olub ki, dekan müavini tələbənin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.

Tələbənin vəkili Elçin Sadıqov da məhkəmədə çıxış edib. Vəkil iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib. E.Sadıqov bildirib ki, qanuna görə, məhkəmə icraata qəbul elədiyi işdən kənara çıxa bilməz: “Xüsusi ittihamçısının iddia ərizəsində də yalnız 147-ci maddə qoyulmuşdu. İndi isə yeni ittiham irəli sürürlər”.

Məhkəmə etiraza baxmayaraq, iddiaya əlavəni icraata qəbul edib.

Tələbə Zəka Mirağayev də məhkəmədə ifadə verib. O, deyib ki, irəli sürülən ittihamlarla özünü qətiyyən təqsirli hesab etmir. Dekan müavinini “rüşvətxor” adlandırmasına münasibət bildirən tələbə deyib ki, bu barədə sübutu var və prosesin gedişində müəyyən adamların dindirilməsi ilə bağlı vəsatət qaldıracaq: “Nə mən birbaşa dekan müavininə rüşvət vermişəm, nə də o, məndən istəyib. Rüşvət məsələsi məndən kənarda baş verib. Əlimdə sübutlar var, prosesin gedişində ortaya qoyacam. Mən burada rüşvətin çekini ortaya qoya bilmərəm ki... Amma bildiyim faktları universitet rəhbərliyinə də demişəm, prokurorluğa da göndərmişəm”.

14 ildir, universiteti bitirə bilməməsilə bağlı dekan müavininin dediklərinə də müansibət bildirən Zəka Mirağayev söyləyib ki, 2005-ci ildə rüşvətə etirazına görə universitetdən çıxarılıb, 2014-cü ildə isə yenidən bərpa olunub: “Dekan müavini öz istəyi ilə məni məhkəməyə verməyib. Dekan Vasim müəllim fakültənin adının hallanmasını istəmirdi. Dekanlıqda görüşdə bu məsələnin həlli ilə bağlı təklif verəndə Nigar İsmayılzadə dedi ki, “mən böyüklərimlə məsləhətləşməliyəm”. Bu da mənim dediklərimi sübut edir”.

Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Növbəti məəhkəmə prosesi iyunun 8-də davam edəcək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]