Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Elşad Miri: “Kedicik məsələsindən sonra Adnan Oktarla əlaqələrimi kəsdim”

Elşad Miri: “Kedicik məsələsindən sonra Adnan Oktarla əlaqələrimi kəsdim”
Bölmə :
Müsahibə
Yayım tarixi :
24/5/2017 [21:18]
Baxılıb :
2211 dəfə


Müsahibimiz ilahiyyatçı Elşad Miridir.

Elşad Mirini tanıyaq:
– Bu gün mollaya da, axunda da ilahiyyatçı deyilir, dini elmi cəhətdən anladan adama da. Ona görə də, mən özümə ilahiyyatçı deməkdən belə utanıram artıq. Mən özümü Elşad Miri kimi təqdim etməyə daha çox üstünlük verirəm.Dörd uşaq atasıyam.
Dinə gəlməyimin maraqlı bir səbəbi olub. Suriya əsilli ABŞ kinorejissoru Mustafa Akkadın “Allahın elçisi Məhəmməd” filminə baxandan sonra atamdan Peyğəmbərimiz haqqında soruşdum. Baxmayaraq ki, bizim seyid nəslindən olduğumuzu deyirdilər, atam dedi ki, Peyğəmbərimiz gözə görsənməyib.
Bunlar mənə qəribə gəlirdi, ona görə də, özüm araşdırmağa başladım. Dini kitablar axtarmağa başladım. Onlar çox məhdud sayda idi.
Yevlaxda yaşayırdıq. Ağdaşda mədrəsə olduğunu öyrəndim. İlk dini təhsilimi orda aldım.Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul oldum. 1997-ci ildə oradan məzun oldum. Həmin il qəbul olduğum. 5 illik Qafqaz Universitetinin İlahiyyat fakültəsini 4 ilə bitirərək(2001), Xəzər Universitetinin Dini elmlər ixtisası üzrə magistraturasına daxil oldum. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il Dinlər tarixi, Müqayisəli dinlər tarixi kimi fənləri tədris etdim. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq, Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris etdim.
İlahiyyatı nə üçün seçdiz?
– İlahiyyatı pul qazanmağa görə seçməmişəm. Atam məni maliyyələşdirib. Çalışıram ki, dindən qazandıqlarımı da dinin təbliğatına xərcləyim. Bu sahədən gəlir güdmürəm. Mənim mükafatımı qoy, Allah versin.
Sizi internet saytlarında tez-tez görə bilirik. Amma Elşad Miri nədənsə son zamanlar televiziyada görünmür, bunun səbəbi nədir?
-Açıq etiraf edim ki, qadağalar var.
Nə ilə əlaqədardır?
– Bəzi çıxışlarım bəzilərinin xoşuna gəlmir. Din sahəsi elə bir sahədir ki, bunu monopoliyaya çevirib, hər cür istifadə edə bilirlər. Çünki insanları din məsələsində aldatmaq daha asandır. Onlara sorub-soruşdurmadan inanan insanlar sərf edir.Mənim dediklərim kiminsə xoşuna gəlmədiyi üçün televiziyalarda çıxışıma icazə verilmir.
Amma sizə bir şey deyim, artıq o dövr bitib. Artıq onlayn media televiziyaları üstələyib. Ona görə də, mən öz çıxışlarımı internet üzərindən edirəm. Bu səbəbdən də, həmin qadağalar mənə təsir göstərmir.

Türkiyənin məşhur ilahiyyatçısı kimi tanınan Adnan Oktarla bağlılığınız olduğu deyilir. Hətta sizin ondan aldığınız bir video müsahibə də var. Başqa bir videoda isə Adnan Oktar sizin ANS kanalındakı çıxışlarınızı“kedicik”lərə göstərərək, sizi tərifləyir. Başqa bir məsələ də var ki, siz Adnan Oktarı təqdim edəndə çox həyəcanlısınız, hətta onu dahi mütəfəkkir olaraq təqdim edirsiz. Sizə qoyulan qadağalar İslama yanaşma tərzi ilə ikrah hissi oyadan Adnan Oktarla bağlı olduğunuzdan irəli gələ bilərmi?
 
-Əslində buna öz çəkdiyim bir videoda aydınlıq gətirmişdim.
Onları Azərbaycana dəvət edən “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nin sədri idi. Komitənin ilk sədri Rafiq Əliyevin dövründə. 11 sentyabr hadisələri ilə bağlı Azərbaycanda böyük konfrans keçirilirdi. Mən onları həmin konfransda iştirak edərkən gördüm. Terrorla mübarizəyə qarşı çəkdikləri bir film var idi. Həmin konfransda bir kitablarını gördüm. Kitabları çox xoşuma gəldi. Kitabın çox gözəl görünüşü var idi. Onlardan ilk soruşduğum sual belə oldu ki, “Nə gözəl kitablardır?”.
Onların da cavabları belə oldu ki, “Müsəlmana daha gözəli yaraşmırmı?! Bu ifadə çox xoşuma gəldi. Bu insanla bağlı araşdırma aparmağa başladım. Kitablarına baxdım. Bir çox kitablarını tərcümə etdim. Çap etdirdim. Bu kitabları çap etdirməyə yol axtarırdım. O zaman şiə təriqətli Rəhman adlı biri var idi. O, mənə kitabların çap olunmasında kömək etdi. İlk dəfə Harun Yəhyanın Azərbaycan dilində kitabları İranda dərc olundu.
O kitablar Azərbaycanda çoxlu sayda satıldı. Sonra onların sənədli filmlərini səsləndirməyə başladım. Doğrudan da çox maraqlı idi. İnsanların daha çox maraq göstərdiyi “multimedia sahəsi”ni bunlar doldururdu.
“Kedicik” söhbəti ortaya çıxana qədər mən bu işləri görürdüm. Mən o insanın əməyinə hörmət qoymuşam, bu, şəxsə hörmət demək deyildi.
 
Kedicik məsələsinə etiraz etdiniz?
-Hətta, indiki kimi açıq-saçıq geyinən qızları yox, ilk dəfə başıörtülü qızları o verilişdə görəndə dedim ki, bu doğru deyil. Onlar buna belə izahat verdilər ki, biz barlardakı əxlaqsız qızları İslama gətirmək üçün bu cür yollardan istifadə edirik. Amma mən buna birmənalı olaraq etiraz etdim və kedicik söhbəti çıxandan sonra bizim Adnan Oktarla münasibətimiz ikitərəfli olaraq kəsildi.
-Sizin dediklərinizdən bu qənaətə gəlmək olar ki, bir zamanlar sizin də pərəstiş etdiyiniz biri artıq dini mənfi tərəfdən təbliğ edir. Tərcümə olunmuş kitabların da içərisində nəsə dinə yad bir şeylər axtarmaq olarmı, yoxsa ki, düşünürsüz ki, bu kitablarda problem yoxdur.
 
-Gözəl sualdır. O kitablarda heç bir problem yoxdur. Çünki o kitabların heç biri şəxsən onun yazdığı kitablar deyil. Onu öz adamlarına yazdırıb və onlar da 99 faiz onu başqa mənbələrdən toplayıb vəhdət halına gətiriblər.
Başqa yerlərdən istinadlardır. Yəni, əvvəlki kitablarda heç bir problem yox idi. İndikiləri isə oxumuram.
-Amma qəbul etmədiyim tərcümələrim də var. Peyğəmbərimizin möcüzələri və qiyamətin əlamətləri idi ki, mən indi bunlara inanmıram. Peyğəmbərimizin bir möcüzəsi olub, o da Quran.
Eyni zamanda “Mehdilik” də mənim qəbul etmədiyim məsələdir.
Gücü çatmayan bir uşaq deyir ki, atam gəlsin sənə göstərəcəm. Mehdi məsələsi də belədir.
İndi bizə təqdim olunan din dinlərin yarışdırılması kimi bir şeydir. Məsələn, xristianlar İsanın insanları diriltdiyini uydurduqları kimi, Məhəmməd peyğəmbərin də kimisə diriltdiyini uyduranlar var. Amma bunlar hamısı İslama zidd anlayışlardır.
– Elşad bəy, siz bir çox insanlara inandınız, Harun Yəhyaya, indi də İslama zidd olan hərəkətləri dilə gətirirsiniz…
– Bir çox dini cərəyanlar var ki, onlara qoşulan insanlar həqiqətən Allah üçün qoşulur və bilmədən özünü hansısa siyasi cərəyanın tən ortasında görür. O,cərəyanların nümayəndələri ilə ünsiyyət qurmuşam. Sonda mənim gəldiyim bir nəticə var. Biz bütün dini cərəyanları bir kənara qoymalıyıq və İslam dininin əsası olan Qurana tapınmalıyıq.
Yəni ki, dinə fərdi yanaşmalıyıq?
-Fərdi yanaşmasanız, yenə də kiminsə oyuncağına çevrilə bilərsiniz. Kiminsə kuklası olmaq ehtimalımız var. Hansı şəxs Qurana çağırırsa, o şəxslə dostluq etməyə çalışaq. Şirkətinə, müəssisəsinə çağıran adamlardan qaçmaq lazımdır.

Sizin kimi düşünən insanlar çoxdurmu?
-Şükürlər olsun ki, artıq çoxdur. Hətta çox tanınmış insanlar var ki, mənimlə eyni fikirdə olduğunu söyləyir.
Mən bu kitabla illər sonra təzədən tanış oldum. Daş atanlar, söyənlər, döymək istəyənlər də var. Əllərinə imkan düşsə, parça-parça edəcəklərini də bilirəm. Allahı sorğulamaq, İbrahim peyğəmbəri sorğulamaq, araşdırmaq, Quranla yaşamaq lazımdır.
Quran bizə əxlaqı öyrədir?
-Quran bizə həyatı öyrədir.
– Ateistlər İslamı tənqid edərkən, ən çox iki məsələyə diqqət çəkir. Birinci Peyğəmbərimizin 53 yaşında olarkən 9 yaşlı Aişə ilə evlənməsi, ikinci məsələ isə öz oğulluğunun yoldaşı olan Zeynəb ilə evlənməsini arqument gətirərək, İslamın haqq dini oluğuna şübhə yaratmasına səbəb olur. Bu məsələlər necədir? 

Peyğəmbərimiz doğrudanmı 9 yaşlı uşaqla evlənmişdi və öz gəlini sayılan qadınla evlənmişdimi?
– Siz bir sayt olaraq araşdırma, sorğu aparsanız, hətta dindar insanların belə 90 faizi bu uydurmaya inanır. Təsəvvür et, buna inanan müsəlmanlardan soruşsanız ki, bəs sən qızını 53 yaşında insana ərə verərsənmi? Təbii ki, yox deyəcək. Heç 9 yaşındakı qızı 18 yaşlı oğlana verməyəcəklər. Onda belə çıxır ki, ya Əbu Bəkrin qeyrətində problem olub, ya da əstağfürullah Peyğəmbərimiz uşaqbaz olub.
Bu gün Avropanı Peyğəmbərimizin karikaturasını çəkdiyinə görə qınayırıq. İndi gəlin belə edək, 53 yaşında bir kişiyə bəylik libası və 9 yaşında bir qıza da gəlinlik geyindirib küçəyə çıxaraq, bu karikatura deyil, bəs nədir?
Hətta həmin mənbələrdə var ki, Peyğəmbər Aişə ilə 6 yaşında nişanlanıb, 9 yaşında evlənib.
Hansı mənbələrdə?
– Çox mənbələrdə. Ən mötəbər hesab olunduğu “Buxarı”, “Tirmizi”də var. Bu gün Dini Qurumlara belə sorsanız buna inanacaq.
Amma bu konkret olaraq yalandır. Quranda bununla bağlı ayə yoxdur, nə də azyaşlıların evlənməsi.
Baxın, belə bir məsələ də var. Deyirlər ki, Peyğəmbərimiz Aişə ilə nişanlanmamışdan qabaq, Aişə başqasına nişanlı olub. Belə çıxır ki, Aişə anadan olan kimi onu nişanlayıblarmış? Sonra da nişanını qaytarıb Peyğəmbərimizə nişanlayıblar?
Aişə nişanı qaytarır. Qaytarmağının səbəbi isə İslama gəlməsi olur. Nişanlandığı adam İslamı qəbul etmədiyi üçün Aişə nişanı qaytarır.

Bəs Aişənin neç yaşı var idi?
– Əbu Bəkr İslamı 610-cu ildə qəbul edibsə və həmin il Aişə nişanlı olubsa, bu o deməkdir ki, artıq Aişə 610-cu ilə yetişkin qız olub. Bir hədisdə də deyilir ki, Aişə anamız “Qəmər surəsi”nin gəlişini xatırlayır. “Qəmər surəsi” Peyğəmbərliyin dördüncü ilində gəldiyi üçün, yəni 614- cü ildə doğulan bir insan onu necə xatırlaya bilərdi? Peyğəmbər Aişə anamızla hicrətin 1-ci ilində, yəni 623-cü ildə evlənir. 610- cu ildə Aişənin nişanlı olduğunu düşünsək, 623 -cü ilə qədər 13 yaş edir. Burdan bu nəticəyə gəlmək olur ki, Aişə anamızın ən azı 18-20 yaşı olub və daha da çox. Yazdığım kitabda da bunu bildirmişəm.
Peyğəmbərimizin öz oğulluğunun yoldaşı ilə (Zeynəb) evlənməsi məsələsinə aydınlıq gətirək.

-Bəli, bununla bağlı Quranda ayə var. Peyğəmbər Zeydi oğulluğa peyğəmbərlikdən əvvəl götürüb. Ərəbistanda İslamdan əvvəl belə bir qayda var idi ki, oğulluğa götürülmüş adam oğul əvəzi sayılırdı. Amma bu İslama ziddir. İslamda oğulluğa götürülmüş adam oğul hesab olunmur. Günümüzdə də bunun misalını İlhamə Quliyevanın oğulluğa götürdüyü şəxslə çəkə bilərik. Demək ki, oğulluq heç vaxt oğul ola bilmir. Sonrası da, Zeynəbi Zeydlə Peyğəmbərimiz özü evləndirib. Bu gün bəzi adamlar Peyğəmbərimizin Zeynəbdə gözü olduğunu uydururlar. Zeynəb Peyğəmbərimizin doğma bibisi qızıdır. İstəsəydi, onunla daha əvvəldən də evlənə bilərdi. Zeyd və Zeynəb bir yerdə yaşaya bilmədilər. Fikir ayrılıqları olduğu üçün onlar boşanmağa məcbur oldular. Aradan illər keçdi. Zeynəb dul bir qadın idi. 3-4 il sonra Peyğəmbərimiz dul qalmış Zeynəblə evlənir. Peyğəmbərimiz Zeydə dəfələrlə Zeynəbi boşamamağı desə də, olmur. (metbuat.az)



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]