Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanda it və pişik alveri - 3200 manata sifariş

Azərbaycanda it və pişik alveri  - 3200 manata sifariş
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
24/5/2017 [14:29]
Baxılıb :
500 dəfə

Online ticarətin ən geniş yayılmış növlərindən biri də ev heyvanlarının satışıdır. Hansı ki son zamanlar Azərbaycanda da geniş yayılıb. Evdən bayıra çıxmadan yaxşı gəlir gətirən bu bizneslə nə qədər insanın məşğul olduğu, dövriyyənin rəsmi statistikası bəlli deyil. Düzdür, dünyanın bir çox dövlətlərində bu say nisbidir. Lakin heyvanları müdafiə edən cəmiyyətlər əmək sərf edib ortaya bir rəqəm qoymağa çalışırlar. Məsələn, Amerikanın ev heyvanları sahibləri Assosiasiyasının (American Pet Association - APA) rəyinə görə, ABŞ-ın milyona yaxın vətəndaşı it, pişik, eləcə də digər heyvanların alqı-satqısı ilə məşğul olur. Azərbaycanda rəsmi statistika kimi belə bir araşdırma da yoxdur. Baytarlıq klinikaları isə onlara peyvənd üçün gətirilən heyvanların sayını belə gizlədirlər.

Alış-veriş saytlarında ev heyvanlarının satışı elanı artıb 

Araşdırmalara əsasən, maliyyə böhranından sonra bütün dünyada ev heyvanlarının biznesi ilə məşğul olanların sayı artıb. Bu, həm insanların ev heyvanları ilə vaxt keçirməklə gərginliklərini azaltmağa çalışmaları, həm də sözügedən biznesin asan və gəlirli qazanc növü olması ilə izah edilir.  Hazırda Azərbaycanda ev heyvanlarının satışı iki yolla aparılır. Birincisi, sırf alıcının sifarişi əsasında  xaricdən idxal etməklə, ikinci, şəxsi təşəbbüslə gətirib online satış saytlarında elan yerləşdirməklə satış həyata keçirilir. Birja.az, tap.az, bul.az, elan.az, alsat.az, ucuztap.az, supermarket.az kimi elan saytlarında cins it və pişiklərin satışına dair yüzlərlə elana rast gəlmək olar. Qiymətlər isə hər iki hal üzrə  heç də ucuz deyil. Başlayaq şəxsi təşəbbüslə gətirilərək satılan heyvanların qiymətlərindən. Cins it növlərindən "şarpey"  (yapon iti) 600 manat, "haski" balaları 220 manat, "alabay" balaları 599 manat, "labrador" 400 manat, "rotveyler" 500 manat,  "pitbull" 400 manat, "pekines" 250-290 manatdır. "Şpits" 1300-1600 dollar, "Pomeran şpitsi" 1600 manat, hətta 2200 manat təşkil edir. Pişiklərə gəlincə, ən ucuz türk anqorudur - 70 manat.  Tayland pişiyi 150, fars pişiyi 200-300, şinşilla 500, Britaniya pişiyi  300, "Sfenks" 900, siam 100, İngilis sortu (British shorthair) 450 manat təşkil edir. 

Sifariş baha başa gəlir 

Sifariş əsasında idxal olunan ev heyvanlarına gəlincə, burada vəziyyət dəyişir. Yəni cins itlərin və pişiklərin gətirilməsi ucuz proses deyil. Belə ki, ev heyvanı sifariş vermək adı ilə əlaqə saxladığmız satıcılar bizə aşağıdakı qiymətləri oxudular: "Bordeaux" balalarını sizə təklif edə bilərik. 2800 manata gətiririk. İt 2,5 aylıqdır". Satıcının sözlərindən məlum oldu ki, çatdırılma 5 gün çəkir. Ən əsası da itin mərkəzi Belçikada yerləşən Dünya İt Federasiyasından (FCİ) sənədi var.
Adını İtaliyanın Napoli şəhərindən alan, Misir, Fars və Mesopotamiya əsilli "Mastino Napoletano" itinin 2 aylıq balasının sifarişlə gətirilmə dəyərinin isə  2500 manat olduğunu öyrəndik. Taleh adlı satıcı bala iti Ukraynadan gətirdiyini dedi. 

Əlaqə saxladığımız digər it-pişik alverçiləri bizə FCİ sənədli, dəyəri 3200 manat olan "Pomeran şpitsi" təklif edilər: "Amerikadan və İspaniyadan Ukraynaya gətirilən "Amerikan bulli"si də təklif edə bilərik. Qiyməti 2000 dollardır. İtin bütün sənədləri var". Qiymətlərin baha olduğunu bildirdikdə "Minyatür Schnauzer" i məsləhət görərək 1300 manata 5 günə çatdıracaqlarını söylədilər.

Yeri gəlmişkən, soğu zamanı öyrəndik ki, yarışların qalibi olan cins it balalarını da sifariş vermək mümkündür. Məsələn, babaları müxtəlif it yarışlarının qalibi olan "Türk kanqalı" 2400 manata başa gəlir. 

Onu da qeyd edək ki, satıcıların sözlərindən it və pişiklərin, əsasən, Ukrayna və Rusiyadan ölkəyə gətirildiyi bəlli oldu. Heyvanların çatdırılma müddəti isə maksimum 5 gün çəkir. Təhvil-təslim zamanı itin və ya pişiyin "yeddi arxa dönəni" haqqında sənəd, baytar müayinəsindən keçməsinə dair arayış  təqdim edilir.Bu arada ödəniş ancaq nağd şəkildə tələb edilir. Çünki söhbət etdiyimiz satıcılar dönə-dönə kreditlə it satmadıqlarını dedilər. 
 
Ölkəyə nə qədər it-pişik gətirilib?

Məsələnin ən müəmmalı tərəfi budur. Rəsmi statistikada ölkədə diri heyvan idxalı göstərilsə də, rəqəmin təsnifatı verilmir. Lakin bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ötən il ölkəyə 154 baş it və pişik balası gətirildiyini açıqlamışdı. Bu sahədə son vəziyyəti öyrənmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxladıq. Qrumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli onlarda belə bir rəqəm olmadığını söylədi. Lakin məlum oldu ki, xaricdən gətirilən diri və kəsilmiş heyvanlar Dövlət Baytarlıq Nəzarəti Xidməti tərədindən qeydiyyatdan keçərək, sənədləşdirilir. 
Nəzərə alsaq ki, veterinar klinikalar it-pişik biznesi ilə məşğul olanlara bələd olan yeganə qrumdur, belə ki, onlar it və pişiklərin qeydiyyatı, peyvəndi ilə bağlı elektron məlumat bazasına sahibdirlər, statistikanı bir də onlardan almağa çalışdıq. Lakin "Royal Canin" Baytarlıq Klinikasından statistikanı açıqlaya bilməyəcəklərini söylədilər. "Vəfalı dostum" klinikasından da eyni cavabı aldıq. 

Şəhərdə xüsusi təyinatlı itlərin sayı artıb 

Vəhşi Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev bildirir ki, son illər Bakı şəhərində xüsusi təyinatlı cins itlərin sayı artıb: "Bu, onu göstərir ki, alıcılar daha çox bu növ itlərə üstünlük verirlər. Ətraf üçün belə itlər təhlükəlidir. Xaricdə onların ictimai yerlərdə gəzdirilməsinə icazə verilmir. Bəzi hallarda isə nəsil artımının qarşısını almaq üçün axtalanırlar".  A.Qarayev bildirir ki, ölkəyə nə qədər it və pişiyin gətirilməsinə dair statistikanın olmaması, müvafiq qurumlarda qeydiyyatın baha başa gəlməsi ilə bağlıdır: "Bütün hallarda adiyyəti qurumların prosesə nəzarətinin artırılması vacibdir. Sərhəd keçid məntəqələrində nəzarət  gücləndirilməlidir".

A.Qarayev deyir ki, idxal olunan it və pişiklərin sağlamlıqları bəzən sual altında olur: "Əvvəla cins it və pişiklərin hansı ölkələrdən gətirildikləri bəlli deyil. Başqa tərəfdən onların Azərbaycanın iqlim şəraitində qalıb-qalmayacaqları, xəstəliklərə qarşı davamlı olub-olmayacaqları sual altındadır". 
Cəmiyyət sədrinin sözlərinə görə, it-pişik saxlamaq istəyənlər küçədəki sahibsiz heyvanları da çimizdirib, peyvənd edib bunu reallaşdıra bilərlər: "Yerli it və pişik növləri heç də cins heyvanlardan geri qalmır". 

Yerüstü, yoxsa hava nəqliyyatı? 

O ki qaldı Azərbaycana ev heyvanlarının necə gətirilməsinə, görünən odur ki, satıcılar hava nəqliyyatından daha çox yerüstü nəqliyyata üstünlük verirlər. Çünki birinci bahadır. Əvvəla daşınma xərcləri aviaşirkətlər üzrə dəyişir. Digər tərəfdən proses baqajın əlavə yükünün ordinar qiymətinə uyğun həyata keçirilir. Buruntaqda olan it sərnişin salonunda daşınır, lakin onun üçün xüsusi yer nəzərdə tutulmur. Salonda 5 kiloqrama qədər çəkisi olan pişik, it, həmçinin ev quşları, o cümlədən tutuquşu və bülbül aparmaq olur. İt-pişiklər xüsusi qəfəsdə və ya zənbildə, yaxud çantada olmalıdır. Ödənişə heyvanın çəkisi də daxil edilir. Yaşı və çəkisi böyükdürsə, daşınmaya görə vergi yüksək olur. 

Bu səbəbdən ölkəyə ey heyvanları, əsasən, yerüstü nəqliyyat vasitələri ilə gətirilir.(milli.az)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]