Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Ev-eşiyin varsa, bu pul yetər...”

“Ev-eşiyin varsa, bu pul yetər...”
Bölmə :
KİVDF
Yayım tarixi :
23/4/2013 [10:34]
Baxılıb :
1502 dəfə
Qarabağ müharibəsi əlili: “Daha müharibə filmlərinə baxa bilmirəm”

Qarabağ müharibəsi veteranları və əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin gördüyü işlərlə yanaşı, bu sahə üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da var. Hökumət və qeyri-hökumət təşkilatları birgə müharibə veteranlarının sosial şəraitinin yaxşılaşdırılması, onların işlə təminatı kimi bir sıra məsələlərin həllinə çalışırlar. 
Bu sırada əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlillərin ictimai təşkilatları ilə qarşılıqlı işin təşkili kimi tədbirlər yer alır.

“Komitəyə şikayətlər daxil olur ki...”

Qeyd edək ki, Milli Məclisdə də Milli Qəhrəman ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial təminatının yaxşılaşdırılmasına dair məsələ bir neçə dəfə qaldırılıb. Millət vəkili Hadı Rəcəbli əlliyin reabilitasyası ilə bağlı Azərbaycanda işlər görüldüyünü qeyd edib: “Azərbaycanda əlillik fiziki qüsurların çox-azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bəzən əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər. Bu gün Azərbaycanda 10-dan artıq reabilitasiya mərkəzi var. Bölgələrdə belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar. Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar.  
Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyarddan artıq vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar. Bunlar vaxtaşırı atılan çox böyük addımlardır.
Biz əlillərin işə qəbul olunması barədə düşünürük. Azərbaycanda Əmək Məcəlləsinə əsasən 50 iş yerindən 1-i əlillərə verilməlidir. Elə iş yerləri var ki, əlillər burada çalışa bilərlər. Tutaq ki, qəzet kiosklarında, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər. Bu məsələlər Mənzil Məcəlləmizdə artıq öz əksini tapıb.
Əlillərin pensiyalarının, müavinətlərinin artırılması gündəmdədir. Demək olar ki, hər ay Sosial Siyasət komitəsinə onlarla müraciət daxil olur. Görürsən ki, böyük əksəriyyəti əlillər, narazı insanlardır.
Əlillərin təkcə fiziki yardıma yox, həm də sosial-psixoloji yardıma da ehtiyacı var. Əlillərin yaradıcılıq sərgisinin, idman yarışlarının təşkil olunması vacibdir. Məsələn, paraolimpiya oyunları nə qədər maraqlı məsələdir! Bu, əlillərin cəmiyyətə inteqrasiyasına ciddi kömək edir.
Sonda bir daha bütün cəmiyyətə mesaj göndərərək rica edirəm, fiziki qüsurları olan insanlara qayğı göstərin, kömək edin, onları sevin. Unutmayın ki, heç kəs bu bəlalardan xali deyil”.

“İşıq, qaz, su pulu...”

Göründüyü kimi, rəsmilər dövlətin bu istiqamətdə xeyli işlər gördüyünə diqqət çəkirlər. Bəs, müvafiq QHT təmsilçiləri vəziyyəti necə dəyərləndirirlər?
Bu suala cavab tapmaq məqsədilə “Qarabag əlilləri və vetaranları cəmiyyəti” İctimai Birliyinin Nəsimi rayon Şöbəsinin rəhbəri Əhməd Rəhmanovla həmsöhbət olduq. Həmsöhbətyimizin öz dilindən onu sizə oxuculara təqdim edək. “1972-cü ildə Bakıda anadan olmuşam. Təhsilim natamam alidir. 1990-cı ildə orduya çağrılmamışam. 1992-ci ildə evdən qaçıb “20 yanvar” batalyonuna qoşuldum. Ağdam bölgəsinə döyüşməyə getmişəm. İkinci qrup Qarabag əliliyəm. 2 ildir ki, “Qarabag əlilləri və vetaranları cəmiyyəti” İctimai Birliyinin Nəsimi rayon Şöbəsinin rəhbəriyəm”, -deyə müsahibimiz özünü tanıdır.
Əhməd Rəhmanov mügaribə veteranlarının və əlillərin sosial-itisadi durumunu belə izah edir: “Bizim təbəqədən olan insanların əsas problemlərindən birincisi pensiya və pulsuz müalicədir. Polikilinkaya dərman üçün gedirsən, sənə siyahı göstərirlər ki, imkanımız ancaq buna çatır. Yəni vitaminlər və xırda-mırda dərman. İkincisi, bahalı müayinə olmaq üçün mütləq Səhiyyə Nazirliyinə məktub yazmaq və bu qurumdan müsbət cavab gözləmək lazımdır. O da ya qismət (gülür-R.İ.).
Ya yazacaqlar ki, pulumuz yoxdur, ya da göndərəcəklər səni poliklinikaya, orda da ancaq qan-sidik analizindən başaq heç nə olmur. Sənəd göstərə bilərəm ki, keçən il bir Qarabağ əlilli təcili ürəyindən əməliyyat olunmalı idi. İki ay get-gələ saldılar, sonra da “get müalicə ol, biz pulunu ödəyərik” dedilər. Qəbzlər hələ də məndədir. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 1500 manat tapıb o yetimə verən olmadı...”.
İkinci qrup əlil olaraq 143 manat pensiya və 77 manat prezident müavinəti aldığını deyən həmsöhbətimiz deyir ki, bu təbəqədən olan vətəndaşlara ən aşağısı 400 manat pensiya verilməlidir: “O da əgər ev-eşiyin varsa, onda çatar. Kommunal xidmtlərə görə güzəştlərin olmaması bizim durumumuzu daha da çətinləşdirir. Dövlətin bizə ayırdığı kiçik vəsaiti elə dövlətə qaytarmağa yetir. İşıq pulu, qaz pulu, su pulu...”.
Əhməd Rəhmanov mənsub olduğu sosial təbəqədən olan insanların müalicə-istirahət məsələsinə də toxundu: “Müalicə problenimin əsaslarını qeyd elədim. Profilaktik mərkəzlər rayonlarda olsa da, ancaq ya qazları olmur, ya da işıqları. Odur ki, rayonlarda yaşayan əlillər Bakıya üz tutur. İki ay bundan əvvəl Şaqanda yerləşən Mərkəzə getmişdim. Oradan çəkdiyim şəkilləri görsən, ağlayarsan. 10-15 il bundan əvvəl diaqnostika mərkəzə gedirdim, Ancaq elə əlillik sənədini göstərirdim, qəbul edirdilər. İndi gərək mütləq Səhiyyə Nazirliyindən göndəriş verələr. Mənim bir gözüm son 3 ildə tutulub. Göz Klinikasında 2 il get-gelə saldılar, sonra dedilər ki, biz müalicə edə bilmirik, amma bunu sənədə yazmayacağıq. Mənə də yazdılar ki, profilaktik müalicə lazımdır. Təsəvvür edin”¦ Halbuki, göz damarlarının öldüyü üçün profilaktik müalicə gərək idi”. 

“Müharibədən sonra müharibə filmlərinə baxmıram”

Qarabağ döyüşçüsü olan həmsöhbətimizdən döyüş illərindən qalan bir xatirə danışmasını rica edirik. “Qəliz məsələdir, çünki danışmağa başlasam, sabahacan burda oturmalı olacağıq” deyir və fikrini belə əsaslandırır: “Müharibədən ən cox danışmağı iki gün döyüş ərazisində olub, yalandan mənəm-mənəm deyənlər sevir. Müharibə kinolarda olan kimidir”¦ Sadəcə, o güllələr sənə və dostuna deyir. Həmin o qanı sən qusursan. Mən müharibədən sonra müharibə filmlərinə də demək olar baxmıram, düzü ağlamaq tutur məni”¦
Sizə çox danışa bilmərəm”¦ Bircə onu deyim ki, minaya düşmüş dostumu 2 hissəyə bölünmuş halda qucağımda gətirdiyim vaxt olub. 1992-ci ildə Ağdamda döyüşə başladım və 1994-cü ilin dekabrında tərxis oldum. 3 dəfə yaralanmışam. Qolumdan başımdan və axırıncı dəfə sinəmdən snayper vurdu. Necə başa salım səni?”¦ Orda olmayana bunu anlatmaq, təsəvvür yaratmaq çətindir, amma müharibə adamı çəkir özünə. Evdə yata bilmirsən ki, dostların orda postda neyləyir. Mən yəqin köhnə qvardiyadanam deyə belə düşünürdüm. 3 qardaş olmuşuq. Biri atəşkəs vaxtı postda vuruldu. O biri qardaşım daxili qoshunların xüsusi təyinatlı tağımında Zəngilan və Füzuli döyüşlərində iştirak edib. Bir sözlə ailəlikcə vətənin müdafiəsinə iştirak etmiş şəxslərik”

“Təcili yardıma ehtiyacı olan əlillərə”¦”

Ə.Rəhmanov “Qarabag əlilləri və vetaranları cəmiyyəti” İctimai Birliyinin normal fəaliyyət göstərə bilməsi üçün arzuolunan şərait olmadığını qeyd etdi: “Təşkilatımızın mərkəzi ofisi Azadlqı prospekti bina 161, mənzil 2 ünvanında yerləşir. Təşkilatın şöbələri üçün ofis olmadığından, 3 rayon şöbəsi də buraya sığınıb. Onlar Nəsimi, Binəqədi və Nərimanov rayonlarının şöbələridir. Təşkilatımız heç bir iş görmür, ona görə ki, büdcəmiz yoxdur. Qazandığımızı da əlillər üçün qanun kitablarının nəşrinə və ya təcili kömək lazım olan əlillərə ancaq yönəldirik”.

RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]