Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Şeron"un sabiq üzvü məhkəmədə ifadə verdi

Bölmə :
Reportaj
Yayım tarixi :
22/5/2017 [16:58]
Baxılıb :
2209 dəfə

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində İntizar Məmmədov ifadə verərək, zərərçəkmiş olmadığını deyib: “Təqsirləndirilən şəxslər mənə hədə-qorxu gəlməyib, pul tələb etməyiblər. Onlardan şikayətçi deyiləm. Şəxsən mənə və mənim yanımda Ramilə Tahir və dostları heç bir hədə-qorxu gəlməyib. Sadəcə olaraq həqiqətən də Rəşadgilə borclu qaldığımız pulu verməyimizi istəyiblər”.
 
Lakin İ. Məmmədov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, musiqi sənəti ilə 5 ildir məşğul olur: “2012-ci ildə dostlarım Ramil Qasımov və Rəşad Əhmədov ilə birlikdə “Şadan” musiqi qrupunu yaratdıq. Qrupa maliyyə dəstəyi vermək üçün birlikdə Rəşadın atası Ziyadxana məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən səs-yazma studiyasını öz razılığı ilə 55 min dollara Tərlan adlı şəxsə satdıq. Əldə olunmuş vəsaitdən Rəşad özünə 5 min dollar götürdü, 5 min manatı isə mən götürdüm. Qalan pulu qrupun inkişafına xərclədik. Razılaşmışdıq ki, hər toy məclislərindən əldə etdiyimiz 3 min manatın 1000 manatını musiqiçilərə verək, 1000 manatını üçümüz aramızda bölək, qalan 1000 manatı isə Rəşadın atasına verək. Bir müddət bir yerdə işləyərək Rəşadın atasının pulundan 13 min manat qaytardıq”. 

İntizar Məmmədovun sözlərinə görə, 2015-ci ildə qrupdan ayrılıb və ayrıca fəaliyyət göstərməyə başlayıb: “Lakin Rəşadın atası və özü bizdən pulun qalan hissəsini tələb etməyə davam edib. Həmin vaxt Rəşadın atası pulunu dolların həmin dövrdə qalxmış məzənnə ilə tələb edib”. 

Zərərçəkmiş qeyd edib ki, 2016-cı ilin oktyabr ayında Rəşadın atası əvvəllər tanımadığı, adlarının ona sonradan “Qara Çöplü” ləqəbi ilə tanınan Tahir, “Vaska” ləqəbli Vazeh, Gündüz, gürcüstanlı Ariz, Zabratlı İlqar, Talış İlqar və Emin kimi şəxsləri üstlərinə göndərib: “Həmin şəxslər birinci dəfə Bakıxanov qəsəbəsində çayxanalardan birində, ikinci və üçüncü dəfə Tahir adlı şəxsin yaşadığı Zabrat qəsəbəsindəki evində, dördüncü dəfə isə Nəsimi rayon Polis İdarəsinin yaxınlığında “PUB”lardan birində görüşdük. Tahir bildirdi ki, Rəşadın atası borcunu almağı onlara həvələ edib. Tahir Rəşadın atasının obyektinin satışından əldə olunmuş 55 min dolların qaytarılmasının zəuri olduğunu bildirdi. Özünü ədalətli şəxs kimi göstərmək üçün həmin pulun hansı formada alınmasını Rəşaddan soruşdu. Rəşad bildirdi ki, obyektin satılması müqabilində 36 min manat və 13 min dollar alınıb. Bundan sonra Tahir həmin pulları üç nəfərin arasında böldü. Hərənin payına12 min manat və 4 min dollar düşdüyünü təyin etdi. O, həmin pulların qısa zamanda ona çatıdırılmasını tələb edərək, bizdən nə edəcəyimizi soruşdu. Həmin görüşdə Ramil ilə birlikdə 13 min manatı birgə çalışdığımız dövrdə Rəşada qaytardığımızı dedik. Qalan pulun əvəzində “Mercedes Benz S-klass” markalı maşınımı verə bilcəyimi dedim. Avtomobilə baxış keçirərək 10 min manatla əvəzlədilər. Ramilə isə fikirləşməsi üçün vaxt verdilər”. 

İntizar Məmmədovun sözlərinə görə, onlara hələlik Ramilə ilə birlikdə hərəsinə 500 dollar verməyi təklif ediblər. O, qeyd edib ki, onlar həmin 500 dolları düzəldərək Tahirə veriblər. İntizar Məmmədov qeyd edib ki, Ramildən ilkin olaraq 6 min manat verməsini tələb ediblər: “Bir neçə gündən sonra Tahirə zəng edib və görüşmələri üçün evinə dəvət edib. Ramil və Famil ilə birlikdə Tahirin evinə getdik. Orada Tahirin dostları da var idi. “Həmin vaxt avtomobilimin açarlarını və sənədlərini Tahirə verdim. Ramil isə pulunun olmadığını söylədi. Tahirə isə Ramilə bir ay vaxt verdi və 4 min dolları ona çatdırmasını tələb etdi”. 

İntizar Məmmədov qeyd edib ki, 2017-ci ilin yanvarın 1-də Tahirin adından ona Emin adlı dostu zəng vurub: “Emin Ramilə ilə hərəmizə 100 manat verməyimizi tələb etdi. Mən isə pul verməkdən imtina etdim. Yanvarın 5-də isə Tahirin özünü zəng vurdu. O, Ramildən şikayətləndi. Bildirdi ki, vəd verdiyi pulu vaxtından çatdırmayıb, müxtəlif yerlərdə görüş təyin etsə də, həmin görüş yerlərinə gəlməyib. Məndən Ramilə ilə əlaqə saxlamağımı tələb etdi. Ramilə ilə əlaqə saxladım, ondan nə baş verdiyini soruşdum. Ramil həyəcanlı şəkildə bildirdi ki, Tahir və dostları ona təzyiq göstərir, hədə-qorxu gəlir, təcili olaraq borclu olduğu pulu qaytarmasını bildirirlər. Sonradan eşitdim ki, Tahir və dostları gecə saatlarında Ramilin evinə gedib, buna görə də Ramil onlardan polisə şikayət edib”.

Məhkəmə prosesi mayın 25-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]