Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Cahangir Hacıyevin 4 işi Avropa Məhkəməsinə göndərilib

Cahangir Hacıyevin 4 işi Avropa Məhkəməsinə göndərilib
Bölmə :
Reportaj
Yayım tarixi :
18/5/2017 [19:22]
Baxılıb :
2376 dəfə
Vəkil Fəxrəddin Mehdiyev: «Əgər götürülmüş kreditlərin çox hissəsi ödənilbsə, hansı mənimsəmə cinayətindən söhbət gedə bilər?
Vəkil Aqil Layıcov: «İttiham tərəfi müdafiə tərəfinin günahsızlığını sübut etmək üçün təqdim etdiyi sübutları araşdırmayıb»

Beynəlxalq Bankın keçmiş rəhbərinin məhkəməsində vəkillər çıxış etdi 

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Ə.Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov dəlillər üzrə çıxış ediblər. 

F.Mehdiyev bildirib ki, C.Hacıyev barəsindəki hökm tamamilə qanunsuz və əsassızdır. O qeyd edib ki, ittihamın hüquqi əsası yoxdur. O qeyd edib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. “Bu iş üzrə Cinayət Məcəlləsinin 179-.3.2-ci (külli miqdarda vəsaitin mütəşəkkl dəstə tərəfindən mənimsənilməsi)” maddəsi ilə verilən ittiham verilib. Halbuki məsələ kreditlərlərlə bağlıdır və sırf mülki məsələdir. Buna görə də cinayət qanunvericiliyi müstəvisində bu işə baxılması yolverilməzdir. Amma təəssüf ki, bununla bağlı ibtidai istintaqda, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən verdiyimiz vəsatətlər təmin edilmədi. Cahangir Hacıyev özü də bildirir ki, bu ittihamlar ona siyasi sifarişlə verilib”.

Vəkil əlavə edib ki, verdiyi ittihamı sübut etmək vəzifəsi ittihamçının üzərində olsa da, ortaya heç bir sübut qoyulmayıb. Onun sözlərinə görə mütəşəkkil dəstə anlayışının qanunvericilkdə nəzərdə tutulmuş əsasların təqsirləndirilən şəxslərə münasibətdə tətbiqi mümkün deyil.
İttihamda mənimsənildiyini iddia edilən rəqəmlərə də toxunan F.Mehdiyev deyib ki, KİV-də və ictimaiyyətdə Beynəlxalq Bankdan mənimsənilən milyardlarla vəsaitddən söhbət gedirdi. “Ancaq istintaq 211 milyon manatın mənimsənildiyi qənaətinə gəlib. Zərərçəkən qismində isə həm Beynəlxalq Bank, həm də 7 milyonluq mülki iddiaçı kimi “Aqrarkredit” QSC-nin nümayəndəsi tanındı. Bu isə yolverilməzdir və prezidentin fərmanına əsasən, bütün tələblər “Aqrarkredit” QSC-yə keçib, mülki iddia ilə yalnız bu qurum çıxış edə bilərdi”.
Vəkil vurğulayıb ki, dəymiş ziyanla bağlı hesablamalarda da problemlər və bu məhkəmə tərəfindən araşdırılmadı. Onun sözlərinə görə, bankda dollarla olan kreditlərin devalvasiyadan sonra hansı məzənnə ilə hesablanması aydın deyil və məhkəmə  bununla bağlı sənədləri əldə etməkdən imtina edib. “Həmçinin 211 milyon vəsaitin kreditlərlə bağlı olduğu bildirilir. Həmin vəsaitin isə yarıdan çoxu kredit şəklində qaytalıb. Həmçinin məhkəmə hökmdə hesab edib ki, “Aqrarkredit” QSC-nin qaldırdığı 7 milyonluq iddia da 211 milyonun içərisindədir və bir hissəsi ödənilib. Əgər dəymiş ziyanın bir hissəsi ödənilibsə, yəni götürülmüş kreditlərin çox hissəsi ödənilbsə, hansı mənimsəmə cinayətindən söhbət gedə bilər? Axı mənimsəmə məqsədli və qəsdlə tprədilən cinayətdir. Əgər mənimsəmək fikirləri vardısa, kreditlərin bir hissəsi niyə ödənilirdi? Həmçinin təqsirləndirilən şəxslər bildirirdilər ki, digər vəsaitlər də layihələrə sərf edilib və kredit şəklində ödəniləcək. Amma buna baxmayaraq, istintaq onların hamısını həbs etdi və nəticədə məbləğ tam ödənilə bilmədi”.
F.Mehdiyev əlavə edib ki, C.Hacıyevə vəzifə səlahiyyəətlərində sui-istifadə, vəzifə səlahiyytlərini aşma, vəzifə saxtakarlığı ittihamları da verilib, ancaq istintaq bu əməllərlə bağlı da sübutlar qoymayıb. 

Onun sözlərinə görə, bu cinayət işi üzrə proses hələ ibtidai istintaqdan qərəzli aparılıb və bu qərəz məhkəmə istintaqı vaxtı da davam edib. “C.Hacıyev BMCMİ tərəfindən saxlanılan zaman bildirib ki, bu, mülki məsələdir, bank-kredit münasibətlərinə hüquq-mühafizə orqanlarının bu şəkildə müdaxiləsi yolverilməzdir. Ancaq buna baxmayaraq, onu 38 gün həmin idarədə saxlayıblar. C.Hacıyev deyib ki, gəlin mən siozə kömək edim, məsələni araşdıraq, istinatq isə araşdırma üçün lazımi sənədləri əldə etmkdən imtina edib. Məhkəmə istintaq dövründə də işin obyektiv araşdırılması üçün zəruri sənədlərin əldə edilməsindən məhkəmə imtina edib. Bununla bağlı vəsatətlərimiz rədd edilib. Davam edən bu qərəzin nəticəsində C.Hacıyev və digərləri həbs edildi. Ondan sonra Beynəlxalq Banka təyin olunan rəhbər şəxs isə “qara bazar” yaratdığına görə vəzifəsindən azad edildi və bildiyimə görə, hazırda istintaq gedir. Halbuki C.Hacıyevin dövründə illər üzrə gəlir dinamikası daim artan xətlə müsbətə doğru olub.Onun həbsindən sonra isə bank zərərlə işləməyə başlayıb. Zərədən əlavə, bankın sağlamlaşdırılması üçün 12 milyard manat ayrılıb ki, o məbləğ də ortada yoxdur. Hazırda isə Beynəlxalq Bank iflas mərhələsindədir”.

F.Mehdiyevin sözlərinə görə, C.Hacıyevin ailə üzvlərinə və yaxınlarına qarşı da təzyiqlır olur, onların ölkədən çıxışına qadağalar qoyulub, işləyən qohumları vəzifələrini itiriblər. 
Vəkil sonda qeyd edib ki, C.Hacıyevin işində həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələbləri pozulub. “Arzu edirəm ki, prokuror çıxışında ümumi sözlərlə deyil, konkret faktlar və sübutlarla danışsın”.
Vəkil Aqil Layıcov da bildirib ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ortaya sübut qoya bilməyən ittiham tərəfi müdafiə tərəfinin günahsızlığını sübut etmək üçün təqdim etdiyi sübutları araşdırmayıb. “Ümumiyyətlə məhkəmə istintaqı dövründə verdiyimiz 33 vəsatətin hamısı rədd edilib. Bu işdə qərəz olduğu açıq-aydın ortadadır. Beynəlxalq Bankla bağlı olan digər işlərin heç birində Beynəlxalq Bank zərəçəkən kimi tanınmayıb və doğru olaraq “Aqrarkredit” QSC tanınıb. Elə isə niyə bu işdə Beynəlxalq Bank zərərçəkən kimi tanınıb? Məhkəmə sadəcə əsassız ittihamı təsdiqləmək funksiyasını yerinə yetirdi. Məhkəmənin hökmünə diqqət yetirsəniz görəcəksiniz ki, ittiham aktından olduğu kimi “kopya” edilib. Hətta vergül səhvlərinə qədər eynidir. Bizim xaricdən aldığımız apostol möhürlü sənədləri “mötəbər sübut” kimi tanımadığını deyən məhkəmə ittihamın kağız parçalarını, mülahizəyə söykənən qənaətini sübut kimi qəbul edərək hökm çıxarıb. İttiham tərəfinin 83 şahidi dindirildi, müdafiə tərəfinə isə bir şahidi də dindirməyə şərait yaradılmadı. Xaqani Bəşirovun dindirilməsinə etiraz kimi, onun ölkədə olmaması əsas göstərildi, istintaq altında olan Dünyamin Xəlilov niyə dindirilmədi? Halbuki X.Bəşirovun da şahid qismində dindirillməsi və onda olan zəruri sənədlərin araşdırılması beynəlxalq qanunvericilklə mümkündür. Bununla bağlı müvafiq konvensiyanı da məhkəməyə təqdim etmişdik. C.Hacıyevin 38 gün qanunsuz saxlanılması dövründə istintaq hərəkətləri aparılıb və o sənədlər qanunsuz heab edilməli olduğu halda, məhkəmə bu məsələyə ümumiyyətlə toxunmadı. Kim bu işə bu qədər müdaxilə edir, “gizli əl” haradan idarə edir?”.

Aqil Layıcov sonda vurğulayıb ki, Cahangir Hacıyevin işi ilə bağlı 4 məsələ üzrə artıq Avropa Məhkəməsinə müraciət edilib. 

Cahangir Hacıyevə çıxış etmək təklif edilsə də, o vaxt istəyib. Proses 25 may saat 16.00-da davam edəcək. 

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham ediliblər.  Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadova qarşı əlavə olaraq qanunsiz silah saxlama maddəsi ilə də ittiham verilib.  
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. 
Anar Sultanov, Kənan Orucov, İlqar Abdullayev və Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Apellyasiya şikayətini azadlıqdan məhrum edilən şəxslərlə yanaşı şərti cəza almış Məmməd Cahangirov verib. Apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. 

Rəşad VAQİFOĞLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]