Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Falçı dedi, rus qadın cadu edib, 20 min ver, çıxarım” – Biznesmen xanımın İNANILMAZ İFADƏSİ

“Falçı dedi, rus qadın cadu edib, 20 min ver, çıxarım” – Biznesmen xanımın İNANILMAZ  İFADƏSİ
Bölmə :
Kriminal
Yayım tarixi :
16/5/2017 [21:18]
Baxılıb :
17625 dəfə

Otelləri və ticarət obyektləri olan iş adamı Barat Abdullayev həyat yoldaşı Təyminə Abdullayevanı həbs etdirmək niyyətindədir.


 
 
Lent.az-ın məlumatına görə, iş adamı şikayətində bildirib ki, arvadı birgə nikah zamanı əldə etdikləri yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb və orada ailəli yox, subay olduğunu yazdırıb. Daha sonra isə həmin sənəddən istifadə edərək, qeyd edilən mənzili 250 min manata satıb və ona 890 min manat məbləğində ziyan vurub.
 
 
Artıq B.Abdullayevin şikayəti ilə bağlı ibtidai istintaq bitib və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
 
İş üzrə təqsirləndirilən Təyminə Abdullayeva istintaq dövründə ifadəsində bildirib ki, Barat Abdullayevin şikayəti əsasızdır.  Həmçinin istintaq dövründə Təyminə Abdullayeva əri ilə yaşadıqları evi, onun qızıllarını ələ keçirmək niyyəti olmadığını deyib.
 
Qadın bildirib ki, əri Barat Abdullayev həm də onun doğma dayısı oğludur: “1990-cı ildə ailə həyatı qurmuşuq. Birgə nikahdan Neman adlı bir oğlumuz var. Bir müddət sonra Baratın başqa xanımla münasibətlərinin olduğunu bildim.  Həmin vaxtdan aramızda problemlər yarandı. Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və onların bir qız övladları dünyaya gəldi. Buna görə də tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Baratı bağışladım”.
 
 
Təyminə Abdullayeva qeyd edib ki, əri tez-tez işi ilə bağlı xarici ölkələrdə olub, Bakıya qayıtdıqda isə digər ailəsinin yanında qalıb: “Dostlar tanışlar məsləhət gördü ki, falçıya gedim. Bacım qızı Esmira və onun rəfiqəsi Nazilə vasitəsi ilə Səkinə İsmayılova adlı qadını tapdıq. Həmin qadın bizə olunan cadunu pozmalı idi. Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Falçı  dedi ki, bir rus qadın mənə cadu edib. Həmin cadunun çıxarılması üçün Səkinə məndən 20 min manat istədi. Həmin pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini bildirdi. Razılaşdım. İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik və orada 20 min manatı ona verdim. Səkinə kart və su ilə falıma baxaraq dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu verəndə Səkinə bir bağlama verdi. Dedi ki, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxla. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli olum, yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır. Kömək etməsini xahiş etdim. Səkinə Qəmbər adlı ekstrasensin olduğunu və mənə kömək edəcəyini dedi”.
 
 
Təyminə Abdullayeva ifadəsində qeyd edib ki, əlavə olaraq Səkinə adlı qadına 10 min manat verib: “Obyektlərin satılması üçün Səkinəyə 10 min pul verdim ki, aparıb versin Qəmbərə. Pulu Səkinə vasitəsi ilə Qəmbərə çatdırdım. Çünki Səkinə dedi, Qəmbər heç kimlə ünsiyyətdə olmur. Dedi, pulu versəm, iş həll olacaq. Qızıllarımı lombarda qoyub pul götürdüm. Səkinə gəlib pulu bizim evdən götürdü. Yanında Xəyyam adlı şəxs də var idi. Səkinə dedi ki, bir aya hər iki iş düzələcək. Amma 3 ay keçdi”.
 
 
Biznesmen arvadı deyib ki, söhbətdən 3 ay keçməsinə baxmayaraq, heç bir dəyişiklik olmayıb: “Səkinəyə zəng edib pulumu istədim. O mənə dedi ki, 1-2 günə Qəmbəri mənim evimə gətirəcək və o, bizim satmaq istədiyimiz evi almaq istəyir. Belə də oldu. Qəmbər, Xəyyam və Səkinə gəlib evə baxdılar. Qəmbər evi bəyəndiyini, yaxın zamanda satacağını dedi. Amma bu iş də alınmadı. Falçı Səkinə uzun müddət  pulumu vermədi. Səkinə dedi ki, tanışları ilə bu işi həll edəcək və mənə lazım olan pulu verəcək. Bu işdən özünün də pul qazanacağını və mənə olan borcunu geri qaytaracağını dedi. Bu barədə Barata da dedim. O da razılaşdı. Lakin bu iş də alınmadı. Sonra Səkinə dedi ki, Xəyyamla Gürcüstandan maşın gətirib satırlar. Oradan pul qazanıb borcunu verəcək. Falçı qadın daha sonra dənizaltı qaynaq işlərinin görülməsi üçün elektrodların satışı ilə məşğul olduğunu dedi. Həmin işə pul qoymağımı təklif elədi. Həm də Əhmədlidə olan gözəllik salonunu borcunun qarşılığında mənə verə biləcəyini söylədi. Mən də inandım. Şücayət adlı tanışımdan 6 faizə 20 min pul götürüb elektrod işinə görə Səkinəyə verdim. Sonra Səkinədən yenə səs çıxmadı. Onun məni aldatdığını görüb pulumu istədim. Dedi ki, salonu mənə verir. Dəyəri 100 min idi. Onun da mənə 50 min borcu var idi. Mən ona 50 min verməli idim ki, salonu adıma keçirsin. Dedi ki, mənzilimi banka girov qoyum və pul götürüm. Onun tanışları vasitəsi ilə bankdan pul götürüb ona verim ki, salonu adıma keçirsin. Mən onunla razılaşdım və evin sənədlərini ona verdim. Bir müddət sonra Səkinənin Emin adlı tanışı zəng elədi və bankdan pul götürməyimə kömək edəcəyini söylədi”.
 
 
Təyminə Abdullayeva evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi ilə bağlı da danışıb. O bildirib ki, Səkinənin tanışı olan Eminə ailəli olduğunu və evin öz adına olduğunu deyib: “Hətta Baratın xəbəri olmadığı üçün evi girov qoya bilməyəcəyimi dedim. Emin dedi ki, bu işi həll edə bilər. Lakin buna pul lazım olacaq. Həmin vaxt mən şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN xidmətə gedib təzə şəxsiyyət vəsiqəsi aldım. Orda nə nikah haqqında, nə də boşanmaq haqında sənəd təqdim etmədim. Şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxladım. Şirkətinin ofisinə dəvət etdilər. Kreditlə bağlı danışıq oldu. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq ki, 20 min də bank xidmətləri tutulacaq. Mənə 100 min lazım idi, amma Səkinə mənə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım. Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim. 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə pul da ödəmirdi. Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm, ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim. Əvvəlcə razılaşdı, amma sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.
Qeyd edək ki, Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda o iş də Səbail rayon Məhkəməsində davam edir. 
 
Onu da qeyd edək ki, adı çəkilən Səkinə İsmayılova da bir neçə gün bundan qabaq polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]