Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

56 ildir görməyən müəllim: "Şagirdlərimi səsindən tanıyıram"

56 ildir görməyən müəllim:
Bölmə :
Müsahibə
Yayım tarixi :
16/5/2017 [14:41]
Baxılıb :
8490 dəfə

“İnsanlara çox maraqlı gəlirəm. Onları ən çox təəccübləndirən isə görmədən hər şeyi necə yadımda saxlamağımdır. İşdən sonra kənd camaatı ilə yığışıb domino-filan oynayırıq. Çox rahat oynayıram, hələ udduğum anlar da olur. Hamı təəccüblə soruşur ki, bu qədər şeyi necə yadında saxlaya bilirsən?!”.
 
Lent.az-ın müsahibi gözdən əlil, 56 yaşlı tarix müəllimi Beydulla İsgəndərovdur. O, Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbində işləyir. Artıq  27 ildir, pedaqoji fəaliyyətlə məşğul olan Beydulla müəllim "Brayl" əlifbası vasitəsilə yazır və oxuyur.
 
Təhsil Nazirliyi tərəfindən 12-16 may tarixlərində keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 53 bal toplayaraq yüksək nəticə göstərib. İmtahanda gözləri görməyən müəllimə köməkçi təyin edilib və köməkçi vasitəsilə sualları dinləyib.
 
Anadangəlmə hər iki gözünün də görmədiyini deyən Beydulla İsgəndərov orta məktəbi bitirəndən 7 il sonra müəllim olmaq qərarına gəlib. 
 
- Bakıda gözdən əlillər üçün internat məktəbini bitirmişəm. Orta məktəbi bitirdikdən sonra masajist üzrə peşə məktəbini oxudum. Bir müddət kənd xəstəxanasında işlədim, amma bu sahəyə maraq az olduğundan, həm də maaş qane etmədiyi  üçün özümə başqa peşə seçmək qərarına gəldim və müəllimliyə hazırlaşdım. Düz bir il qəbul imtahanlarına hazırlaşdım. Bizim vaxtımızda 3-4 şifahi imtahan keçirilirdi. İmtahanları müvəffəqiyyətlə verib, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum. 27 ildir də müəllimlik fəaliyyəti ilə məşğulam.
 
İşinin çətinliyindən danışan Beydulla müəllim deyir ki, işlə bağlı əsas qarşılaşdığı problem şagirdlərin dərsə soyuq münasibətidir.
 
- Düşünürəm ki, yeni kurikulum üsulu  tətbiq olunduqdan sonra uşaqların dərsə maraqları da artacaq və bu problem həll olunacaq. Dərs deməkdə çətinliyim yoxdur. Bütün tədris proqramlarını, metodik vəsaitləri “Brayl” əlifbası ilə çevirmişəm. Əlimdə bütün kitablar, metodik vəsaitlər var. Telefonla, internet vasitəsilə də lazımi materialları əldə edirəm. Telefona elə bir proqram yükləmişəm ki, internetdə olan bütün materialları səsli oxuyur. Buna görə yutub, feysbukdan istifadə etmək də çox asandır.  Məktəbdə direktor və müəllim heyəti tərəfindən də hər zaman özümə qarşı xüsusi hörmət, diqqət hiss edirəm".
 
Beydulla müəllim deyir ki, şagirdlərini onların səsindən tanıyır.
 
- Sinif uşaqları ilə  ünsiyyət qurmaqda çətinliyim yoxdur. Alınır. Azdan-çoxdan uşaqların psixologiyasına bələdəm. Əksinə, uşaqlarla daha sıx və mehriban münasibətlərim var. Uşaqlarımı səsindən, bir də oturduqları yerə uyğun tanıyıram. Hərdən görmə problemimdən istifadə edib dərsdən qaçanlar, səs salanlar olur. Ancaq onları başa salmaqla doğru yola çəkməyə çalışıram.
Müəllim üçün ən böyük sevinc onun şagirdlərinin qəbul imtahanlarında uğurudur. Tələbə adını qazanan, o sevinci yaşayan uşaqların mənə xüsusi təşəkkürü məni çox sevindirir. O uşaqların həyatda müəyyən  yol tapmasında sənin də əməyinin olması qürurvericidir.
 
Müsahibimiz deyir ki, kənddə camaat arasına çıxanda yolla hərəkət etməyinə çox fikir verirlər.
 
- Kəndə çıxanda hiss edirəm ki,  yol getməyimə çox  fikir verirlər. Heyrətlə baxırlar. Kənd əhalisinin ümumi toplaşdığı yerlərə gedirəm. Hamı baxır, yaddaşıma və görmədən bütün şeyi necə etdiyimə təəccüblü qalırlar. Mənə heyranlıqla baxanlar çox olur. Çox maraqlı gəlirəm insanlara. Ən çox soruşurlar ki, bunların  hamısını necə yadda saxlaya bilirsən? Deyirəm ki, bu,  Allahdan mənə verilən bir istedaddır. Bunun sayəsində bacarıram. Başqa əlahiddə bir şey yoxdur. Sadəcə olaraq, diqqətli olmaq lazımdır.
 
Beydulla müəllim 31 ildir, evlidir və iki övladı da var. Müəllimin qızında da anadangəlmə görmə problemi var.
 
- Xanımımla bir yerdə işləmişik. Ünsiyyət qurduq və evlənməyə qərar verdik. Adı Gülşəndir. Düzdür, onu görməmişəm, amma məncə, bütün qadınlar gözəldir. Əsas odur, bu gözəlliyi duya biləsən, ondan sonra müəyyən münasibətlər yaşanır. Bir qızım və bir oğlum var. Nigar və Vüqar. Hər ikisi də Mədəniyyət və İncəsənət universitetini bitirib. Təəssüf ki, qızım da mənim kimi anadangəlmə görmə əlillidir. Ancaq universiteti fərqlənmə diplomu ilə bitirib.  Ancaq ali məktəbi fərqlənmə diplomu ilə bitirsə də, onu heç cür işə düzəldə bilmədim. Heç kim kömək etmədi. Oğlum da indi təsərrüfat işlərində mənə kömək olur.  
 
Beydulla müəllim görmə əngəlli insanlara da hər zaman həyatda nədənsə stimul almağı məsləhət görür.
 
- Tövsiyə edirəm ki, öz gələcəkləri haqda düşünsünlər. Uşaqlıqdan çalışmışam ki, kiməsə yük olmayım, öz problemlərimi özüm həll edim. Bu istək də məni bu səviyyəyə gətirib. Həyatda mənə verilən hörmət və diqqətdən stimul alıram. Bu, adamın məsuliyyətini artırır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]