Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"İrqçiliyi, antisemitizmi təşviq edən siyasi partiyalara sanksiyalar tətbiq olunmalıdır"

Bölmə :
Siyasət
Yayım tarixi :
15/5/2017 [17:56]
Baxılıb :
521 dəfə
Azay Quliyev Almaniya Bundestaqında “Parlamentarilər antisemitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib

ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev mayın 15-də Almaniya Bundestaqında “Parlamentarilər antisemitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azay Quliyev parlamentariləri antisemit nifrətlə bağlı cinayətlərlə mübarizə aparmaq üçün effektiv yolları birlikdə müzakirə etmək məqsədilə bir araya gətirdiyinə görə Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təşəkkürünü bildirib.

Sinaqoq və məktəblərə hücumlar, yəhudi qəbiristanlıqlarına hörmətsizlik və yəhudilərə qarşı basqınlar haqqında danışan Azay Quliyev Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi tərəfindən aparılan tədqiqatların nəticəsinin həyəcandoğurucu olduğunu bildirib: “Avropada yaşayan yəhudilərin 29 faizi təhlükəsizlik məsələlərinə görə mühacirət etməyi qərara alıblar. 76 faiz yəhudi isə hesab edir ki, son beş ildə öz ölkələrində antisemitizmlə bağlı vəziyyət daha pisləşib. Digər bir statistikaya əsasən, Birləşmiş Krallıqda insidentlərin sayı 36 faiz artaraq antisemitizm 2016-cı ildə “görünməmiş” səviyyəyə çatıb”.

ATƏT PA-nın vitse-prezidenti antisemitizmlə effektiv mübarizənin təşkili üçün parlamentarilərin 8 əsas fəaliyyət sahəsinə diqqət cəmləməsinin vacib olduğunu vurğulayıb: “Antisemit nifrətlə bağlı cinayətlərə qarşı milli qanunvericiliyi inkişaf etdirmək və antisemitizmin bütün təzahür formalarını tamamilə qadağan etmək lazımdır. Biz nifrət və qərəzli bəyanatlarla bağlı ifadə azadlığına məhdudiyyət qoymaq məsələsində konsensusa nail olmalıyıq. Bəzi ölkələr Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyanın hər kəsin müdaxilə olmadan fikrini ifadə etmək və ifadə azadlığını nəzərdə tutan 19-cu maddəsinə istinad edirlər. Amma 20-ci maddədə göstərilir ki, diskriminasiya, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin təbliğatı qanunla qadağan olunacaq.

İkinci vacib məsələ parlamentlərimizdə antisemitik cinayətlərlə mübarizə aparmaq üçün milli koordinatorun təyin edilməsidir. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, ölkə parlamentlərimiz milli koordinator təyin etməlidirlər. Milli koordinatorlar müntəzəm olaraq müvafiq ölkələrdə Konvensiya üzrə öhdəliklərin həyata keçirilməsinin vəziyyəti haqqında məruzələr hazırlamalıdırlar”.

Azay Quliyev siyasi sanksiyaların tətbiq edilməsinin də adıçəkilən sahədə mövcud olan problemlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu deyib: “Siyasi liderlərin seçki kampaniyalarında çıxış və ya şüarlar vasitəsilə seçicilərin antisemitik, ksenofobik meyillərindən faydalanması və ya onları qızışdırması belə cinayətlər üçün şərait yaradır. Bu kimi qərəzli çıxışlara cavab olaraq, parlamentlər həmin siyasi liderlərə və partiyalara qarşı siyasi sanksiyalar tətbiq etməlidir. Sanksiyalar iki yolla tətbiq oluna bilər: 1) seçki kampaniyasından təcrid olunmaq, 2) irqçilik və antisemitizmi təşviq edən siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin ləğv edilməsi. Yuxarıda qeyd olunan səbəblərə görə müvafiq hüquqi çərçivənin yaradılması zəruridir”.

Digər bir önəmli məsələ antisemitik cinayətlərlə bağlı ictimai dinləmə, konfrans və seminarların keçirilməsidir. Parlamentlər QHT-lərlə və media ilə sıx əməkdaşlıq edərək, nifrət motivli çıxış və antisemitizmlə mübarizə aparmaq üçün ictimai dinləmələr, seminar və konfranslar təşkil etməlidirlər.

Antisemitizmin və nifrət dolu çıxışların operativ və effektiv şəkildə araşdırılması və mühakiməsinin təmin edilməsi də cinayət prosesi ərzində nəzərə alınmalıdır.

Həmçinin irqi və ksenofobik məzmunlu hərəkətlərin cinayət hesab edilməsini və qadağasını nəzərdə tutan bütün beynəlxalq konvensiya və əlavə protokolların ratifikasiyası sürətləndirilməlidir.

Azay Quliyev çıxışında antisemitizmlə mübarizə sahəsində əhəmiyyətli fəaliyyətlərdən birinin də ATƏT-ə üzv ölkələr arasında müsbət təcrübələrin mübadiləsinin asanlaşdırılması və belə təcrübələrin təşviq edilməsi üçün dövlətlərin müvafiq nümunə ilə təmin edilməsi olduğunu vurğulayıb. O, Azərbaycan nümunəsi haqqında danışaraq deyib: “Məsələn, Azərbaycan müsəlman, xristian və yəhudilər arasında sülh şəraitində birgəyaşayış üçün digər ölkələrə model ola bilər. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin kompakt şəkildə yaşadığı ikinci yerdir. Qırmızı Qəsəbə dünyada dağ yəhudilərinin dilinin qorunduğu və müdafiə edildiyi yeganə yaşayış məskənidir. Hazırda Bakıda Azərbaycan hökuməti tərəfindən inşa edilən sinaqoqlardan biri Avropanın ən böyük sinaqoqu hesab edilir”.

Azay Quliyev sonuncu, 8-ci təklifinin antisemit nifrətlə bağlı cinayətlərlə mübarizə aparmaq və onların qarşısını almaq məqsədilə həyata keçirilən layihələri maliyyələşdirmək üçün əhəmiyyətli büdcə ayrılması məsələsi olduğunu bildirib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]