Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Qarağac kənd sakini, 1994-cü il təvəllüdlü Orucov Elmir Etibar oğlu tanışı tərəfindən bıçaqlanıb.
Şirvan şəhər Xəstəxanasına çatdırılan E. Orucovun üzərində cərrahiyyə əməliyyatı aparılır.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb.