İkinci Dünya müharibəsi veteranı 101 yaşlı britaniyalı Verdun Hayes övladları, nəvələri və nəticələri ilə birlikdə 4500 metr hündürlükdən tullanıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə The Mirror xəbər verir.
Bir ailənin dörd nəslinin nümayəndələri ilə birlikdə veteranın həkimi də paraşütlə tullanıb.
Tullandıqdan sonra veteran özünü çoxdandır ki, belə gözəl hiss etmədiyini bildirib.
O, sərbəst uçuşda iki dəqiqə olub və bununla da dünya rekorduna imza atıb. Tullanan zaman Hayesin yaşı 101 il 37 gün idi ki, bu da öncəki rekorddan 34 gün çoxdur.