Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sağ ikən Fəxri Xiyabanda özünə QƏBİR QAZDIRANLAR -FOTOLAR

Sağ ikən Fəxri Xiyabanda özünə QƏBİR QAZDIRANLAR  
 -FOTOLAR
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
14/5/2017 [22:06]
Baxılıb :
33432 dəfə

Buna nə ad vermək olar, bir az qəliz məsələdir. Kimisi deyə bilər ki, özünə rəhmət oxudur, kimisi düşünər ki, fərasətsiz övladına etibar etmir deyə belə addım atır, kimisi də sağlığında öz başdaşını görmək istədiyi üçün indidən özünə qəbir qazdırır, baş daşı qoydurur deyə fikir yürüdə bilər.
…Bizim məhəllədə bir Aydın kişi var idi: sağlığında özünə qəbir qazdırmışdı, məzar daşı qoydurmuşdu, doğum təvəllüdünü üstünə yazdırıb ölüm təqvimini oğluna vəsiyyət etmişdi. İnsafən düz də eləmişdi, oğlu fərsizin biriydi.

Bilirdi ki, öləndən sonra ona qəbir qazdırıb baş daşı qoydurmağa pulu da olmayacaq. Ancaq illər keçdi, o günlərdə saytların xəbər lentlərində həmin Aydın kişinin arvadı ilə birlikdə qətlə yetirildiyi xəbərinə rastladım. Kişi özünü qabaqcadan “öldürüb”, özünə qəbir qazdırması ilə hiss edibmiş ki, haçansa əcəli ilə ölməyəcək.
***
İndi II Fəxri Xiyabanda eynilə həmin Aydın kimi adamları görmək olar. Onlar özlərinə sağ ikən qəbir qazdırıb, heykəl qoydurublar. Əgər yolunuz Qurd qapısı yaxınlığındakı qəbiristanlıqdan keçsə, elə girişdə sağa-sola boylanıb belə məzarların şahidi ola bilərsiniz.
Belə demək olarsa, onlar canlı ölülərdir və bəlkə də vaxtaşırı gəlib öz qəbir daşlarına baxırlar, nə vaxtsa bu torpağın altına girəcəklərini dərindən düşünürlər, hətta qapıdakı mollalardan birinə yasin də oxutdururlar. İslamda ölüyə də rəhmət düşür, diriyə də.
Məsələn, II Fəxri Xiyabanın girişində solda ucaldılmış iki əzəmətli heykəl dərhal adamın diqqətini çəkir. Onlar rəhmətə getməyiblər, ər-arvad heykəllərini ucaltdırıb, qəbirlərini qazdırıb həyatlarını yaşayırlar. Biri Rusiyanın əməkdar geoloqu (məzar daşının üstündə yazılıb – müəllif.) Faiq Məmmədov, yanındakı isə həyat yoldaşı Hacı Svetlana Məmmədovadır. Bunu bizə orda olarkən mollalar dedilər.
Sadəcə Hacı Svetlana ilə Faiq Məmmədov arasında 9 yaş fərqi var. S.Məmmədova 1942-ci il, aprelin 19-da anadan olub. Əməkdar geoloq isə 1951-ci il təvəllüddür.
Mollaların dediyinə inanmasaq, böyük ehtimalla onlar bacı-qardaş ola bilər. Amma özündən nəinki 9 yaş, 20 yaş böyük qadınla ailə həyatı quranlar da var.
Əsas məsələ isə onların böyük bir yeri hasarladıb, özlərinə qəbir qazdırıb heykəl qoydurmalarıdır. Görünür ki, geoloqlar qazıntı işlərinə fundamental yanaşırlar.
***
Amma Hacı Sabir adlı şəxs geoloq olmasa da, onlardan geri qalmır. Məzarlığın girişində sağda özünə qara daş qoydurub.
Nə doğum, nə ölüm tarixi, nə baş daşında şəkli var. Yasin oxuyanların dediyinə görə, bu adam da həyatdadır və öz qəbrini qazdırıb.Onun yaxınlığındakı məzarda təkcə soyadı yazılmış T.Adilovanın qəbir daşı var. Bu xanımın da ölümüylə dünyaya göz açmasının vaxtı bilinmir. Maraqlıdır ki, onun qəbrinin üstündə qərənfil var idi.
Mollalar danışırlar ki, Azərbaycanda özünə yer götürüb qəbir qazdırmaq ənənə halını almaqdadır. Buna bir səbəb Bakıdakı qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdırsa, başqa bir səbəb öz yaxınlarına etibarsızlıqdır.
Ona görə də imkanı olan adamlar o dünyadakı evlərini də tikdirirlər. Üstəlik, onlar pul verib böyük bir ərazini hasarlayır, mərmər döşətdirirlər.
Misal olaraq, Əbülhəsən Mahmudov və Əzizə Məmmədovanın məzar yerlərini göstərmək olar. Hər iki mərhumun qəbir yerinə baxanda elə bir fikir formalaşır ki, sanki böyük bir pir yaradılıb.Hər tərəfi qara və ağ mərmərlə hörülmüş, yerə də mərmər vurulmuş bu ərazidə azı daha 2-3 vəfat etmiş şəxsi dəfn etmək olardı. Amma pulu olanlar qəbiristanlıqda da boş yerləri zəbt edirlər.
***
Qiymətlərə gəlincə, müxtəlif rəqəmlər var. Əvvəla II Fəxri Xiyabanda yalnız görkəmli xadimlər, tanınmış insanlar, şəhidlər və siyasət, elm adamları dəfn olunur. Amma kimin pulu varsa, o da fəxri mərhuma çevrilə bilər.
Burada yer götürmək 4000-5000 min manatdır. O da Qurd qapısının boş qalan arxa massivinə aiddir. Girişə yaxın yer götürmək isə 7000 manatdan aşağı deyil.
Rəsmi məlumata görə, hazırda I Fəxri Xiyabanda 251, II Fəxri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub. Amma bu rəqəm inandırıcı görünmür, çünki getdikcə qəbirlərin sayı sürətlə artır.
Məzarlığa girişdə də bir yer saxlamayıblar. Kimisi özünə diri ikən qəbir qazdırıb böyük bir yeri hasarladıb, kimisi də hər tərəfini mərmər edərək azı iki ölünün yerini darısqal edib. Ancaq bu dünyadan yarım metr kəfəndən başqa heç nə aparmaq olmur ki olmur… (bakipost)











Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]