Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

SİM kartlarla bağlı qadağalar gəlir

SİM kartlarla bağlı qadağalar gəlir
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
12/5/2017 [22:07]
Baxılıb :
976 dəfə
Bir şəxs öz adına olan nömrəni uzun müddət başqasına verə bilməyəcək
Ekspert Osman Kazımov bu dəyişikliyi tənqid edir, hüquqşünas Əkrəm Həsənov isə problem görmür

“Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib. Qanuna yeni artırılan maddədə göstərilib ki, rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçilərə dair məlumatları daxil etmək, telefon nömrələrinin sabit, məftilli mobil operatorlar şəbəkəsində aktivləşdirilməsinin ərizəçiyə dair məlumatların vahid məlumat bazasında onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək provayderlərin vəzifəsidir. 

Həmçinin qanunun 40.3.1 maddəsində qeyd edilib ki, müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanmalıdır. Həmin müqaviləyə abunəçinin hüquqi şəxs tərəfindən bağlandığı təqdirdə istifadə edən fiziki şəxslər fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. 
Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir. Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur. 

Layihə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz bildirib ki, bu dəyişikliklər müəyyən problemlər yaradacaq: “SİM kartın daimi istifadə üçün başqasına verilməsi qadağan olunacaq. Bu, ciddi məsələdir. Amma Milli Məclis yenə də maraqlı tərəflərin iştirakı ilə heç bir ictimai müzakirə təşkil etmir. Artıq adi hala çevrilib ki, ciddi ictimai əhəmiyyət kəsb edən, vətəndaşların hüquq və azadlıqları ilə əlaqəli məsələlər bir anda dəyişikliyə məruz qalır. Düşünürəm ki, bu dəyişiklik də müəyyən problemlər yaradacaq. Bu dəyişikliklərin xeyli sayda ailələr üçün problem yaradacaq. Gizli deyil ki, əksər ailələrdə uşaqlarda, ailənin hansısa üzvündə olan mobil telefon nömrələri, həmçinin də yaşlı sakinlərin əksərinin nömrələri ailənin başqa bir üzvünün adına və ya tamamilə başqa bir şəxsin adına sənədləşdirilib. Yəni, valideyn uşağına telefon alanda təbii ki, nömrəni- SİM kartı öz adına sənədləşdirib. İndi sual olunur ki, bu qanun qəbul olunandan sonra valideynlər məsuliyyətmi cəlb olunmalıdır?”. Təbii ki, əgər qanun bunu qadağan edəcəksə, onda yeni cərimələr də müəyyən olunacaq. Belə çıxır ki, əksəriyyət ailələr yeni cərimələr ödəməyə hazırlaşmalıdır”.
O.Gündüzün sözlərinə görə, bir müddət bundan öncə nömrə satışı ilə bağlı hökumətin yeni qaydaları müəyyən olunub: “Həmin qaydalarda nömrə alanla bağlı məlumatların elektron bazaya daxil edilməsindən və e-Gov Portalına inteqrasiyasından söhbət gedirdi. Təklif olunan dəyişikliklərlə hökumət bunu daha da sərtləşdirmək xətti götürüb. Əlbəttə, SİM kartların əldə edilməsinin bəlli bir mexanizminin olması, bəlli yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısnın alınması, həmçinin də konkret abonentə bağlanan nömrə ilə müxtəlif xidmətlərin daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Digər tərəfdən isə sirr deyil ki, cinayət, terror etmək istəyən elə İnternetin imkanlarından da istifadə edərək bunu reallaşdıra biləcəksə və ya hansısa cərimələrlə bu tip addımların qarşısını almaq mümkün deyilsə, onda bu dəyişikliklərin o qədər də effektiv olacağı şübhə doğurur”.

Ekspert bildirib ki, mobil nömrənin deyil, mobil avadanlığın İMEİ nömrəsinin qeydiyyatı ilə bağlı mövcud sistemdən istifadə edilməsi və abonentin identikləşdirməsinin də mobil operatorlar vasitəsilə gerçəkləşdirilməsi daha effektiv olardı.

Hüquqşunas Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, ümumən təklif edilən məhdudiyyətdə problem görmür: “Hər kəsin öz adına olan telefon nömrəsindən istifadə etməsi əlbəttə daha yaxşı olardı. Axı bəzən elə olur ki, nömrə birinin adınadır, amma ondan başqası istifadə edir. Sabah həmin nömrədən xoşagəlməz hal baş verəndə isə bilmirsən kimi məsuliyyətə cəlb edəsən. Biri deyir nömrə mənim deyil, digər isə faktiki istifadə etmədiyinə istinad edir. Hər bir halda etibarnamə əsasında onsuz da bir şəxs digərinin adına yenə də nömrə ala biləcək, buna məhdudiyyət yoxdur. Bununla belə, tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətin xarici analoqları mənə məlum deyil. Sırf mülki hüquqi baxımdan hər kəsin əmlakını başqasının istifadəsinə vermək hüququ var. Məhdudlaşdırılırsa, bunu əsaslandırmaq lazımdır. Buna görə də yaxşı olardı ki, layihə müəllifləri təkliflərini izah etsin”.

Oxucularımız bu haqda nə düşünürlər?

Vüsal adlı izləyicimiz deyir ki, işsizlik haqqında qanun qəbul etsinlər: “Əsas cavanlar işsizdir. Bu tipli qərarlar olmalıdır. Amma 2-ci planda. Boş-boş oturub orda qərarlar qəbul edirlər. Mən bir dəfə görmədim bu kasıb xalqın xeyrinə bir yaxşı qərar qəbul edə bu Milli Məclisdə oturanlar”.

Məcid İsgəndərov düşünür ki, əslində düzgün qərardır. Amma ailə fərdlərini çıxmaq şərti ilə: “Çünki bir də görürsən ki, biri gəlir salam sağ olun olan adam deyir ki, gedək mənə bir nömrə alaq. Şəxsiyyət vəsiqəmə nəsə olub. Nömrəni alırsan gedir neynir. Sabah bir zibil törətsə, üstündə qalacaq”.

Mirhüseyn Ağayev deyir ki, Türkiyənin, Avropanın heç bir yerində nömrə almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunmur: “Bilmirlər milləti necə nəzarətdə saxlasınlar”.

Rüfət Heydərlinin sözlərinə görə, iki nömrəsi var, hər ikisi öz adınadır: “Ümumi götürəndə yaxşı qərardır. Çünki əldə satılan o qədər SİM kart var ki, bilmirsən kimin adınadır. Alıb sonra zibilə düşməyəsən”.

Samir Əhmədov deyir ki, kim gedib başqasının adına SİM kart alır: “18 yaşı tamam olmayan uşaq üçün ata ana öz adına nömrə alır, ya da qardaşım mənim üçün alır. Onsuz nömrə əldə etmək dünyanın heç bir yerində çətin deyil. Cinayət törədilərkən belə həmin insanı tapmaq, kimliyini sübut eləmək hətta nömrə qırılıb atılsa belə, istifadə olunan telefona yeni nömrə taxılması belə bilinir. Sadəcə hamısı boşluqdandır. İstirahətə gedəcəklər deyə bilmirlər vaxtı necə bölsünlər”.

AYSEL

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]