Təhsil Nazirliyi dünən vəfat etmiş müəllimin ölüm səbəbinə aydınlıq gətirib.
Nazirliyin informasiya şöbəsinin müdiri Cəsarət Valehovun Oxu.Az-a verdiyi açıqlamada bildirilir ki, ötən gün bir neçə media orqanında Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib:
“Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. Müəllimin harada dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib”.
Cəsarət Valehov onu da qeyd edib ki, Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.