Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"ABŞ-ın gətirdiyi “demokratiya” anlayışı iflasa uğrayıb"

Bölmə :
Müsahibə
Yayım tarixi :
11/5/2017 [22:16]
Baxılıb :
733 dəfə



Rövşən Əliyev: «Trampın anti-miqrant siyasəti kimi USAİD-lə bağlı qərarı da ölkədə ciddi siyasi sıxıntılara yol açacaq»

«Bu məsumluq ABŞ-ın xarici siyasət kursu üçün sonradan çox ağır nəticələrə gətirib çıxara bilər»

Donald Tramp ABŞ prezidenti seçiləndə hətta partiyadaşları belə ölkənin xarici siyasət kursunun kəskin dəyişəcəyini ehtimal etməyə başlamışdı. Bu ehtimallar isə özünü çox gözlətmədi. 100 gündən bir qədər artıq hakimiyyətdə olan Tramp seçkiqabağı vədlər adı altında Birləşmiş Ştatların xarici siyasət kursunun konturlarını aydın şəkildə cızdı. Onun “Biz Amerikanı dünyaya dağıdırıq” ifadəsi son qərarı ilə özünün əsl mahiyyətini tapdı. Tramp keçmiş Sovet ölkələrində Vaşinqtonun varlığına böyük ölçüdə zərbə vuracaq addım atdı. Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)-in maliyyə yardımlarını azltmaq barədə əmrə imza atdı. Qərarın ABŞ daxilində vəyardımlar alan ölkələrdə birmənalı qarşılanmadı. Mövzu ilə bağlı sualları politoloq Rövşən Əliyevə müraciət etdik.

- Qərar verilib. Yardımların kəsilməsi artıq gündəmdədir. Sizcə, bununla ABŞ nə etmək istəyir?

- Donald Trampın qərarının gözlənilən olmasını demək düzgün deyil. Düzdür o,  seçki kampaniyasını apararkən ABŞ-ın xarici siyasət kursu ilə bağlı tənqidi fikirlər tez-tez səsləndirirdi. Xələfi Barak Obamanı Suriya, İraq, Ukrayna, müttəfiqləri və keçmiş SSRİ dövlətləri ilə münasibətlərə görə təhqir səviyyəsində tənqid edirdi. Hər kəs düşünürdü ki, bu sözlər quru vədlərdən başqa bir şey deyil. Hətta bir çox amerikalı politoloq və analitiklər belə, Trampın seçici ilə oynadığını hesab edirdi.  Tramp hesab edir ki, Vaşinqton həddən artıq maliyyə sərf edərək dünya hegemonluğuna çalışır. Ona görə, bütün dünyanı daha az vəsaitlə, daha səmərəli şəkildə idarə etmək olar. Bu başadüşüləndir. Çünki Tramp maliyyəçi, iş adamıdır və onun üçün əsas olan rəqəmlərdir. Gəl ki, siyasətin arxasında nə qədər iqtisadi gücün olduğunu düşünsək də, bəzən istisnalar olur. Tramp bu istisnaları nəzərə almayıb. 

- Nəyi nəzərdə tutursunuz?

- Məsələn, ABŞ prezidenti bu günə qədər siyasi arenada görünməyib. O, ətrafında olan siyasətçilərlə adətən məclislərdə və şənliklərdə bir araya gəlib. Təsadüfi deyil ki, dünya birinciliyinə iddialı olan ölkənin xarici siyasət idarəsinin başına da iqtisadçını gətirdi. Yəqin Reks Tillersonun Ekson Mobil şirkətinin rəhbəri olduğunu unutmamısınız. Bunları nəzərə alsaq, Trampın siyasətlə iqtisadiyyatın ayrılma nöqtəsini bilməməyi ayıb sayılmaz. Lakin bu məsumluq ABŞ-ın xarici siyasət kursu üçün sonradan çox ağır nəticələrə gətirib çıxara bilər.

- Sizcə, bunu ABŞ-da anlamırlar?

- Əlbəttə, gözəl anlayan insanlar çoxdur. Nəzərə alaq ki, USAİD-in büdcəsinin 31 faiz, başqa sözlə 12 milyard dollar azaldılması, ABŞ-da lobbi fəaliyyəti çox güclü olan Ermənistana maliyyə yardımının 77 milyondan artıq ixtisar edilməsi, Ukrayna, Gürcüstan və Moldova kimi strateji əhəmiyyət daşıyan ölkələrə edilən yardımlarda kəsintinin olması Birləşmiş Ştatlarda birmənalı qarşılanmayacaq. Nəzərə alaq ki, ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə imza atan Tramp Konqresin qərarını gözləməlidir. Düşünürəm ki, ən pis halda, USAİD Dövlət Departamentinə birləşdirilə bilər. Bununla yanaşı, bayaq da qeyd etdiyim kimi Trampın qərarına qarşı ilk etiraz səsləri Respublikaçılar cəbhəsində ucalmaqdadır. Prezidentin partiyadaşı Con Mak Keyn  “The New York Times”da yeni Ağ Ev administrasiyasının xarici siyasətini kəskin pisləyib. O, hesab edir ki, dünya ölkələrində insan haqlarının pozulmasına Donald Tramp ciddi önəm vermir. Arizona ştatından seçilən senator, dövlət katibi Reks Tillersonun xarici siyasəti ABŞ-ın milli təhlükəsizliyi ilə tənzimlənməsi barədə bəyanatını da pisləyib. “Tillersonun bu sözləri dünyada sıxıntılar yaşayan bütün adamlara ”Amerikaya ümid etməyin" deməkdir", deyib. Bunlar nəzərə alınarsa, Trampın anti-miqrant siyasəti kimi USAİD-lə bağlı qərarı da ölkədə ciddi siyasi sıxıntılara yol açacaq. 

- Sirr deyil ki, Azərbaycan da USAİD-in yardımlarından yararlanan ölkələr arasındadır. Qeyri-hökumət sektorunun inkişafında bu təşkilatın əməyi az olmayıb. Bəs, bizdə nə gözlənilir? 
- Məsələ USAİD-in və ya ABŞ-ın BMT çərçivəsində yardımlarının 3 dəfəyədək azadılması ilə yekunlaşmır. Baxmayaraq ki, Vaşinqtonun tələsik keçmiş SSRİ məkanını tərk etməsi bölgənin birbaşa Rusiya təsirinə düşməsi deməkdir. Artıq bir sıra postsovet ölkələrində ABŞ-ın gətirdiyi “demokratiya” anlayışı iflasa uğrayıb.Yəni, Vaşinqton nə Yeltsin, nə də Putin Rusiyası zamanı siyasi prosseslərə real təsirinin olmadığını göstərdi. Bu o demək deyil ki, ABŞ Rusiya ilə qarşıdurmadan yayınmaq üçün dəm vurduğu “demokratik” islahatların tətbiqinə getmədi. Məsələ burasındadır ki, ABŞ demokratiyaya dəstək adı altında agent şəbəkəsi yaratmağa üstünlük verdi. İş o həddə çatıb ki, maliyyə yardımlarının kəsiləcəyi barədə məlumatlı olan Qazaxıstan və Türkmənistan kimi ölkələrin hökumət və ya qeyri-hökumət təşkilatları buna reaksiya vermədi. Rusiya mətbuatı da USAİD-in maliyyə yardımlarının azalmasının keçmiş Sovet ölkələrinə təsirsiz ötüşəcəyinə dair proqnozlarla çıxış edir. Əldə isə ciddi arqumentlər var. Kreml 1992-ci ildən fəaliyyət göstərən USAİD-i 2012-ci ildə ölkədən qovub. Rusiya XİN hesab edir ki, təşkilatın fəaliyyəti məramına uyğun olmayıb. 
Ayrılan qrantlar isə siyasi fəaliyyətə yönəldilib. Azərbaycanda isə zaman-zaman USAİD vəsaitlərinin müxalifətə yönləndirilməsi ilə bağlı iqtidar mediyasından ciddi ittihamlar səslənib. İttihamlar seçkilər öncəsi daha aqresiv şəkil almaqla yanaşı müxalifət liderləri inqilablara təşəbbüsdə günahlandırılıb. Nəticəsi isə 2014-cü ildən USAİD-in maliyyələşdirdiyi fondların fəaliyyətinin dayandırlması olub. Ölkə QHT-lərinə isə xaricdən maliyyələşmək yasaqlanıb. Hakim dairələrin bu addımının arxasında isə yuxarıda deyildiyi kimi, agentura şəbəkəsinin çökdürülməsinin ola biləcəyi ehtimalları daha ağlabatandır. Amma hələlik, USAİD ölkədə fəaliyyətini davam etdirir.  

Elmar



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]