Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bakı Şopinq Festivalı bitdi, nə qazandıq?

Bakı Şopinq Festivalı bitdi, nə qazandıq?
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
11/5/2017 [22:07]
Baxılıb :
529 dəfə


Nazir Əbülfəs Qarayev nəticələri müsbət qiymətləndirir, sadə vətəndaşlar isə yox
Aprelin 10-dan başalayan Bakı Şopinq Festivalı mayın 10-da artıq sona çatdı. Azərbaycanda ilk dəfə keçirilən festivalın məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaq idi. Həmçinin festival çərçivəsində Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilirdi.
Festivalın cəlbediciliyini artırmaq üçün ilk dəfə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda “Tax Free” sistemi tətbiq olundu. Həm yerli sakinlər, həm də xarici turistlərə tətbiq olunan bu sistemin nə dərəcədə faydalı oldu? Ümumiyyətlə Bakı Şopinq Festivalı nəyə nail oldu? 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında qeyd edib ki, Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da Festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib. Nazir bildirib ki, estivalın nəticələri ilə bağlı rəqəmlərin 17-21 may tarixində açıqlanacaq. 

Şopinq festival digər ölkələr tərəfindən müsbət qiymətləndirilib
Türkiyənin Mədəniyyət və turizm naziri, Nəbi Avcı Azərbaycanda ilk dəfə keçirilən Bakı Şopinq Festivalı haqqında fikirlərini bölüşüb. Nazir bildirib ki, bu möhtəşəm festival qarşıya qoyulan məqsədə nail olub. “Bakı Şopinq Festivalı həm ölkəyə turist axını, həm də insanların alış-verişə marağının artması, ticarət mərkəzlərində canlanmanın yaranması ilə dövlət büdcəsinə xeyli gəlir gətirən layihədir”.

Macarıstanın Mədəni və Elmi Diplomatiya üzrə dövlət naziri İştvan İygyarto Bakı Şopinq Festivalını turizmin inkişafı baxımından çox vacib layihə adlandırıb: "Bu, eyni zamanda ölkə iqtisadiyyatının çox əhəmiyyətli və sürətlə inkişaf edən sektorudur. Ölkə mədəniyyətini təşviq etmək üçün ölkəyə turist axını cəlb etmək lazımdır. Turistlər səyahətlə yanaşı, teatr və muzeylərə, restoranlara gedir, həmçinin şopinq edirlər. Ən əsası isə öz istirahətləri üçün çoxlu pul xərcləyirlər, bundan isə sizin ölkəniz qazanır”.

Ölkəmizdə səfərdə olan və Azərbaycan haqqında təəssüratlarını İsrail və ABŞ mətbuatında bölüşən amerikalı jurnalist Nurit deyib ki, Bakı Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır. Onun sözlərinə görə, belə festivallar adətən alıcılar üçün maraqlı təkliflər sayəsində uğurlu olur. Bakıda olduğu müddətdə şəhərimizi gəzmək imkanı qazandığını deyən xanım Greenger hesab edir ki, Bakı Şopinq Festivalında dünya brendləri ilə yanaşı, əl işləri, xüsusilə, xalçalar, musiqi alətləri, eləcə də suvenirlərin də təqdim olunması başlanğıc üçün yaxşı ideyadır. “Şopinqə qeyri-adi yanaşma onun uğurlu keçməsi üçün yaxşı seçimdir”, - deyə Greenger bildirib.
Bəs müşahidələr nə deyir?
Əməkdaşımız ötən günlərdə ticarət mərkəzlərinə baş çəkib. Festival çərçivəsində bütün ticarət mərkəzlərində kifayət qədər adam görmək mümkün idi. Bəs onlardan nə qədəri festivaldan və «Tax Free» sistemindən yaralanırdı?

Baş çəkdiyi mağazaların çoxunda heç də izdiham yaşanmırdı. Adi günlərdəki qədər müştəri vardı. İnsanlar alış veriş etsələr də, «Tax Free»ni almaq üçün lazım olan məbləğ dəyərində alver etmirdilər. Mağazaların birində söhbət etdiyimiz Leyla Vəliyeva deyir ki, müəyyən endirimlər var. Ancaq bu endirimlər yenə də qiymətlərin çox ucuz olması deyil: “Əksər mağazalar müxtəlif kampaniyalar həyata keçirirlər. Biri eyni qiymətə mal alan müştəriyə digərini 50 faiz endirimlə, başqasını 30 faiz endirimlə yaxud hədiyyə başlığı ilə təklif edirlər. Əksər məhsullar əslində köhnədir. Yenidir deyəcəyim çox az mal qarşıma çıxdı. «Tax Free»dən isə danışmağa dəyməz. 100 manat dəyərində alış veriş etdim. Mağazadan dedilər ki, ƏDV vergisi geri qaytarılacaq. Məbləğin nə qədər olduğunu soruşduqda 18-20 manat civarında ola biləcəyini dedilər. Yenə də 100 manata 20 manat heç də pis səslənmirdi. Sənədləşmə prosesi başa çatdıqdan sonra «Tax Free»ni almaq üçün yönləndirildiyim hissəyə getdim. Elə çox müştəri yox idi. Amma yenə də növbə var idi. Çeki təqdim etdim, mənə 10 manatı geri qaytardılar. Düzü «Tax Free»nin 10 manat olacağını bilsəydim heç gözləməzdim də. Deməyim odur ki, «Tax Free» adı altında insanların başını aldatmağa ehtiyac yox idi”.

Ticarət mərkəzində «Tax Free»nin qaytarıldığı bank hissəsinə yaxınlaşdıqda 5-10 nəfərin növbədə gözlədiyini gördük. Onların arasında yalnız 2 nəfər turist var idi. Onlar isə Rusiya vətəndaşları idilər. Maraqlı mənzərə odur ki, böyük ticarət mərkəzində «Tax Free»ni geri almaq üçün yalnız bir obyekt var idi. Görünür heç də gözlənilən qədər insan axını olmayıb. Turistlərin biri 300-400 manat məbləğində alış-veriş etdiyini, ancaq aldığı «Tax Free»nin cəmi 25 manat olduğunu dedi və gülümsədi. Qiymətlərin isə ümumilikdə turistlər üçün münasib olduğunu bildirdi.
İzləyicilərimiz deyir ki...

Emin Həsənov deyir ki, mənim kimi ali təhsilli insanlar gecə gündüz səhərdən axşama kimi işləyib, tıxacda qalıb, ac-yalavac sevinclə maaşı gözləyib şopinq etməyə hazırlaşdıq. Amma o pul ancaq qapıdan içəri girməyə çatdı. 

Gülnar Teymurova deyir ki, qiymətlər o qədər yüksək idi ki, şopinq etməyə ehtiyac olmadı. 
Telman Telmanlı da deyir ki, şopinqdən bir dənə də olsun məmur balası, varlı insan istifadə etmədi: “Çünki onlara hər gün şopinqdi. Ora gedənlər kasıblar oldu. Onlar da kənardan baxıb köks ötürüb qayıtdılar evə”.
Rövşən Ağayev düşünür ki, bu şopinq festivalı ərzində bir dənə AVM-ə girib: “Bir başlayanda eşitdim ki, şopinq festival başlayır, bir də indi sizin statusu gördüm”.

AYSEL

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]