Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Dedim, bala, bu yolu seçmə, məhv olarsan…”

“Dedim, bala, bu yolu seçmə, məhv olarsan…”
Bölmə :
Müsahibə
Yayım tarixi :
11/5/2017 [16:52]
Baxılıb :
18197 dəfə
Elmar Məmmədyarovun atası ilə MÜSAHİBƏ
Məhərrəm Məmmədyarov: “İndi “Molotov kokteyli” deyirlər, onu Məmmədəliyev hazırlamışdı”

“Allah erməniləri ona görə yaradıb ki, pisi görüb yaxşını yaddan çıxarmayaq”
 
Modern.az saytı kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarovun Turkustan.info-ya müsahibəsini təqdim edir. Məhərrəm Məmmədyarov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

17 oktyabr 1924-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuş Məhərrəm Məmmədyarov Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəridir.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.
Hazırda səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmiş Məhərrəm müəllimə Allahdan şəfa diləyirik. 
 
“Müharibə vaxtı iki dəfə yaralandım”
 
– Məhərrəm müəllim, öncə elmə gəlməyinizdən başlayaq. Necə oldu ki, bu sahəni seçdiniz?

– Bütün keçmişi analiz etməyə zamanımız, vaxtımız çatmaz. İlk öncə ondan başlayım ki, elmi işçi olmaq bir sənətdir, zərgərlikdir. Zərgərə də ilk növbədə dözümlülük lazımdır, çünki eyni şeyi dəfələrlər oxuyub, ölçüb-biçib, təkrar etməlisən. Marksın belə bir sözü var: “Elmin hamar, asan yolu yoxdur, yalnız o şəxslər elmin zirvəsinə qalxa bilirlər ki, onlar elmin daşlı-qayalı cığırlarından keçməyi bacarsınlar”. Əfsuslar olsun ki, indi elmə verilən vəsiqələri, diplomları əldə etmək bilik yox, vəzifə tutmağa kömək edir. Bunun elmə vurduğu zərəri ikinci heç nə vura bilməz. Elmin belini sındıran bu sovet prinsipidir. Dünyanın başqa yerlərində vəsiqəyə, diploma görə vəzifə verilmir. Günü-gündən bu daha da çoxalır. Bu gün elə adamlar diplom alırlar ki, ümumiyyətlə onlar elmə gəlməməlidir. Onlar elmə yox, vəzifə tutmağa gəlirlər və bu da millətin belini sındırır.


– Elmə yiyələnmək əvvəlki dövrlərdə daha çətin idi. Və siz həmin çətin dövrdə kimya sahəsində bu qədər böyük nailiyyətlər, uğurlar əldə etmisiniz. Halbuki bildiyimiz qədər əvvəl tibb sahəsində olmağı arzulamısınız…


– Mən elmin əvvəldə sadaladığım daşlı-çınqıllı yollarını keçmişəm. Ona görə də elmin qədrini bilirəm, yüksək qiymət verirəm.
Hər zaman əla oxumuşam. Bu yaxınlarda evdə altıncı sinfi qurtaran vaxt aldığım vəsiqəni tapdım. Vəsiqədə yazılmışdı ki, altıncı sinfi əla qiymətlərlə qurtardığına görə 3 metr parça hədiyyə olunsun. Yeddinci sinfi də əla qiymətlərlə bitirmişdim və o da mənə  imkan verdi ki, Naxçıvan Pedaqoji Texnikumuna qəbul oldum. O zaman bir dostumla qərar qəbul etmişdik ki, tibb texnikumuna gedək. Amma rəhmətlik babam dedi ki, həkim xələtindən qorxuram. Ona görə də tibb texnukumuna getmədim. 1941-ci ildə ikinci kursu qurtarandan sonra əla oxuyanları texnukumda saxladılar. Mənim də riyaziyyatdan “dördüm” var idi və ona görə bizə yayda iki aylıq kurs keçib müəllim işləməyə göndərdilər. Çünki müharibə başlamışdı, müəllimə ehtiyac var idi. Ancaq o vaxtkı Təhsil Nazirliyində mənə dedilər ki, sənin boyun-buxunun hara, müəllimlik hara. Məni Ordubad Texnukumuna göndərdilər. 1943-cü ilin fevral ayında yetim oğlan olmağımdan istifadə edib doğum tariximi dəyişdilər və məni kiminsə yerinə müharibəyə apardılar. Əvvəlcə məni Gürcüstana apardılar. Orada 18 yaşı tamam olmamış uşaqları saxladılar, mən də onların arasında qaldım və bizə 6 ay hazırlıq keçdilər. Sonra bizi Kursk şəhərinə apardılar, bir müddət meşələrdə qaldıq. O zaman rus dilində danışa bildiyimə görə komandir məni özünə köməkçi seçdi. Müharibə vaxtı iki dəfə yaralandım, həmin qəlpələrdən birini hələ də ayağımda gəzdirirəm.
Qolumdan yaralananda 6 ay Saratovda hospitalda yatdım, barmaqlarımın heç biri işləmirdi. 1944-cü ildə məni buna görə ordudan təxris etdilər, ikinci qrup müharibə veteranı oldum. Uzun müddətdən sonra barmaqlarımın hərəkəti bərpa olundu, ancaq hələ də o biri əlimdən xeyli fərqlənir.

 

Müharibədən qayıdandan sonra 1945-ci ilə qədər Culfada – İran gömrüyündə işlədim. Müharibə bitdi, gömrük bağlandı və mənə iki xarici ölkədə gömrükdə işləmək təklif olundu. O vaxt orada bir ağsaqqal kişi var idi, onunla məsləhətləşdim ki, mənə seçim etməkdə kömək etsin. Həmin ağsaqqal mənə məsləhət gördü ki, elm ardıyca gedim, oxumağı davam etdirim. Və mən də Bakıya gəldim, imtahansız universitetə daxil oldum. Universiteti bitirəndə mərhum Əbülfəs Qarayev direktor idi, onunla təhsilimi Leninqradda davam etməyi məsləhətləşdim. Allah rəhmət eləsin, mənə bir məktub verdi və o məktubun mənə çox köməyi dəydi. İmtahandan keçsəm də, yer olmadığına görə “konkurs”a düşdüm. İnstitut o məktubun əsasında Moskvadan mənə görə yer istədi. Mən də yataqxanada qalıb cavab gözləməyə başladım. İmtahanda oturan müəllimlərdən biri mənə dedi ki, burda oturub nə gözləyirsən, sabah sənə “otkaz” da gələ bilər və sənə deyərlər ki, get gələn il gələrsən. Ondan soruşdum ki, bəs mən nə edim? Dedi ki, min qatara və özün get məktubunun ardıyca. Onun sözünə qulaq asdım və gördüm ki, müəllim haqlı imiş, mənə gələn il gəlməklə bağlı məkub hazırlayıblar. Moskvada bir rus dostum var idi, bərabər imtahan vermişdik, o mənə dedi ki, burada bir institut var, direktorunun familyası Qocayevdir, deyəsən azərbaycanlıdır, get onun yanına. Mən də onun qəbuluna getdim, Bakıdan gəldiyimi bildirdim, başıma gələnləri danışdım. Direktor erməni çıxdı, dedi ki, mən Daşkənd ermənisiyəm, ancaq sənə nə lazımdırsa kömək edəcəm. Telefonu götürüb kiməsə zəng etdi, dedi ki, mənim yerlimdir, ona kömək edin. Mənə bir məktub verib Leninqrada göndərdi və mən gəlib aspiranturanın tələbəsi oldum. Mənə bir elmi rəhbər təyin etdilər, elmi rəhbərim mənə dedi ki, sən qafqazlısan, başını aşağı sal oxu, müdafiə elə, amma burda qalmayacaqsan. Mən də söz verdim ki, orda qalan deyiləm və sözümə də əməl elədim, Bakıya qayıtdım.
 
“İndi “Molotov kokteyli” deyirlər, onu Məmmədəliyev hazırlamışdı”
 
– Bakıya gəlməyiniz necə oldu?

– Aspiranturanı bitirdim, bilmirdim ki, hara gedim. Elə həmin vaxt bir bakılı rast gəldi və mənə dedi ki, Bakıda Kimya İnstitutu var, yaz ora. Mən də götürüb institutun direktoruna yazdım, qısa zamanda mənə yüksək maaşla dəvət gəldi. Bütün şələ-şüləmi yığıb Bakıya, Kimya İnstitutuna gəldim. Qeydiyyatım yox idi deyə məni instituta qeydiyyata saldılar, gecələr qalmağım üçün də direktor müavininin kabinetini verdilər. Gündüzlər işləyirdim, gecələr də işçiləri evə yola salıb, institutda qalırdım. Ondan sonra Moskvada işləməyə getdim. Buradan baş elmi işçi kimi maaşımı alırdım, amma orada işləyirdim. Daha sonra SSRİ-də qərar çıxdı ki, Bakı neft-kimyanın mərkəzi olur. Mən də Yusif Məmmədəliyevin təklifi ilə Bakıya qayıtdım və burada yeni elmi işə başladım. O zaman Yusif Məmmədəliyev Moskvada çalışan bir çox həmvətənimizi Bakıya dəvət etmişdi.
 

– Yusif Məmmədəliyevin adını çəkdiniz, onunla bağlı xatirələrinizi bölüşməyinizi xahiş edirik.

– Çox vətənpərvər şəxsiyyət idi, onun qədər vətəni sevən, can yandıran insan görməmişəm. Məmmədəliyevə Moskvada da böyük qiymət verilirdi, sözün əsl mənasında istedadlı insan idi. Məmmədəliyev böyük şəxsiyyət, hərtərəfli bilikli insan idi. Şairlərdən şeirlər deyirdi, tariximizdən sitatlar gətirirdi, sözün əsl mənasında təpədən-dırnağa qədər əsl ziyalı idi. Düzdür, arada onu haqsız yerə incitdilər, anonimlər yazdılar və bu, ona çox pis təsir ediri. Onun insaniyyətliyindən bir epizod danışmaq istəyirəm. O, prostat xəstəliyindən əziyyət çəkirdi, ona Moskvada əməliyyat olunmağı təklif etdilər. Dedi ki, mən burda Topçubaşov kimi həkimi qoyub Moskvaya getmərəm, getmədi də. Burda əməliyyat oldu, əməliyyatı yaxşı keçdi, ancaq səhər gəldik ki, rəhmətə gedib. Yoldaşı mənə danışdı ki, Soçidə istirahət edəndə ona dedilər ki, sizdə laxtalanma prosesi gedir, qan vurmaq olmaz. Əməliyyat olunan axşam da həkimlərdən biri gəlib ona qan vurub, bu da qışqırıb ki, mənə elə qan vurmaq olmaz, həkim də deyib ki, cəmi 100 qramdır, qorxusu yoxdur. Bela xanım danışırdı ki, qan vurulandan sonra Məmmədəliyev dedi ki, Bela, ayaqlarım soyuyur. Elə o soyumadan da vəfat etdi. Məmmədəliyevə o gecə qan vurmasaydılar, vəfat etməyəcəkdi. Allah rəhmət eləsin, çox vaxtsız getdi, çox şeylər yarada bilərdi Azərbaycanda.
Məmmədəliyev mənim də elmi rəhbərim idi, ancaq təəssüf ki, ölümündən sonra müdafiə etdim. Hər zaman fəxr edirəm ki, məhz Məmmədəliyevin təklifi ilə Bakıya gəlmişdim. Məmmədəliyevin ümumiyyətlə kadr hazırlığında əməyi böyük olub. İndi “Molotov kokteyli” deyirlər, onu burada Məmmədəliyev hazırlamışdı. Yeri gəlmişkən qeyd edim ki, ilk aviasiya yanacağı da Bakıda yaradılıb. Ona görə də Hitler Bakını tutmağa çox can atırdı.

“O zaman bir gözəl qız gəldi instituta və mən ona vuruldum”
 
– Kimya elminə verdiyiniz tövhələrlə bağlı danışmağınızı xahiş edirik.

– Bakıda işləyə-işləyə Naxçıvan elmi Mərkəzinə rəhbər göndərildim. Kimya elminin Naxçıvanda yaradılmasında xidmətlərim oldu. Naxçıvanda yeraltı su mənbələri çoxdur, həmin suları analiz etdik, karbon qazı aşkarladıq. Orada zavod tikdik və Naxçıvan özünü karbon qazı ilə təmin etməyə başladı. O vaxta qədər Naxçıvan karbon qazını İrandan, Bakıdan gətirirdi. Buna görə bizə dövlət mukafatı verdilər.

Bakıda qalmağımda ailə qurduğum qızın da təsiri oldu. Belə ki,  Kimya İnstitutunda işləyəndə kadrlar şöbəsini də mənə həvalə etmişdilər. O zaman bir gözəl qız gəldi institutda işləməyə və mən də bu qıza vuruldum. Sonra evlədik və o ağladı ki, atama 10 il iş veriblər, xalq düşməni kimi İrkutskiyə göndəriblər, mən o şəhərə gedə bilmərəm. Mən də məcbur oldum Bakıda qaldım. Atası Fuad İbrahimbəyov vaxtilə Azərbaycanın aparıcı psixiatrlarından olmuşdu. Psixiatriyaya aid yazdığı 3 kitabın birində istinad edib ki, ilk psixiatriya xəstəxanasını Axundov yaradıb. Axundov da sovet hakimiyyətindən qaçdığına görə xalq düşməni adı verilib. Bu da Axundovun adını çəkdiyinə görə xain ermənilər Moskvaya yazıblar ki, Fuad İbrahimbəyov xalq düşmənini milli qəhrəman edib. Buna görə də ona 10 il həbs cəzası verib, İrkutskiyə göndərdilər. Sonradan hansısa bir azərbaycanlı Fuad İbrahimbəyovun istinad etdiyi kitabı tapır və həmin səhifəni işarələyərək aparıb gizlincə ailəsi qalan evin qapısının ağzına qoyub qaçır. Ailəsi də kitabı tapır və KQB-yə aparırlar, ondan sonra Fuad İbrahimbəyov cəzasının yarısını çəkmədən həbsdən buraxılır. Ona görə də həyat yoldaşım İrkutskiyə getməyə razı olmadı, yaxşı ki, getmədik, getsəydik də Allah bilir axırımız necə olacaqdı.
 

“Dünyada ermənilər kimi xain millət yoxdur”
 
– Erməni xainliyi burada da öz işini görüb demək…

– Dünyada ermənilər kimi xain millət yoxdur. Həm xain, həm də yaltaq, zəif. Onların arxasında kimsə durmasa heç vaxt heç bir iş görə bilməzlər. O vaxt İrəvanın, Göyçə gölünün adını dəyişdilər, daha sonra Bakıya, Gəncəyə gəldilər və burada da başladılar yer adlarını dəyişməyə. Erməni xəstə millətdir, xəstəlikləri də ondan ibarətdir ki, güya ermənilər qədim millətdir, sübut olunmamış bir ideya ilə xəstələniblər. Erməniləri Allah ona görə yaradıb ki, pisi görüb yaxşını yaddan çıxarmayaq.

“Müəllimi dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır”
 
– Siz elm adamı olmaqla yanaşı, həm də olduqca vətənpərvər insansınız. Və bu vətənpərvərliyi ailənizin başqa üzvləri də daşıyır. Övladlarınız haqqında danışmağınızı istərdik.

– Mənim iki oğlum var, böyük oğlum Ayaz məktəbi əla qiymətlərlə bitirdi, dedik qoy getsin AZİ – indiki Neft Akademiyasına. Anası razı olmadı, dedi qoy Tibb İnstitutuna getsin. Özü də oranı istədi, şərt kəsdim ki, özün oxuyacaqsan, məni oranın müəllimlərinin qapısına aparmayacaqsan. Özü oxudu, uşaq həkimliyini bitirdi. Xahiş elədim ki, uşağını istəməyən valideyn yoxdur və buna görə ağlaya-ağlaya gələn uşaqları gülə-gülə yola sal, əksini etmə. Bir gün Nizami parkının yanında maşınım söndü, maşını təmirə apardım, pasportumu təqdim edəndə usta soruşdu ki, sizin oğlunuz var? Dedim, bəli var. Soruşdu ki, həkimdir, hə dedim, dedi ki, uşaq həkimidir, bəli dedim. Ayağa durub dedi ki, onun başına dönüm, mənim uşağımı o sağaldıb, pul da almayıb. Bunu deyib cilingər çağırdı, maşınımı düzəltdirdi və məndən pul da almadı. Evə gəlib dedim ki, “Ayaz, 1- 0 Baloğlanın xeyrinə. Sən ondan beş manat pul alsaydın, o məndən 20 manat alacaqdı”.
 

Elmar isə işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi. Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın. Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar. Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır. Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirb gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər. Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını? Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu.
 

– Nəvələrinizlə tez-tez görüşə bilirsinizmi?

– Bir nəvəm – Ayazın oğlu universitetin fizika fakültəsini qırmızı diplomla bitirib, indi Akademiyada çalışır. Elmarın uşaqları isə hələ oxuyurlar.

– Həyat yoldaşınız da kimya sahəsində böyük bir yol qət edib, o da Kimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Elm yolunda bir-birinizə necə dəstək olmusunuz?

– Qadınlarda bir xüsusiyyət var, həyat yoldaşından geridə qalmamaq. Mənim həyat yoldaşım da onlardandı. İndi korruziya ilə məşğuldur, ondan o sahə üzrə məsləhətlər alırlar, hər halda Məmmədyarov markasını aşağı endirmir.

– İxtisasınız kimyadır, ancaq maraqlı olardı ki, bununla yanaşı hər hansı bir bacarığınız, maraq dairəniz, hobbiniz olubmu?

– Deyim ki, elə bir istedadım olmayıb, heç şeir əzbərləməyi belə sevməmişəm. Düzdür, bizim millətdə humanitar fənlərə, şeirə, ədəbiyyata maraq böyük olub, dəqiq elmlər üzrə mütəxəssislər çox az olub. Ancaq məndə əksi olub.
 

– Nəylə əlqaləndirmək olar bunu, bəlkə coğrafi ərazimiz, yoxsa hansısa psixoloji durumdan belə formalaşıb bizim millət?

– Bu dinlə əlaqəlidir, çünki dinimizdə Quran şeir kimi oxunur, nəzmə çəkilir. Ona görə də beynimizdə şeirbazlıq çox inkişaf edib. Dəqiq elmlərə isə Sovet vaxtında maraq başlayıb. Biz həm də hövsələsiz millətik, nəticəni tez əldə etmək istəyirik, dəqiq elmlər isə böyük hövsələ tələb edir.
 
“Dünyada bizim kimi təmiz, gözü tox xalq çox az tapılar”
 
– Sonda Azərbaycanın dəyərli bir ziyalısı olaraq gənclərimizə tövsiyələrinizi, məsləhətlərinizi, arzularını bildirməyinizi xahiş edirik. 

– Deməyə söz çoxdur, bir onu deyə bilərəm ki, Allah-təala Azərbaycan xalqına ürəyi kimi versin. Dünyada bizim kimi təmiz,  gözütox xalq çox az tapılar. Uşaq idim, deyərdilər ki, düşmənə güllə atanda o qədər aralıda dur ki, güllə ona dəyməsin. Bax, biz biz bu qədər humanist millətik. Bizi yaşadan da, millət kimi saxlayan da bu xüsusiyyətlərdir. Mən gənclərimizə millətimizə xas dəyərli hissiyatları itirməməyi arzu edirəm.
Çox kasıb böyümüşəm, atam vaxtsız rəhmətə gedib, iş zamanı qəzaya düşüb. Ondan sonra atamın iş yoldaşları yığışıb anam üçün bir tikiş maşını alıblar. Anam da çətinliklə dolandırıb bizi. Oxumağımın da birinci səbəbkarı anam olub. O zaman yerdə yatırdıq, lampanı yanıma qoyub dərs oxuyardım. Anam da görürdü ki, mən yatmamışam, dərs oxuyuram, ona görə ağlamırdı. Sonralar mənə deyirdi ki, sən mənim nə qədər gözümün yaşını qurutdun.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]