Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ya ixtisar, ya aşağı əmək haqqı?

Ya ixtisar, ya aşağı əmək haqqı?
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
10/5/2017 [20:16]
Baxılıb :
11475 dəfə
SOCAR-ın əməkdaşları prezidentə müraciət edirlər
SOCAR işçilərə vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırır

“SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə işçilərin vəzifə dərəcələri aşağı salınır. Onlara hədə-qorxu gəlinərək, yeni əmək müqaviləsinə qol çəkmələri istənilir. Bu halda, işçinin əmək haqqı da azaldılır”. 

Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir. 

Onun sözlərinə görə, SOCAR gah istehlakçı hüquqlarını pozub əhaliyə qaz vermir, işçilər üçün təhlükəsiz iş şəraiti yaratmır, onların ölümünə bais olur, gah da işçiləri qeyri-qanuni işdən azad edir:

“İndi də onların vəzifə dərəcələrini aşağı salmaqla əmək haqlarını azaldır. Elə də yüksək əmək haqqı vermir. İndi verdiklərini də kəsmək istəyirlər. İslam oyunları ərəfəsində neftçilərə məcburi ərizə yazdırıb onların əmək haqqının aşağı salınması siyasəti kimin ideyasıdır?”, - deyə sual edir Mirvari Qəhrəmanlı.

Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin qanunun 69-cu maddəsinin 7-ci bəndinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu hüquqları pozan işəgötürən cəzalanmalıdır. 

İşçilər də bildirirlər ki, SOCAR onlara vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırır. Bununla da əmək haqları azaldılır.  

Mirvari Qəhrəmanlı deyir ki, hər hansı bir layihə, proqram həyata keçirilərkən insanların sosial vəziyyəti əvvəlkindən aşağı vəziyyətə düşməməlidir: 

“Bu, mütləqdir! İndiki halda isə SOCAR  insanların onsuz da ağır olan sosial vəziyyətini ağırlaşdırmaq istəyir. Niyə?”

Nefçilər, eləcə də 28 May adına NQÇİ-nin işçiləri  SOCAR rəhbərliyi tərəfindən vəzifə dərəcələrinin aşağı salınması və buna görə əmək haqlarının azalması ilə əlaqədar ölkə başçısına və birinci vitse-prezidentə ərizə ilə müraciət ediblər: 

“SOCAR rəhbərliyi tərəfindən verilən ədalətsiz göstəriş əsasında əmək haqlarımız azaldılır. Prezidentə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya demək istəyirik ki, bizə kömək etsinlər. Bu ədalətsizliyi edənləri cəzalandırsınlar”. 

Meydan TV məsələyə münasibət öyrənmək üçün SOCAR-la əlaqə saxlayıb. Şirkətdən bununla bağlı açıqlama yaydıqlarını, işçilərin əmək haqlarının azaldılmasının nəzərdə tutulmadığını deyiblər: 

“Dövlətimizin beynəlxalq aləmə inteqrasiya prosesinə dəstək olaraq, şirkətimiz də öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur. Artıq qlobal şirkətə çevrilən SOCAR tabeliyində olan təşkilatlarla birlikdə, hər bir sahədə olduğu kimi, əməyin qiymətləndirilməsi və ödənilməsi sisteminin də günün tələblərinə cavab verməsini hədəfləyir. Bir müddətdir ki, SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə layihə qrupu yaradılıb". 

Məlumatda bildirilir ki, layihə planına görə, ilk növbədə, “Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb və ötən ildən etibarən bu standartların tətbiqinə başlanılıb.

"Yeni standartlara uyğun olaraq, hər bir vəzifə üzrə iş analizləri aparılıb və işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluq dərəcəsi müəyyən edilib. Məlumat üçün bildirək ki, işçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. SOCAR rəhbərliyi əməkdaşlarının sosial rifahının, heç bir halda, aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını, müvafiq qaydada, kompensasiya edəcək. Beləliklə, əməkdaşlarımızın yeni ştat cədvəlləri həm beynəlxalq standartlara cavab vermiş olacaq, həm də heç bir işçimiz bu prosesdən zərər görməyəcək".


Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]