Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Son 50 ildə ölkədə belə şəhər tikilməyib”

“Son 50 ildə ölkədə belə şəhər tikilməyib”
Bölmə :
KİVDF
Yayım tarixi :
20/4/2013 [10:36]
Baxılıb :
2907 dəfə
90 min məcburi köçkünün məskunlaşacağı analoqsuz yaşayış massivi inşa olunur

Dünən Abşeron rayonu, Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində salınacaq yeni Qobu Şəhər Yaşayış Massivinin ilkin layihələndirilməsi barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənovun yanında müşavirə keçirilib. Komitədən redaksiyamıza verilən məlumata görə, QMKİDK sədri müşavirədəki çıxışında qeyd edib ki, yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək.
“Hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlər hamısı yeni yaşayış massivinə köçürüləcək. Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir”, -deyə Komitə sədri bildirib.
QMKİDK sədri qeyd edib ki, prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində müvəqqəti məskunlaşmış Bakı ətrafına yaxın ərazidə yerləşdirilməsi üçün yeni böyük bir şəhərin tikintisi layihəsinin ilkin variantı müzakirə olunub: “Bu şəhərin adı “Qobu məcburi köçkün yaşayış massivi” adlanır. Bunun üçün Qobu bələdiyyəsi ərazisində 500 ha ərazi ayrılıb. İlkin baş planın müzakirəsi olub. Müzakirədə bütün aidiyyatı qurumların nümayəndələri iştirak edib. Layihə institutu bütün aidiyyatı qurumlardan ilkin olaraq texniki şərtləri alıb. Bu böyük şəhər olduğuna görə müzakirə yenidən aparılacaq. Layihə institutu baş plani yenidən hazırlayacaq. İkinci dəfə də yığışıb bunu dərindən müzakirə edəcəyik. Daha sonra son variant ölkə rəhbərliyinin müzakirəsinə təqdim olunacaq”.

Unikal layihə

Ə.Həsənov sözügedən yaşayış kompleksini unikal layihə kimi dəyərləndirib: “Azərbaycanda son 50 ildə belə bir şəhər tikilməyib. Burada 90 min əhali yerləşdiriləcək. Çoxdandir ki, ki Bakı şəhərində məcburi köçkünlərin yataqxanalardan, uşaq baxçalarından çıxarılması məsələsi müzakirə olunur. Bildiyinz kimi yaxın vaxtlarda Qaradağ rayonu Müfiqabad qəsəbəsində 1400 mənzildən ibarət yasayış massivi tikilib istifadəyə verilib. BDU yataqxanasından köçürülmə başlayıb və yaxın günlərdə başa çatacaq.
7-ci mikrorayonda yerləşən tikilidə olan məcburi köçkünlərin köçürülməsi başlanacaq. Onları tam çıxara bilməyəcəyik. Ona görə də, əlavə vəsait tələb edildiyini bildirdik. Müşfiqabad qəsəbəsinə bitişik əlavə 3 bina da tikiləcək. O yarımçıq tikili də tam ordan köçürüləcək. Üçüncü köç obyekti yaxın vaxtlarda Abşeron rayon Masazır qəsəbəsində başlayacaq. Neft akademiyasının da bütün yataqxanalarından məcburi köçkünlər çıxarılacaq”.

10 məktəb, 10 bağça...

Müşavirə zamanı layihənin ilkin baş planı barədə məlumat verən “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev bildirib ki, Qobuda məcburi köçkünlər üçün tikiləcək yeni böyük yaşayış massivində 10 mikrorayon olacaq: “Hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub. Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək. Ərazidə geoloji kəşfiyyat işləri də aparılıb. Qobu Yaşayış Massivinin ərazisində 3250 kəşfiyyat quyusu qazılıb. Həmin ərazi yaşayış üçün yararlıdır”.
Bundan sonra ilkin baş planın müzakirəsi aparılıb. Baş nazirin müavini Əli Həsənov tikiləcək yeni yaşayış massivinin ən son standartlara cavab verəcəyini, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacağını qeyd edib: “Burada mənzil kommunal təəssürafat sahəsində texniki infrastruktur mərkəzləşdirilmiş idarəetmə üsulu ilə olmalıdır. Müair tələblərə cavab verən qurğulardan istifadə olunmalıdır. Bütün layihə institutları gücləri hesablayarkən elə etməlidirlər ki, elektrik enerjisinin gücü normativdən xeyli yüksək olsun. Daha sonra praktiki istismardan sonra çətinliklər yaranmasın. Bu yaşayış massivi həm keyfiyyətcə, həm də memarlıq quruluşu etibarilə əvvəlki massivlərdən qat-qat yaxşı olmalıdır”.
Qeyd edək ki, yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub ki, bu da ümumilikdə 20 434 ailə deməkdir.

“Narazılıq edənlərə ev verilməyəcək”

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən sözügedən müşavirədə Komitə sədri Əli Həsənov başqa diqqətçəkici açıqlamalar da verib. O, məcburi köçkünlərin köçürülməsi məsələsində bəzi problemlərin yaşandığını bildirib: “Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərləinə müraciət edirəm. Həmin köçürülməyə məruz qalan tikililəri 3 il bundan əvvəl yoxlamışıq. İndi xoşagəlməz hallar ortaya çıxıb. Son 34 ayda saxta boşanmalar baş verir. O yataqxanada yaşayan köçkünlər rayondan olan qohumlarını da yanlarında yerləşdiriblər ki, bunların hamısını evlə təmin edək. Köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Narazılıq edən, saxta yollara əl atan heç bir məcburi köçkün evlə təmin olunmayacaq”.
Həsənov onu da qeyd edib ki, bu cür qanunsuzluq halları davam edəcəksə və daha da ciddiləşəcəksə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq: “Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə bu qanunsuz şəraiti yaradan insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm. Bu yaxınlarda bir neçə məcburi köçkün həm Komitədə, həm Yasamal rayonu ərazisində müəyyən aksiyalar keçirmək cəhdləri etdilər. Bunun hamısı qanunsuz yolla mənzil almaq istəyən məcburi köçkünlər tərəfindən olub. Məcburi köçkünlər üçün ölkə prezidenti, dövlət hər şeyi edib. Onların bir açıq problemi qalmayıb. Məcburi köçkünlər də Azərbaycan vətəndaşıdırlar. Heç kəsə ixtiyar verilməyib ki, Azərbaycan qanunlarını pozsun. Onların hüquqlarını müdafiə etmək mənim vəzifə borcumdur. Amma bu, o demək deyil ki, məcburi köçkünlər də onlar üçün yaradılmış şəraitdən süni istifadə etməlidirlər”.

“300 milyard dollarlıq ziyan”

Komitə sədri dünən jurnalistlərə açıqlamasında isə, Dağlıq Qarabağ münaqişəsi və onun vurduğu ziyanlardan danışıb. O bildirib ki, münaqişə nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyan beynəlxalq qiymətləndirmə təşkilatlarının köməyi ilə yenidən qiymətləndirilib.
Ə. Həsənov deyib ki, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyan 60-70 milyard dollar hesablanırdı: “Lakin Milli Məclisin üzvü Xanhüseyn Kazımlı beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə bu vurulan ziyanı yenidən hesablamaq təklifi irəli sürüb. Ölkə rəhbəri bizə bu tapşırığı verib. Biz bu məsələni araşdırdıq, müəyyən tədbirlər həyata keçirdik və bu proses davam edir. Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birlikdə aparılan ilkin araşdırmalara əsasən son 20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan artıq 300 milyard dollardan çoxdur və bu miqdar daha da artır. Ermənistan tərəfi qoy bunu eşitsin, nə vaxtsa onlar bunu ödəməyə məcbur olacaqlar”.
Komitə sədri rəsmi İrəvana tövsiyyə də verib: “Bu gün Ermənistanın dövlət büdcəsi 3 milyard dollardır. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən necə gələcək, bu, çox böyük sual altındadır. Ona görə də Ermənistan tərəfi bütün bunları nəzərə alaraq bir konstruktiv mövqeyə gəlməlidir. Əgər Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, barışıq, geriyə qayıdış prosesi başlayarsa, Azərbaycan tərəfi o təzminatlarda müəyyən güzəştlərə gedə bilər. Əks halda, Azərbaycan hökuməti bütün bu iddiaları təqdim edəcək”.

RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]