Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Putin və Ərdoğan Qarabağı niyə müzakirə etmədilər?

Putin və Ərdoğan Qarabağı niyə müzakirə etmədilər?
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
5/5/2017 [22:38]
Baxılıb :
562 dəfə
Türkiyə prezidenti razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə müzakirə açmaq istəməyib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyub Ərdoğan 3 mayda Soçidə görüşdülər. Tərəflər iki ölkə arasındakı əməkdaşlıq baxımından bu görüşün nəticələrini uğurlu sayıblar.

Birincisi, prezidentlərin əsas müzakirə mövzusu Suriya idi. Əldə olunan razılaşmaya görə, Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Putinin bu təklifini Ərdoğan bəyəndi. Yaxın müddətdə Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Hazırda bunun mexanizmləri Astanada bütün tərəflər arasında müzakirə olunur.

İkincisi, Rusiya Türkiyəyə C-400 raketləri satmağa qərar verib. Bu həm Türkiyə, həm də Rusiya üçün vacibdir. Rusiya tarixində ilk dəfə olaraq NATO üzvü olan ölkəyə silah satacaq. Türkiyə isə digər dövlətlərdən ala bilmədiyi müdafiə məqsədli raketləri Rusiyadan alacaq. Çünki NATO-ya üzv olan ölkələr tərəfdaşları Türkiyəyə müasir raketlər satmırlar.

Üçünçüsü, Rusiya və Türkiyə prezidentləri iqtisadi münasibətlərdəki embarqonu ortadan qaldırdılar. Rusiya Türkiyənin kənd təssərrüfatı məhsullarının Rusiya bazarına ixracına maneə yaratmayacaq. Türkiyə isə Rusiyadan taxıl alınmasıyla bağlı embarqonu ortadan qaldırdı. Türkiyə Rusiyadan taxıl alacaq. Yeganə Türkiyədən Rusiyaya ixrac olunan pomidorla bağlı razılaşma əldə olunmadı. Putin bunu belə izah etdi ki, Rusiyada pomidor istehsalçılarına kreditlər verilib və onlar məhsullarını satmalıdırlar. Ancaq Putin onu da vəd etdi ki, müəyyən zamandan sonra Türkiyə pomidorlarının ixracına şərait yaradılacaq.

Dördüncüsü, Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı tam gücüylə davam edir. Rusiya “türk axını” layihəsini reallaşdıracaq. Bu boru xətti ilə Rusiya qazı Qara dənizin dibi və Türkiyə üzərindən Avropanın cənubundakı ölkələrə çatdırılacaq. Digər tərəfdən Rusiya Türkiyənin Akkuyu ərazisində dəyəri 22 milyard dolar olan atom elektrik stansiyasını tikəcək.

Putinlə Ərdoğan arasındakı görüşdə həll olunmayan məsələlərdən biri kimi vizanı göstərmək olar. Rusiya vətəndaşları viza almadan 90 gün ərzində Türkiyədə qala bilərlər. Daha əvvəl bu 60 gün idi. Rusiya isə Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etmək istəmir. Putin sadəcə onu dedi ki, Rusiyada biznesi olan Türkiyə vətəndaşlarına uzunmüddətli vizaların verilməsi mümkündür.
Ərdoğan Putinlə görüşdə ona rusiyalı hərbçilərin Suiyada silahlı kürdlərlə şəkillərini təqdim etdi. Ərdoğan Putindən onu istəyir ki, Rusiya hərbçiləri Suriyada silahlı kürdlərlə əməkdaşlıq etməsinlər. Putin cavabında Ərdoğana deyib ki, Türkiyəyə narahatlıq yaradacaq addımlar atmayacaq. Ancaq Kremlin Suriyada silahlı kürdlərə, faktiki isə PKK kimi terrorçu təşkilata bağlı olan YPG və PYD ilə əlaqələrini kəsəcəyinə təminat yoxdur. Çünki ABŞ hərbçiləri də bu qruplaşmalarla əlaqələrini gücləndirirlər. Kreml isə istəmir ki, YPG və PYD tamamilə ABŞ-ın nəzarəti altına keçsin. Ona görə də YPG və PYD-nin simpatiyalarını qazanmaq uğrunda Rusiya ilə ABŞ arasında yarış gedir. Sadəcə, bu yarışda ABŞ və Rusiya Türkiyənin maraqları əleyhinə addım atmış olurlar. Təsadüfi deyil ki, Ərdoğan Rusiyadan sonra ABŞ-a səfər edəcək və PYD ilə YPG-ə əlaqələrin zərərli olması məsələsini Vaşintonda prezident Donald Trampla görüşdə qaldıracaq.

Azərbaycanda ən çox müzakirə olunan sual budur: Rusiya və Türkiyə prezidentləri Soçidəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini niyə müzakirə etmədilər?

Türkiyənin və Rusiyanın əsas gündəm mövzusu Suriyadır. Çünki bu ölkədə müharibə gedir və bu müharibə həm Rusiyanın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına toxunur. Ona görə də prezidentlər Suriya mövzusunun müzakirəsinə daha çox vaxt ayırırlar. Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində atəşkəs intensiv pozulsa da, müharibə yoxdur. Ona görə də bu məsələ nə Moskvanı, nə də Ankaranı ciddi narahat edir.

Doğrudur, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan rusiyalı dostu Vladimir Putinin Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsini istəyir və bu mövzunu tez-tez Rusiya prezidentinin diqqətinə çatdırır. Ancaq çox təəssüf ki, Putin Ərdoğan qədər Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ona görə də Ərdoğan razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə Putinlə geniş müzakirə açmaq istəməyib.

“Atlas” Araşdırmalar Mərkəzi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]