Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Misir Mərdanovun qohumuna silahlı çevriliş ittihamı

Misir Mərdanovun qohumuna silahlı çevriliş ittihamı
Bölmə :
Kriminal
Yayım tarixi :
5/5/2017 [22:30]
Baxılıb :
14090 dəfə
Allahverdi Dəmirov MTN əməkdaşları tərэfindən niyə saxlanılıb?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev istintaqda şahid qismində dindirilib. Virtualaz.org saytı istintaq sənədlərinə istinadən xəbər verir ki, T.Quliyev istintaqa verdiyi ifadəsində 18 aprel 2015-ci ildə ona Məmməd Abbasbəylinin telefonlarına qulaq asılması barədə tapşırıq verildiyini bildirib. Dinləmənin təşəbbüskarı antiterror mərkəzinin rəis müavini İlqar Əliyev olub. Tapşırıq antiterror mərkəzinin rəisi Elçin Quliyev tərəfindən təsdiqlənib, nazirliyin sabiq rəhbəri tərəfindən tapşırığın Monitorinq Mərkəzi tərəfindən həyata keçirilməsinə icazə verilib. Tapşırıq həyata keçirilib və əldə olunan məlumatlar İlqar Əliyevə göndərilib. General ifadəsində Məmməd Abbasbəylini tanımadığını, onunla hər hansı münasibəti olmadığını göstərib.

Həmçinin general ifadəsində bildirib ki, Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar antiterrror mərkəzinin əməkdaşı İlkin Soltanov olub. Tapşırıq Elçin Quliyev tərəfindən təsdiqləndikdən sonra əldə olunan məlumatlar İlkin Soltanova göndərilib.
T.Quliyev ifadəsində qeyd edib ki, telefonları qanunsuz dinlənilən şəxslər siyahısında olan digərlərinin barəsində göstərişi də Elçin Quliyev verib. Onun özü isə həmin şəxslərin heç biri ilə tanış deyildi, münasibəti yox idi. Xatırladaq ki, telefonları qanunsuz dinlənilənlər siyahısında olanlardan biri də Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur.

“Bu şəxsləri görüşməmişəm, şəxsiyyətləri barədə hər hansı məlumata malik olmamışam. Tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanımışam. Onunla şəxsi münasibətim, görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib”.

Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə hazırda Bakı Hərbi Məhkəməsində baxılır.

Həmin qrupun işi üzrə zərərçəkənlər siyahısında yer alan, istintaq sənədlərində “Bakı şəhər sakini Allahverdi Dəmirov” kimi göstərilən şəxs keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur, deyilənlərə görə onunla xalaoğludur, yaxud ana xətti ilə hansısa qohumluq əlaqələri var.
Xatırladaq ki, MTN əməkdaşları Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda saxlayıblar.

Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub. “2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.

Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red)

Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini, mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi bildirdim”.

Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.
Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.

Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]