Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Biz təqsirsizliyi sübut etməkdə israrlıyıq”

“Biz təqsirsizliyi sübut etməkdə israrlıyıq”
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
5/5/2017 [22:24]
Baxılıb :
281 dəfə
Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayətinə baxış başladı
Hakim müdafiəçilərin qaldırdığı 12 vəsatətin hamısını rədd etdi 

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
Yada salaq ki, apellyasiya baxışı ilkin baxış iclasının qərarından kassasiya şikayəti verilmişdi. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında vəkillər apellyasiya şikayətinə tam məhkəmə istintaqı ilə baxılması ilə bağlı vəsatət veriblər. Hakim isə ilkin baxış iclasının qərarında apellyasiya şikayəıtinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib. Ali məhkəmə bu qərardan verilən kassasiya şikayətini təmin etməyib. 

Mayın 5-də keçirilən prosesdə hakim Ə.Qasımov bildirib ki, C. Hacıyevin vəkilləri müəyyən sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və s. məsələlərlə bağlı 12 vəsatət veriblər. Hakim vurğulayıb ki, bu məsələlər məhkəmə istintaqında həll olunası məsələlər, ancaq məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib. Hakim bu əsasla da vəsatətlərin hem birinin təmin olunmadığını elan edib. 

Çıxış üçün müdafiəçilərə verilib. Təqsirləndirilən Azad Cavadovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamları qəbul etmir, məhkəmənin hökmünü qanunsuz və əassız hesab edir. Vəkil vurğulayıb ki, Azad Cavadov eyni ittihamla əvvəl məhkum olunub və qanunvericiliyə əsasən eyni əmələ görə iki dəfə cəzalandırılmaq yolverilməzdir. 

“Azad Cavadovun yaxın qohumlarının adına bankdan kreditlər rəsmiləşib, amma o vəsaitlər götürülməyib, bankın özünə qaytarılıb. Ona qanunsuz silah saxlama ilə bağlı verilmiş ittihamına gəlincə, həmin silahın ona aidiyyatı yoxdur. Silahın tapıldığı iddia olunan axtarışdan əvvəl də o evdə axtarış aparıb, qapını möhürləmişdilər. Azad Cavadov qapısı möhürlü evə silahı necə qoyub? Silah götürülən axtarış zamanı da polislər bizi həmin evə buraxmayıb. Guya o silahın ancaq tətiyində Azad Cavadovun barmaq izləri var. Əgər silahı balışın altına Azad Cavadov qoyubsa, necə olub ki, tətikdən başqa hissədə onun əl izləri qalmayıb?"

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatətlərin heç birinin təmin olunmamasından təəssüfləndiyini bildirib. O, C. Hacıyevə qarşı ittihamların sübut edən heç bir dəlil olmadığını vurğulayıb. Vəkilin sözlərinə görə, ittihamı sübut eləmək ittiham tərəfinin vəzifəsidir və şəxsin təqsirsiz olduğunu sübut eləmək vəzifəsi yoxdur. “İttiham tərəfi də bunu sübut edə bilmir. Amma biz təqsirsizliyi sübut etməkdə israrlıyıq. Bunu da ancaq vəsatətlər vasitəsilə etmək mümkündür. Ona görə də bizim yeni vəsatətlərimiz olacaq" - deyən F.Mehdiyev məhkəmədən vaxt istəyib. 
C. Hacıyevin digər vəkili Aqil Layıcov da vəsatətlərin heç birinin təmin olunmamasından narazılığını bildirib. “Əminəm ki, prokuror 12 vəsatətin birini də oxumayıb, amma bir cümlə ilə dedi ki, hamısına etiraz edir. Hakim deyir ki, onlar ilkin baxışda verilmiş vəsatətlər idi, amma onların arasında bizim 5 yeni vəsatətimiz vardı". Hakim vəkil A. Layıcovun çıxışını yarımçıq dayandırıb. 
Çıxışlar üçün digər vəkillərə söz verilsə də, onlar bunun üçün məhkəmədən vaxt istəyiblər. 
Məhkəmə prosesi mayın 11-də davam edəcək.

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham ediliblər.  Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadova qarşı əlavə olaraq qanunsiz silah saxlama maddəsi ilə də ittiham verilib. 
 
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Anar Sultanov, Kənan Orucov, İlqar Abdullayev və Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Apellyasiya şikayətini azadlıqdan məhrum edilən şəxslərlə yanaşı şərti cəza almış Məmməd Cahangirov verib. Apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 
Rəşad VAQİFOĞLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]