Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

AMEA-da keçirilən seçkilərdən prezidentə şikayət

AMEA-da keçirilən seçkilərdən prezidentə şikayət
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
5/5/2017 [22:23]
Baxılıb :
623 dəfə
Elman Şahverdiyev: «Bu təyinatlar ölkədə ayrı-seçkiliyin, regionçuluğun körüklənməsinə yönəlib»
«AMEA üzvü olan 190 nəfərdən 10-dan yuxarısının ikili vətəndaşlığı var»

AMEA Fizika İnstitutunun Dinamik sistemlərdə xaos laborotoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Elman Şahverdiyev Prezident İlham Əliyevə müraciət edib. O, mayın 2-də AMEA-da keçirilən seçkilərin saxtalaşdırıldığını iddia edir. E.Şahverdiyevin müraciətini olduğu kimi təqdim edirik:

«02 Mayda AMEA-ya növbəti təyinatlar oldu.  Elmi ictimaiyyət bu təyinatlar zamanı  bir daha  yeni analoqsuz hadisələrin şahidinə çevrildilər. Bu “seçki” lərə düz 3 (!) dəfə elan verildi:15 Dekabr, 2016; 7 Yanvar 2017 və 01 Fevral, 2017. Görün AMEA-da  və AMEA ilə Prezident Administrasiyası (PA) Humanitar şöbəsinin münasibətlərində hərcı-mərcilik hansı səviyyəyə çatıb!  Kim lap yuxarılardan dəstək alırdısa, özlərinə yer açdırdı! Yəqin ki AMEA tarixində belə biabırçılıqlar hələm-hələm ələ düşməz! Əvvəllər sənədlər bir neçə il “yatırdısa”, bu il serial elanlardan sonra təyinatları təcili həyata keçirdilər! Yəni bu dəfə marafon yox, sprinter təyinolunmaları baş tutdu. 
Yəqin yaş öz işini görür, tələsmək lazımdır!

Elmi idarəetmədə  əllərindən bir iş gəlməyənlərin improvizasiyaya meyl etməsi hamıya bəllidir.
“Seçki”lərdə “Fizika” üzrə müxbir üzvlüyə namizəd idim. Amma yenə təyin olunmadım. Düşünürəm ki, AMEA prezidenti A.Əlizadənin və ən əsası PA şöbə müdiri F. Abdullazadənin səyləri nəticəsində. 2014-cü ildə olduğu kimi. O vaxt 3 yeni təyin olunmuş akademikin sitatları mənimkindən az qala 2 dəfə az, yeddi yeni müxbir üzvün sitatları mənimkinə bərabər idi. İndi o vaxt müxbir üzv olanlardan sağ qalanlardan ikisi- Nazım Məmmədov və Ənvər Nəhmədov həqiqi  üzv təyin edildilər. Təsəvvür edin ki, həqiqi üzv təyin edilən Ənvər Nəhmədov “Thomson Reuters”ə görə elmə yalnız 105 istinad gətirib. SCOPUS-da isə -53. Yəni müxbir üzv təyin edildiyi vaxtdan keçən 3 ildə bu akademik elmə cəmi bir neçə istinad gətirib. İstinadların az olmasının səbəbı odur ki, görülən işlər orijinal deyil, kiminsə elədiklərinin marginaldan da marginal artırılmasıdır. Bəs onu niyə təyin ediblər? Səbəbi çox sadədır: Özünə məqalə yaza bilməyən Oktay Ələkbərov onun məqalələrində həmmüəllifdir; hansısa səbəblərdən o, özünü savadlı fizik kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxır! Xatırladım ki, Oktay Ələkbərov Fatma Abdullazadənin əridir. Bu il O.Ələkbərovun dəstəyi ilə həm də hələ ki, illərdir kağız üzərində yaradsılmış “Biofizika” İnstitutunun direktoru Oktay Qasımov müxbir üzv təyin edildi. Onun adı elm fondlarından alınan 4 milyon qrantda keçir! 20 il ABŞ işləməsinə baxmayaraq onun elmə gətirdiyi istinadların sayı, Hirş indeksi mənimkindən azdır. Bu müəyyən tenderləri udmaq üçün qanunsuz yaradılmış bir həftəlik firmalara bənzəyir. Ölkənin bu çətin günündə biozifika üzrə təkcə AMEA-da olan çoxlu sayda elmi-tədqiqat laboratoriyalarının fonunda bu institutun yaradılması yalnız kiminsə mənəmlik ambisiyasına xidmət edir.

Eyni sözləri yenə də Oktay Ələkbərovun (yəni Fatma Abdullazadənın) dəstəyi ilə əvvəlcə direktor, indi isə müxbir üzv təyin olunmuş Oktay Səmədov haqqında da demək olar. Bu insanların əksəriyyəti ilə mənim şəxsi ədavətim yoxdur. Ona görə gərək məndən inciməyələr! Gədim biy yunan filosofunun dediyi kimi, Platon mənim dostumdur, amma həqiqət (burada həm də ədalət-müəllif ) daha əzizdir.

Nazim Məmmədova gəlincə xüsusi olaraq qeyd edilməlidir ki, bu adam bir neçə məqalə istisna qalan işlərdə aparıcı müəllif deyil, aparılan müəllifdir. Işlərinə sitatlar olsa da onun da istinadları mənimkindən az qala 2 dəfə azdır. Hirş indeksi də mənimkindən azdır. Hal-hazırda mənim işlərimə “Thomson Reuters” 670 istinad var. (Bu müraciətdə bütün istinadlar oz-özünə sitatlarsız göstərilib.) Nazim Məmmədovun işlərinə isə-410.  Maraqlıdır ki, bu istinadların az qala üçdə biri Türkiyədə yaşayan bir azərbaycanlı alim tərəfindən edilib!

Google-dan istifadənin əleyhinə olsam da seçki zamanı hamıdan orada profil yaratmaq tələb olunduğundan (bu əslində anti-Thomson Reuterçilərın fəaliyyətinin nəticəsində baş tutdu) yenə müqayisə üçün orada olan göstəriciləri də əlavə edirəm: Elman Şahverdiyev-1215 istinad, Nazim Məmmədov-931 istinad. 

Həqiqi üzvlüyə seçilmək üçün əsas şərt tanınmış elmi məktəblər yaratmaqdır! Hanı Ə.Nəhmədovun və N.Məmmədovun tanınmış məktəbləri! Bildiyim qədər, Ə.Nəhmədov 1 elmlər namizdədinə rəhbərlik edib. N.Məmməov isə -3. Amma bu 3 nəfərdən 2-sinin ona heç bir aidiyyəti yoxdur. Sadəcə N.Məmmədov direktor olduğu dövrdə  vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü 2  müdafiəyə hazır işlərə məsləhətçi-rəhbər kim yazdırmışdır. Onun guya rəhbəri olduğu işçilərdən bəziləri bu seçkilərdə iştirak edirdi! Necə olur ki, namizədlik dissertasiyalarında bir nəticədən bir şəxs istifadə edə bilər, amma elmdə alı rütbə olan akademiklik üçün belə məhdudiyyətlər yoxdur! Bu mövzuda son dərəcə ilginc fakları gələn müraciətlərimdə açıqlayacağam!

Cənab Prezident, “Fizika” ixtisası üzrə müxbir üzv kimi Səlimə Mehdiyeva təyin olunub. Səlimə Mehdiyeva 15 namizəd arasında “Thomson Reuters” görə ən az istinad yığan 7-liyin içərisindədir (cəmi 37 istinad) . Bəs sual olunur niyə bu təyinat baş tutdu? Cavab əlbəttə onun N-klanın üzvü olması ilə izah oluna bilər. 15 namizədin icərisində cəmi iki belə elmi işçi var idi ki, onun 1-i təyin olundu.

Digər səbəb kimi onun bir övladına bu yaxınlarda sizin tərəfindən yüksək vəvifə verilməsi ola bilər. Yəni bu adamların lap yuxarılara birbaşa çıxışı var.

Bəzən eşidirsən ki, “fizika” üzrə gec-tez bir qadın da seçilməli idi. Amma mənə elə gəlir ki, elə seçimi elə 2014-də başqa qadın elmi işçilərin arasından  etmək  daha ədalətli olardı! Bir də ki, dəqiq elmlərin öz özəllikləri var. Bu siyasət deyil ki, deyək ki, milli azlıqlara parlamentdə yer verəsən. 77 yaşlı qadın elmə  indiyə qədər nə gətirdi ki, nə də indən belə gətirsin? Bəzən kimsə qabardır ki, o, 10-11 namizəd hazırlayıb. Birincisi müxbir üzvlükdə belə bir tələb yoxdur, ikincisi bəs o namizədlərin istinadları hanı? Yəqin ki, Səlimə Mehdiyevanın istinadları elə o kardların gətirdiyi istinadları da özündə ehtiva edir! Bir də ki, beynəlxalq qiymətləndirmələrdə kard hazırlığı müddəası yoxdur! Bu sovet reliktidir, sadəcə ondan sui-istifadə edilir bəzi sui-istifadəçılər tərəfindən.Yəqin ki, adambaşına düşən elmlər namizədlərinin sayına görə Azərbaycan dünyada ən yuxarı pillələrdə durur! Ölkəyə yuksək ixtisaslı kadrlar lazımdır, kadr hazırlığı naminə kadrlar yox.

Cənab Prezident, bu müraciətımdə yalnız “fizika” üzrə təyinatlara toxundum. Düşünürəm ki, bir məqamı da xüsusi ilə qeyd etmək lazımdır. Fizika-Riyaziyyat-Texnika elmləri bölməsində olan 11 təyinatdan 6-sı iki tanınmış N- və E-klanlarının üzvüdür. Bu təyinatlar ölkədə ayrı-seçkiliyin, regionçuluğun körüklənməsinə yönəlib. Ən facıəvisi odur ki, bu təyinatları edənlər düşünür ki, elə belə də olmalıdır, başqa cür ola bilməz! 

AMEA-da Akif Əlizadənin prezidentliyi dövründə həm 2014, həm də 2017 seçkilərində digər bəzi bir anormal hadisələrin də əsası qoyuldu:artıq demək olar ki, bütün İnstitut direktorları, bir çox hallarda isə direktor müavinləri AMEA-ya üzv təyin olundular. Özü də bu insanların demək olar ki hamısı  əvvəlcə direktor,direktor müavini təyin olunur, 1-2 il sonra isə AMEA üzvü! Administrativ vəzifələr AMEA-ya üzvlük üçün tramplin kimi istifadə edilir.Bu da Akif Əlizadənin elmə gətirdiyi əsas innovativ təşəbbuslərdən biridir. 

AMEA Prezidenti mifik seçki şəffaflığından danışır. Amma oxunaqlı saytlardan birində Nazim Məmmədovun artıq öz təyinatını seçki günündən  bir həftə qabaq bayram etməsi ilə bağlı yazı getmişdi. Şadyanlıq öz yerinə, deməli kimsə əvvəlcədən tərtib olunan təyinatlıların bəzilərini mətbuata sızdırmışdı.  Çox güman ki, bu sızdrmanı həqiqi üzvlüyə seçilməyən N-klanın üzvləri təşkil etmışdı.AMEA-da hamı bilir ki, bütün əsas yerlərə kimlərin təyin olunacağı hələ 10 gün əvvəl bəlli idi. Digər tərəfdən fikir verin, müxbir üzvlükdə bütün ixtisasların hər birinə bir yer (cəmi 20 yer) ayrılmışdı. Bu bazarlıq üçün manevr imkanlarına dəlalət edir! Yekunda isə 25 nəfər müxbir üzv təyin olundu.  Halbuki bu rəqəm 35 də ola bilərdi və AMEA üzvlərinin sayı qeyri-rəsmi müəyyən olunmuş 200 nəfəri yen keçməyə bilərdi. Bu təyinatlardan sonra AMEA üzvlərinin sayı 190 oldu. “Fizika” ixtisasına aid olan yerlər isə “Kompüter” və “İnformatika” ixtisaslarına peşkəş olundu. 

Cənab Prezident!
Sadaladığım faktlar bir daha göstərir ki, AMEA-ya seçkilər olmayıb, təyinatlar baş verib, ona görə də bu “seçkilər” in nəticələri ləğv olunmalıdır. Razıyam ki, seçkilərin nəticələri bundan da pis ola bilər, çünki əksəriyyəti elmə həddindən cüzi istinad gətirən N- və E-klanlarının üzvləri 2/3 prinsipi ilə istəlilən həqiqi elm adamını bloklaya bilər. Bu situasiyada edilən təyinatlar ədalətli olmalıdır, status-kvonun dəyışdirilməsinə yönəldılməlıdır. 

İndiki təyinatlar son onilliklər olanlar kimi elmin inkişafına yox, onun inkişafının qarşısının alınmasına yönəlib. Elmə cüzi istinad gətirənlərin kvazi fəalyyətinin stimullaşdırılması məgər elmin inkişafına dəstəkdir? Məgər AMEA DSMF-dirmi? Regionçuluğu qəsdən körükləmək məgər elmə dəstəkdir, vətəndaş birliyinə zərbə deyilmi? 

Cənab Prezident!
Bildiyim qədər AMEA-ya seçkilərdə yenə Konstitusiyanın pozulması baş verib. İkili vətəndaşlığı olan bir nəfər tibb ixtisası üzrə həqiqi üzv təyin olunub. Təxmini hesablamalarıma görə hal-hazırda AMEA üzvü olan 190 nəfərdən 10-dan yuxarısının ikili vətəndaşlığı var. Sizdən xahiş edirəm ki, Konstitusiyanın qarantı kimi bu məsələni öz nəzarətinizə götürəsiniz!

Cənab Prezident!
Fatma Abdullazadə və Akif Əlizadə AMEA-da əhəmiyyətli reformalar aparmağa qadır deyillər və dərhal istefaya getməlidirlər və ya istefaya göndərilməlidirlər! Necə olur ki, Fatma Abdullazadənin az qala 25 illik elmə (hələ səhiyyəni, təhsili, AAK-ı və sair demirəm) kuratorluğu dövründə biz bir ölkə olaraq Ermənistana bir pillə belə yaxınlaşmamışıq, geriləməyimiz ildən ilə sürətlənir! Bu adamı dayandırmağın vaxtı deyilmi?!

Sizə müracıət edirəm ki, yeni əlavə seçkilərın keçirilməsi ilə bağlı müvafiq qurumlara göstərişlərinizi verəsiniz! AMEA üzvlərinin indiki sayı göstərir ki, hələ 10 vakant yer var. Onsuz da artıq 3 dəfə elan verilib!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]