Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Bu gün bizə davranış tərzini düşük, bayağı insanlar təlqin edir"

Bölmə :
Müsahibə
Yayım tarixi :
4/5/2017 [12:36]
Baxılıb :
622 dəfə
Qulu Məhərrəmli: “Ziyalı sözünə tələbat olan zaman ziyalı özünü inamlı hiss edir”

Professor Qulu Məhərrəmli ilə bayağı və yüngül əxlaq sahibi olan müğənnilərin efirlərdən Azərbaycan cəmiyyətinə mədəniyyət dərsi keçməsi, müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməsi, telekanalların və saytların bu cür “sənət adamlarına” meydan verməsi, elektron medianın İP qazanmaq üçün bəzi müğənnilərin yataq səhnələrini dərc etməsi, cəmiyyətin buna təpkisi, bunun qarşısının alınması istiqamətində görülməli olan işlər, müğənnilərin aparıcılıq edib, efiri bazara çevirmələri, kriminal hadisələrə və yazılara olan marağın artma səbəbləri, mətbuatda intihar xəbərlərinin dərc olunması, ölkədəki ziyalı qıtlığı, ziyalılarla gənclər arasındakı uçurum və s. məsələlər ətrafında maraqlı söhbət apardıq.

Bizimyol.info professor Qulu Məhərrəmlinin Sherg.az-a müsahibəsini təqdim edir.

– Son zamanlar bəzi xanım müğənnilərin öz “aşiqləri” ilə çılpaq fotoları sayt manşetlərini bürüyür. Demək olar ki, bu vəziyyət davamlı hal alıb. Əlbəttə, belə fotolar cəmiyyətə yalnız neqativ nəsnələr vəd edə bilər. Aidiyyəti orqanlar bu cür əxlaqsız şəkilləri yayılan “sənət adamlarına” niyə “dur” demir?

– “Cəhənnəmə gedən həmişə özünə yoldaş axtarır”. Burada problem Azərbaycandakı mövcud mənəvi situasiya və şəraitdədir. Ölkəmizdə əxlaqsız və tərbiyəsi lazımi səviyyədə olmayan adamlar Azərbaycan mənəvi mühitini işğal etməkdədir. Yəni bu gün bizə davranış tərzini az qala belə düşük, bayağı insanlar təlqin edir.

– Onlara bu meydanı yaradan kimlərdir?

– Təbii ki, birinci növbədə televiziya və saytlardır. Bəzən media bilərəkdən və ya bilməyərəkdən bu “dəbi” yayır. Ona görə də, hazırda bu cür mənasız adamlar haqqında danışırıq və sizin də, mənim də vaxtım gedir. Problem nədədir? Problem yeni formalaşan nəsildə və hələ özünü tutmamış şüurlardadır. Bəzi müğənnilərin bu cür arzuolunmaz davranışları insanların beyinlərinə hopur. Və onlar belə davranışları təkrarlamağa çalışırlar. Əlbəttə, belə halları pisləyirəm.

– Millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində “müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım” iddiası və ya təklifi ilə çıxış edib. Deputatın fikirlərini bölüşürsünüzmü, parlament üzvü haqlıdırmı?

– Millət vəkilinin dediyi odur ki, mənəvi ölçülər pozulur. Düzdü, ad, təxəllüs seçməkdə heç kimə məhdudiyyət qoymaq olmur. Bir meyxanaçı öz kəndinin, digəri isə rayonunun adını götürür. Düşüncəmə görə, bu cür ad seçimində də bir reklam var. Məsələn, necə ki, bir kafenin adını Qazax qoyuruq ki, ora qazaxlılar gəlsin. Burada şüuraltı bir biznes istəyi var.

– Bunun qarşısını kim və necə ala bilər?

– Yalnız və yalnız güclü cəmiyyət. Nə televiziya, nə Mədəniyyət Nazirliyi, nə də MTRŞ bunu dayandıra bilər. Bunlar ayrı-ayrılıqda heç nə edən deyil. Hansısa bayağı ad çıxarmış bir müğənni, özünə sənətçi deyən kimsə, cəmiyyətdən təpki görsə, çəkinəcək. Təpki görməyəndə daha da ürəklənir. Bəzən isə əksinə belə davranışlar stimullaşdırılır. Bu da nəticə etibarilə ictimai əxlaqı zədələyir. Ona görə, belə hallara qarşı cəmiyyətin təpkisi olmalıdır. Bu, mücərrəd forma deyil. Təbii ki, onların “əl-ayağı kəsilməlidir”. Belə adamlar efirdən, ictimai mühitdən təcrid olunmalıdırlar. Normal cəmiyyətlərdə əxlaqsızlığı təbliğ edənlər həmişə alt qatda, zirzəmidə olur. Bizdə isə bunlar yuxarı başa keçir. Mənəvi ölçüləri pozulmuş bir cəmiyyətdə ancaq belələri münbit şəraitə düşür və bu cür yayılırlar. Mövcud vəziyyətə də Fazil Mustafa kimi az qisim adamlar etiraz edir. Amma yenə də deyirəm ki, kütləvi əxlaqsızlıq və ölçü pozğunluğunun yayılmasında medianın rolu çox genişdir.

– Məsələn, bir nümunə deyə bilərsinizmi?

– Biri görəndə ki, meyxanaçının həyatı ilə bağlı televiziyada bir saatlıq veriliş gedir. Həmin meyxanaçının oxuduğu məktəbi göstərirlər. Müəllimi danışır ki, o, yaxşı oxuyurdu və s. Həmin məktəbliyə elə gəlir ki, elə meyxanaçı olmaq lazımdır. Amma alim, tədqiqatçı, millətə xeyir vermiş dəyərli insanlar, Azərbaycan klassikləri haqqında veriliş yoxdur. Təbliğat yoxdur. Bu mənada yetişməmiş, formalaşmamış şou-biznes mühiti belə əxlaqsızlıqları cəmiyyətə sızdırır. Cəmiyyət də bu şəkildə öz mənəvi iflasına doğru gedir. Bax, vəziyyət belədir.

– Telekanallarımızdakı verilişlərə diqqət etsək görərik ki, hər 3 aparıcıdan 2-si müğənnidir. Onlar da efirdə bazar açırlar. Bu halı necə dəyərləndirirsiniz?

– Müğənninin aparıcılıq etməsinə məhdudiyyət qoyula bilməz. Söhbət səviyyəli aparıcıdan gedir. Cəmiyyətdə heç bir ciddi uğuru ilə tanınmayan, müştərisi çox olan müğənnini aparıcı etmək o telekanalın özünün problemli olduğunu göstərir. Düzdü, bu hal əvvəl də mövcud idi. Məsələn, Mübariz Tağıyev, Faiq Ağayev və Brilliant Dadaşova yaxşı veriliş aparırdılar. Amma indi səviyyə çox aşağı düşüb. Müğənnilərin əksəriyyəti kitab üzü görmür, oxumur. Dünya görüşləri bəsitdir. Nitqləri qüsurludur. Azərbaycan dilini yaxşı bilmirlər. Azərbaycan mədəniyyəti və mənəviyyatına bələd deyillər. Televiziya işçilərinin bir çoxu da elə o gündədir. Rəhbərlərindən tutmuş işçilərinə qədər elədir. Azərbaycan mədəniyyətinə bağlı insanlar deyillər. Bu davranışın yaratdığı qorxu dalğası genişlənməkdədir. Cəmiyyətin isə buna qarşı durmağa gücü yoxdur. Bu, yavaş-yavaş bir siyasətə çevrilir. Bax, problem bundadır.

– Bəzən tarixi araşdırma xarakterli yazılarımız olur. Bu yazıların nə qədər təbliğatını aparsaq da, anonsunu versək də, yazı istənilən səviyyədə oxunmur. Amma kriminal aləmin “əfsanələri”nin adları keçən bir yazı qoyan kimi, həmin yazının oxunma sayı gözləniləndən də çox olur. Cəmiyyətdə kriminala meyl nədən yaranır?

– Bunun səbəbi insan qavrayışı və insan psixologiyası ilə bağlıdır. İnsanlar həmişə normadan yayınmalara meyilli olur. O cür xəbərləri gözləyir. Yəni bu, psixikası pozulmuş cəmiyyətdir. Onlar yüngül , bəsit kriminal, didişmə, deyişmə və çarpışma xarakterli xəbərləri oxumağa meyillidir. Onun üçün dəyər o araşdırma, tarix və tarixi şəxsiyyətlər deyil. Onun zövqünü artıq normadan çıxan tullantı xəbərləri formalaşdırıb. Bu, indi və dünən başlamayıb. Təxminən 15-20 ildir ki, Azərbaycan oxucusu, auditoriyası buna hazırlanır və indi də bu cəmiyyət onu hazırlayanlarındır. Baxın, feysbukda ciddi bir yazı qoyursan, heç kim onu oxumur. Amma bir gül şəklinə yüz və min adam reaksiya verir. Bu, düşüncəni, zövqü və mənəvi seçimi göstərir. Bunu reallıq kimi qəbul etməliyik.

– Qətl hadisələrinin də sayında ciddi artım müşahidə olunur…

– Kriminal xəbərlər neytral xəbərlərdir. Media ictimai-siyasi həyata aid xəbərləri və araşdırmaları verə bilmir. Polis xəbəri verir, media da yayır. Kriminal hadisələr həmişə olub. Amma bunların artması anormaldır.

– Hazırda media intihar xəbərlərinə də çox yer verir. Bununla bağlı isə birmənalı münasibət yoxdur. Kimi deyir medianın işi xəbər verməkdir və bu cür xəbərləri verməlidir. Kimi isə inkar edir. Siz necə düşünürsünüz?

– Adamlar elə bil ki, bəhsə giriblər. İntiharla bağlı xəbərlərin çox yayılması yaxşı deyil. Çünki onları belə bəh-bəhlə yayanda, o gözə daha çox çarpır. Bunlar xronikada da önəmli yer tutur. Başqa xəbərlər olmadığına görə, belə kriminal xəbərlər çox yayılır. Bəzən belə xəbərlər elə bir mənzərə yaradır ki, Azərbaycanda kriminaldan başqa heç nə baş vermir. Bunu düşünmək lazımdır. Bizdə xəbər siyasəti tamamən çöküb. Yəni ciddi saytlar, qəzetlər də bu cür xəbərləri verməyə başlayıblar. Medianın mətbəxini bilən adam kimi, mən bunun səbəbini izah etdim ki, başqa xəbərləri almaq və yaymaq çətinləşib. Ona görə də media belə xəbərlərə meyillidir.

– Xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı bizimlə söhbətində maraqlı bir məqama toxundu. Qeyd etdi ki, ziyalılarla gənclər arasında uçurum yaradılır. Sizdəmi belə düşünürsünüz?

– Bu, çox ciddi bir məqamdır. Hazırda gənclər feysbukda, virtual aləmdə gördüklərindən başqa heç nə görmürlər. Onlara elə gəlir ki, həyat, davranış, düşüncə, dünya görüş bundan ibarətdir. Halbuki yazıçılarla, qəhrəmanlarla, peşə adamları ilə görüşlərin olmağı çox vacibdir. Bu görüşlər bir çox suallara cavab verir. Həyat, ədəbiyyat, davranış, millət və dövlət haqqında, yəni kitablarda olmayan məsələlər haqqında mesajlar verilir. Bu da gənclərin şüuruna təsir edir. Sabir bəyin fikrinə tam qatılıram. Bu cür görüşlər olmalıdır. Çox nadir hallarda belə görüşlər olur. O da bəzən xırda məqsədlərə xidmət edir. Azərbaycanın indi də yaşayan, mənəvi yük daşıyan, ictimai rəyi ifadə edən insanları var. Ədəbiyyatda, sənətdə, elmdə çox qüdrətli insanlarımız var. Düzdü, sayları azdır, amma belə adamlar mövcuddur. Niyə o insanlar məktəblərə, xüsusən də universitetlərə dəvət olunmur? Buna çox ciddi diqqət yetirmək lazımdır. Sabir bəyin toxunduğu məsələ cəmiyyətin ən yaralı yerlərindən biridir. Sanki bu adamlar yoxdur. Baxın, nə vaxt və harada Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Rafiq Əliyevlə görüşlər keçirilib? Yoxdu belə görüşlər. Əslində isə belə görüşlər olmalıdır. Çünki ağıllı düşünən, kitab oxuyan adam, pisi yaxşıdan, ağı qaradan seçə bilir. Yəni onların dəyərləndirməsi obyektiv və dürüst olur. Onlar yollarını düz müəyyənləşdirirlər. Xalqı, milləti, dünyada gedən prosesləri dərk edirlər. Məlumatsız insan, gənc sükansız gəmi kimi bir şeydir. Yəni külək hara əsəcəksə, onlar da ora gedəcəklər. Bu məsələ ətrafında yaxşı düşünmək lazımdır.

– Qeyd etdiniz ki, ziyalılarımız azdır. Səbəb nədir?

– Ziyalılar, müstəqil fikir sahibləri ona görə azdır ki, bu cəmiyyətdə müstəqil və alternativ fikir süngü ilə qarşılanır. Halbuki normal və sağlam cəmiyyət ona görə möhkəm olur ki, orada müxtəlif fikirlərə rast gəlinir. Bizdə isə təəssüf ki, bəzi ziyalılar müxtəlif səbəblərdən açıq danışmaqdan çəkinirlər. Mövqelərini bildirmirlər. Bundan bəzən təhlükə gözləyirlər. Belə olanda təbii ki, o ziyalı mühiti və müstəqil düşüncənin arealı daralır. O fikri daşıyan insanlar da azalır. Bunun hamısı üçün elə bir şərait olmalıdır ki, ziyalılar oturub danışsın. Ziyalı sözünə tələbat olan zaman ziyalı özünü inamlı hiss edir. Ziyalının dediyi hər hansı bir fikir etiraz doğurursa, ona süni şəkildə maneələr yaradılırsa, həmin ziyalılar həm ruhdan düşür, həm də çəkinir və mövqe bildirməməyə çalışır. Hesab edirlər ki, ağrımaz başıma niyə dəsmal bağlayıram. Və beləliklə danışmırlar.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]