Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

700 bal toplayan Arzu: ""Wi-fi", televizor, telefonu bağlatdırmışdıq"

700 bal toplayan Arzu:
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
4/5/2017 [12:31]
Baxılıb :
77272 dəfə

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Bu il qəbul imtahanında yüksək nəticə göstərərək başqalarından fərqlənən abituriyentlərdən biri də Arzu Məmmədzadə Ramil qızıdır.

O, tam orta təhsilini Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyində alıb. Ailədə 5 nəfərdirlər: anası, atası, bacısı, qardaşı və özü. Anası evdar qadındır, atası isə Rusiyada işləyir. Yaşca böyük olan bacısı ötən il 675 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olub. Qardaşı isə 7-ci sinifdə oxuyur.

Arzu qəbul imtahanına son 2 ildə Ağcabədi rayonunda əlavə müəllimlərlə hazırlaşıb.

Milli.Az lent.az-ın Arzu ilə olan müsahibəni təqdim edir:

- Məktəbdə də bütün dərsləri yaxşı oxumağa çalışırdım. İstəyirdim ki, qiymətlərim 5 olsun. Amma son iki il ərzində daha çox II qrup üzrə fənlərə üstünlük verməyə çalışdım.  

Arzusu xaricdə təhsil alıb, orda yaşamaqdır:

- Uşaqlıqdan xarici ölkədə oxumaq, orda yaşamağı arzulayıram. Ən çox da İsveçrə, İspaniyanı sevirəm. Düşündüm ki,  II qrup üzrə ixtisasları seçsəm bu arzumu gerçəkləşdirmək şansım çox olar.

Amma xaricə getmək imkanım olmasa, Azərbaycan universitetlərindən seçməli olsam, o zaman UNEC ya da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim edərəm.

Qalibimiz səfir işləmək istəyir.

- Hələ ki hansı ixtisası seçəcəyimə dəqiq qərar verməmişəm. Amma uşaq vaxtı ən böyük arzum olub ki, Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olum və səfir kimi işləyim. Yəqin ki, müəllimlərimin məsləhəti ilə düzgün qərar verə biləcəm.

700 bal toplayacağını gözləyirmiş

- Kursların təşkil etdiyi sınaqlarda həmişə iştirak edirdim. Nəticələrdən də görünürdü ki, yüksək bal yığacağam.  İndiyə qədər 700 bal yığmasam da 650 ya ondan bir az yuxarı bal toplayırdım. Ona görə düşünməmişdim ki, birdən aşağı nəticə yığsam, hansı ixtisası seçərəm.  Sınaqlarda, məktəbdə müəllimlərimdən öyrəndiklərimin mənə  çox faydası oldu. İmtahanda suallar o qədər çətin deyildi. Kursda o tip suallar o qədər işləmişdik ki, elə bilirdim, kursda oturub test edirəm.

İmtahana gedəndə həyəcanlanacağımı düşündüm. Amma keçən il bacım imtahanında heç həyəcanlanmadı deyə, mən də özümə söz verdim ki, onun kimi olmalıyam.  

Arzu deyir ki, yüksək bal toplamaq üçün çox məqsədli olub və vaxtını ancaq dərs oxumaqla keçirirmiş.

- Bu son iki il ərzində evdəki wi-fi, televizor, telefon,  kompüter bunların hamısından uzaq olmağa çalışdım. Hamısını bağlatdırmışdıq. Rayon yerində yaşayırıq  deyə rəfiqələrlə çıxıb gəzmək kimi imkanlar da olmur. Yəni bizim rayonda elə şeylər yoxdur. Həm də dərsimi atıb elə şeylərlə məşğul olmazdım. Məqsədim və xəyalım idi ki, 700 bal toplayım.

İkinci qrup üzrə hazırlaşmağıma baxmayaraq daha çox tarix oxuyurdum.  Elə gün olurdu, qarşıma məqsəd qoyurdum ki, bu gün 2700 ədəd test edəcəyəm ya səhərdən axşama kimi dərs oxuyacağam və edirdim də.

Valideynlərim də hər zaman bizə dəstək olublar. Yorğun olanda deyirdilər ki, bəsdir bu qədər oxumağın. Yorğunsan, dincəl bir az. Həmişə yanımızda olublar.

Arzunun tələbə olmaq istəyənlərə məsləhəti də var.

- Məsləhətim odur ki, telefondan, sosial şəbəkələrdən, əyləncələrdən uzaq dursunlar. Bunlar həmişə var. Tələbə olanda da, tətil zamanı da bunları edə bilərlər. Əsas odur ki, hazırlıq  ərəfəsində sırf dərslərlə məşğul olsunlar.

İnşallah bütün çalışqan abituriyentlər öz əziyyətinin bəhrəsini görərlər. Bu dəfə alınmasa da iyulda keçiriləcək ikinci imtahanda iştirak edib uğur qazanarlar.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]