Türkiyənin Adana şəhərinin Seyhan rayonunda bir binanın qarşısında 6 cəsəd tapılıb.
Musavat.com-un məlumatına görə, ölənlərdən 3-nün qadın olduğu bildirilib.
Məlumata görə, hadisəni qohumları ilə birlikdə elçiliyə gedən oğlan törədib. Hanım Kaya ad-soyadlı qızı istəməyə gedən Denizhan Dener iki tərəfin qızğın mübahisə etdiyini görərək silaha əl atıb və öz qohumlarının hamısını güllələyib.