Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Əsl günahkarların cəzalandırılmasına çox az qalıb”

“Əsl günahkarların cəzalandırılmasına çox az qalıb”
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
3/5/2017 [23:30]
Baxılıb :
593 dəfə
“Rabitə işi”ndə sabiq aparat rəhbəri Vidadi Zeynalov ifadəsində ilginc məqamları açıqladı 
Sabiq aparat rəhbəri: “Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir?”

Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxslərdən Namazalı Məmmədov, Emin Məmmədov və Səhrab Hümbətova qarşı mülki iddianı geri götürürlər. O bildirib ki, bu, həmin şəxslərin dəymiş zərəri ödəmələri ilə bağlıdır. 

Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, istintaq dövründə mənimsənilən məbləğ 153 milyon göstərilib və istintaq dövründə bəzi şəxslərə dəymiş zərər ödətdirilib. “Bəlkə məhkəmə istintaqı başqa qərara gələcəkdi? Biz tələb edirik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sorğu göndərilsin və ödənilən məbləğ dəqiqləşdirilsin. Çünki ödənilən məbləğ iş materiallarında yoxdur" - deyə vəkil vəsatətində qeyd edib.  

E.Süleymanlının digər vəsatətləri ekspertlərin, əlavə şahidlərin, mütəxəssislərin dindirilməsi ilə bağlı da olub. O, cinayət işində olan ekspert rəylərinin araşdırılmasını, dəymiş ziyanın məhkəmə tərəfindən hesablanıb, konkret rəqəm göstərməsini istəyib.

Zərəri ödəyən təqsirləndirilən şəxslərin vəkilləri isə bu vəsatətlərə etiraz edərək bildiriblər ki, dəymiş zərərin ödənilməsi ilə bağlı istintaq materiallarında məlumat var. 

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov isə deyib ki, mülki iddia konkret göstərilmir: "Mülki iddiaçı belə konkret məbləği müdafiə edə bilmir. Ekspertiza təyin edilsin, dəqiq məbləğ müəyyənləşsin. Vidadi Zeynalovun yaxınlarının da dəymiş zərərin ödənilməsi ilə bağlı təşəbbüsü var".

Vəsatətlərə münasibət bildirən Vidadi Zeynalov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərməyə ehtiyac görmədiyini deyib. "Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib".
O, digər vəsatətlərin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. 

“Rəhbərliyin göstərişlərini yerinə yetirmişəm, amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər”

Günün ikinci yarısında davam edən prosesdə Vidadi Zeynalov ifadə verib. Sağlıq durumunun yaxşı olmadığını söyləyən aparat rəhbəri qeyd edib ki, çıxışı 50 səhifədən ibarətdir: “Ola bilsin, çıxışımı tam oxuya bilmədim”.

Vidadi Zeynalov deyib ki, məhkəmə istintaqı dövründə vəkillərinin vəsatətləri təmin edilməyib: “Maliyyə Nazirliyin işçiləri dindirilmədi, ekspertlərə suallar verilmədi, çoxsaylı vəsatətlərimiz rədd edildi”.

O, ifadə verməyi düşünmədiyini, ifadə verənlərin dediklərindən heç bir cinayət əməli törətmədiyinin üzə çıxdığını bildirib. Təqsirləndirilən vurğulayıb ki, ilkin ifadəsində də göstərdiyi kimi, rəhbərliyin göstərişlərini yerinə yetirib. “Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər. İfadə verirəm ki, qorxduğumu düşünməsinlər. Çox insan çıxışımı səbirsizliklə gözləyirdi. Deyəcəklərim çoxdur, lakin özümü yormaq istəmirəm. Səbəbkar vicdan əzabı çəkəcək. İstəmirəm, kiməsə problem yaransın. İttihamın yazdığı rəqəmlərlə razı deyiləm. Məhkəmədə bir az ədalət olsa, “1+1 = 2” yazılar. Əgər etməyəcəksə, sağ olsunlar. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsaxanda olan digər şəxslər də bu günü gözləyir”.

“Xalqımdan və prezidentdən üzr istəyirəm”

O bildirib ki, bank, maliyyə, xəzinə ilə bağlı qanunların hazırlanmasında iştirak edib. “Evlərimi satıb İqtisad Universitetini təmir etdirmişəm. Beş dərs vəsaiti yazmışam. Xarici jurnallarda məqalələrim dərc olunub. Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Günahım odur ki, əlavə tapşırıq veriləndə qəbul eləmişəm. Buna görə övladlarımın gələcəyinə ləkə gətirdim. Buna görə, xalqımdan və prezidentdən üzr istəyirəm. Allah günahımdan keçsin”. 

V.Zeynalov deyib ki, dəymiş ziyanı hələ ystintaq dövründə ödəmək istəsə də, imkan verməyiblər. “İstintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi. Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir? Vaxtilə mənə və qardaşıma ölkədən köçməyimiz məsləhət görülmüşdü. Dedilər ki, burada biz ancaq çoban ya balıqçı ola bilərik, getməsək, peşman olacağıq. Əhəmiyyət vermədik. Günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb, dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Buna da razı deyillərsə, desinlər, müştəri axtarmayaq”.

“Bu qədər “ağ”a “qara” yazmaq Allahsızlıqdır”

Sabiq aparat rəhbəri bildirib ki, həmin dövrdə hesablamalar dollarla olduğu halda ittiham aktında manatla yazılaraq qiymətlər 25 faizə qədər şişirdilib. “Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Maliyyə Nazirliyi iki şey bilir - yoxlama və hesab çıxarmaq. Bu qədər “ağ”a “qara” yazmaq Allahsızlıqdır. İttiham aktını oxuyanda səhvləri yox, düzü axtarmağa məcbur olmuşdum. Bunlar baş vermiş hadisəyə istintaq orqanın münasibətini göstərir".

Vidadi Zeynalov çıxışında səhhətinin yaxşı olmadığını, ifadəsinin yarımçıq saxlanılmasını istəyib. O bildirib ki, vəziyyəti yaxşı deyil: “Artıq yaxın məsafədən sizi görə bilmirəm. Bədənim əsir”.
Hakim mayın 10-dək fasilə elan edib. 

Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib. 
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Rəşad VAQİFOĞLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]