Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Pomidordan başqa hər şey haqqında razılığa gəldik»

«Pomidordan başqa hər şey haqqında razılığa gəldik»
Bölmə :
Siyasət
Yayım tarixi :
3/5/2017 [23:28]
Baxılıb :
818 dəfə
Putin və Ərdoğan görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunub 
Politoloq Elxan Şahinoğlu isə Moskva görüşündən sonra ikitərəfli münasibətlərdə irəliləyişlərin olmadığını deyir  

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə bir araya gəlib. Dünyada maraqlı izlənilən bu görüşdən əvvəl verilən məlumata görə liderlər hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.       Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala  cavabı belə olub: “Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”. 
Rusiya və Türkiyə prezidentlərinin görüşündə isə maraqlı anlar yaşanıb. RİA Novosti xəbər verir ki, liderlər Rusiya prezidentinin «Boçarev ruçey” iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.

Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. 

Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və türk liderə xitabən belə deyib: "Səninkilər işləmək istəmirlər”.

Görüşdən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçiriblər.
Prezident Putin bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası prosesi tam miqyasda başa çatıb. Görüşdə Suriyada vəziyyətin nizama salınması, atəşkəsə nail olunması və bu ölkədə təhlükəsizlik zonasının təmin edilməsi məsələləri müzakirə edilib. Rusiya Türkiyənin enerji ehtiyacının təmin olunmasında yaxından iştirak edir. “Türk axını” və “Akkuyu” AES-in tikintisinin davam etdirilməsi, terrorizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi, ticarət-investisiya sahəsində məhdudiyyətlərin aradan qaldırılması məsələləri də müzakirə olunub.

Rusiya Prezidenti deyib ki, bu ilin əvvəlindən iki ölkə arasında əmtəə dövriyyəsində 3 faiz artım qeydə alınıb. 2019-cu ildə Rusiya və Türkiyə arasında qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsi nəzərdə tutulub.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə regional məsələlərin, ilk növbədə Suriyada vəziyyətin müzakirə olunduğunu bildirib. Türkiyə lideri deyib ki, bəzi qüvvələr Suriyada münaqişənin nizama salınması prosesinə maneələr yaradırlar. Astana danışıqları Suriyada qan axıdılmasının dayandırılmasına və sülhün bərqərar olmasına kömək edəcək. Terrorçu qruplaşmalar arasında fərqin olmadığını, bu qruplaşmaların vampir kimi insanların qanını içdiyini deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə öz sərhədləri yaxınlığında hər hansı qurumun yaradılmasına imkan verməyəcək. Türkiyə Prezidenti dünyada terror dalğasının qarşısının alınmasında səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin rusiyalı həmkarını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə keçiriləcək sammitinə dəvət edib.

Türkiyədən pomidor idxalına qoyulan qadağanın aradan qaldırılması barədə suala cavab verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında məlum gərginlikdən sonra Rusiya sahibkarları banklardan kreditlər götürərək bu sahəni inkişaf etdirməyə başlayıblar. O qeyd edib ki, Türkiyə pomidorları dadlı və ucuzdur, lakin Rusiya sahibkarlarının da bu sahəni inkişaf etdirməsinə imkan yaradılmalıdır. Türkiyədən pomidor idxalına olan qadağa bir müddətdən sonra aradan qaldırılacaq.

Türkiyə prezidenti isə bu suala belə cavab verib: “Pomidor ixracından başqa bütün məsələlər barədə razılığa gəlmişik”.

Türkiyə ilə viza rejiminin aradan qaldırılması barədə suala cavabında Vladimir Putin bildirib ki, rəsmi Moskva Rusiyaya işlə bağlı tez-tez gələn türkiyəlilər üçün xüsusi rejim tətbiq etməyə hazırdır.
Ərdoğan jurnalistlərin suallarına cavab olaraq deyib ki, Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək. Dövlət başçısı qeyd edib: "Bu gün biz iqtisadi, ticari və digər məsələləri müzakirə etdik, iqtisadi sahədə birgə qərar və addımlarımıza yenidən baxdıq".
R.T.Ərdoğan deyib ki, "Türk axını" və "Akkuyu" AES layihələri də davam etdiriləcək. O, əlavə edib ki, Türkiyə və Rusiya terrorizmlə birgə mübarizə aparacaq.

Politoloq Elxan Şahinoğlu görüşü şərh edərkən bildirib ki, görüş onun üçün tam aydın olmadı. «Prezidentlər bir ay əvvəl Moskvada görüşmüşdülər və münasibətlərin bütün parametrlərini müzakirə etmişdilər. Düşünmək olardı ki, Putin Ərdoğanı Soçiyə ona görə dəvət edib ki, hansısa problemli məsələnin həllində nəsə təklifi var, irəriləyiş gözlənilir. Ancaq bu görüşdən sonra bəlli oldu ki, Moskva Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına, o cümlədən haqqında daha çox danışılan pomidora qoyduğu embarqonu ortadan qaldırmaq fikrində deyil. Putin bunun səbəbini belə izah etdi ki, iki ölkə arasında münasibətlər gərginləşəndə Rusiya hökuməti yerli pomidor istehsalçılarına dövlət kreditləri verib və onlar bazarı doldurmalıdırlar. Yəni Putin demək istəyirdi ki, Türkiyə pomidorunu Rusiya bazarına buraxsalar, Rusiya pomidorlarını alan olmayacaq. Türkiyənin Rusiyadan taxıl alıb-almayacağı da bəlli olmadı.

Putinin Ərdoğanın Suriyadakı silahlı kürdlərə dəstək verib-verməyəcəyi haqqında həssasiyyətini nəzərə alıb-almayacağı da bu görüşdən sonra bəlli olmadı. İki ökə arasındakı enerji layihələri tam gücüylə davam edir. Ancaq bu Putin-Ərdoğan görüşündən öncə də məlum idi. Bizə aid olan isə odur ki, Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında xüsusi fikir mübadiləsi aparmadılar. Bu gözlənilən idi. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya-Türkiyə dialoqunun əsas mövzularından biri deyil»-deyə poitoloq vurğulayıb.

Elmar

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]