Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Nazirliyin nümayəndəsi əlavə sübutlar təqdim etmədi

Nazirliyin nümayəndəsi əlavə sübutlar təqdim etmədi
Bölmə :
Reportaj
Yayım tarixi :
3/5/2017 [23:27]
Baxılıb :
606 dəfə
Saytların bloklanması ilə bağlı məhkəmə davam etdirilib
Müdafiəçilərin vəsatətləri təmin edilmədi, növbəti prosesdə çıxışlar olacaq 

Mayın 3-də Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) bir neçə saytın Azərbaycan ərazisində bloklanması ilə bağlı ərizəsinə əsasən, məhkəmə prosesi keçirilib. ETM azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com və meydan.tv saytlarının, o cümlədən "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib. Prokurorluq nazirliyə sözügedən saytlarla bağlı tədbir görülməsi barədə müraciət edib və saytlarda yayımlanan yazılar da əlavə olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də saytların blokladıqdan rəsmiləşməsi üçün məhkəməyə müraciət edib.

Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən iclasda “Azadlıq” radiosunu vəkil Adil İsmayılov, "Azadlıq" qəzetinin azadliq.info saytını Səməd Rəhimli və Cavad Cavadov, Meydan.tv-ni isə Elçin Sadıqova təmsil edir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi isə Bəxtiyar Məmmədlidir. 
Ötən iclasda əlavə sübutlarını təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi üçün vaxt verilsə də, nazirlik yeni heç bir sübut təqdim etməyib. Həmçinin iddia tələbi ilə bağlı da hər hansı bir dəqiqləşdirmə aparılmayıb. Belə ki, nazirliyin sübut qismində Zakir Qaralovun imzası ilə daxil olan məktubu və prokurorluğun həmin saytlardan çıxarışlarını təqdim edir. 

Hakim vəkillərin ötən iclasda yazılarla bağlı linqvistik ekspertiza keçirilməsi və prokurorluğun bu işdə tərəf kimi cəlb olunması barədə vəsatətlərinin təmin olunmadığını elan edib.

"Meydan TV"nin vəkili Elçin Sadıqov həmin vəsatətlərin müzakirə olunmadan təmin edilməməsi ilə bağlı hakimə etiraz edib. O bildirib ki, ötən məhkəmədə vəsatətlərə növbəti iclasda baxılacağı deyilsə də, sadəcə qərar elan edilib. 

“Azadlıq” radiosunun vəkili Adil İsmayılov bildirib ki, NRYTN məhkəməyə bloklanması tələb olunan saytlarda yayımlandığı iddia olunan yazıların ancaq başlığını təqdim etməklə kifayətlənib. O vurğulayıb ki, «Azadlıq» radiosunun saytında yayımlanan və "dövlətçiliyə, cəmiyyətin maraqlarına təhdid" kimi dəyərləndirilən məqalələrdən biri də "İki gündə dörd nəfərin intihar etdiyi bildirilir" sərlövhəsi ilə yayılmış materialdır. “Həmin yazı APA və "Report" informasiya agentliklərində yayılmış xəbərlər əsasında hazırlanıb. Həmin yazılarla bağlı APA və Report informasiya agentliklərinə xəbərdarlıq edilibmi?”

Nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədov onlara xəbərdarlıq edilmədiyini deyib. 
Adil İsmayılov «Azadllq» radiosunda yayımlanan və bloklanmaya əsas kimi göstərilən yazıların heç birində qanun pozuntusuna yol verilmədiyini deyib. O qeyd edib ki, yazının başlığına əsasən kimisə ittiham eləmək düzgün deyil. 

Nazirliyin nümayəndəsi cavabında deyib ki, onlar kimisə ittiham eləmirlər, sadəcə, prokurorluğun müraciəti əsasında hərəkət edirlər. O qeyd edib ki, prokurorluğun müraciətində bu yazılarda ictimai sabitliyin pozulmasına, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlik hərəkətlər, çağırışlar olduğu göstərilib. Yazılardakı konkret hansı cümlələrin qanun pozuntusu olması ilə bağlı suala cavab olaraq B.Məmmədli bildirib ki, intihar hallarının səbəbi qabardılıb, ölkədə sosial gərginlik olduğu bildirilib. Ancaq o əlavə edib ki, intihar barədə yazmaq qadağan deyil. 
Vəkil Adil İsmayılov deyib ki, sübut kimi təqdim edilən bəzi yazılar xarici mediada dərc edilmiş şərhlərdir və bunu yaymağın qanun pozuntusu olub-olmadığını soruşub. Nümayəndə bunun da qanunsuz olmadığını bildirib. 

“Siz faktiki senzura tətbiq eləmək istəyirsiz. Demək istəyirsiniz ki, ancaq siz istədiyiniz xəbərləri, müəyyən çərçivədə verməlidirlər...” - vəkil A.İsmayılov bildirib.

Adil İsmayılov onu da bildirib ki, ərizəçi saytın bloklanması üçün məhkəməyə müraciət edərkən ərizəsində əsaslandırmalar qoymalı idi ki, ərizədə bunların heç biri yoxdur: "Ötən məhkəmədə hakim prosesi təxirə salanda da tövsiyə elədi ki, ərizənizi qaydaya salasız. Amma heç nə etmədiniz. Bu yazıların içərisində "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradan" bircə yazı da görmədim. 

Nazirliyin nümayəndəsi təkrarlayıb ki, prokurorluqdan daxil olan müraciətdə bu yazılarda deyilən halların olduğu qeyd edilib və onlar da bunu əsaslı hesab edirlər. O, təxirəsalınmaz qaydada bloklama qərarının da bu səbəbdən çıxarıldığını vurğulayıb. 

Adil İsmayılov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün heç bir araşdırma aparmadığını əsas gətirərək, prokurorluğun bu işə cəlb olunmasının zəruri olduğunu söyləyib. Hakim isə buna ehtiyac olmadığını, araşdırmaları yetərli hesab etdiyi üçün çıxışlar mərhələsinə keçildiyini bildirib. Proses mayın 12-də tərəflərin çıxışları ilə davam edəcək. 

Qeyd edək ki, saytların dövlət qurumu tərəfindən bloklanması ilə qanunvericiliyə yeni salınıb. Mart ayında Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”  qanuna bununla bağlı əlavə edilib. 

Belə ki, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Rəşad VAQİFOĞLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]