Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

««Facebook»da bir layka görə boşananlar var»

««Facebook»da bir layka görə boşananlar var»
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
3/5/2017 [23:23]
Baxılıb :
8616 dəfə
Ötən il Azərbaycanda 13 min ailə dağılıb, statistika üzü yuxarı gedir 
Mehriban Zeynalova: «Həm xəyanət, həm zorakılıq, eləcə də iqtisadi asılılıq mövcud olduqda qadın boşanmağa qərar verir»

Azərbaycanda boşanma halları ildən ilə artır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib ki,  2016-cı ildə qeydə alınan 66771 nikahadaxilolma halından ən çoxu Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb: “Müvafiq olaraq Bakıda 16 811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb”.

L.Kərimova qeyd edib ki, 13 114 boşanma halından ən çoxu Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb: “Müvafiq olaraq Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda 313 boşanma faktı qeydə alınıb”.

Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

Bəs ildən ilə artan boşanmaların səbəbi nədir? Nəyə görə Azərbaycan ailələri dağılır?
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizimyol.info-ya açıqlamasında bildirdi ki, boşanmanın səbəbi kimi cinsi uyumsuzluq məsələsi psixoloqlar və ziyalılar tərəfindən tez-tez səsləndirilir: “Mən etiraz etmirəm. Bu hal var. Lakin bir az regional və mədəni köklərə, bizim qadınların düşüncə tərzinə baxsaq görərik ki, cinsi uyğunsuzluq olduğu halda belə kişinin qadını bütün kənar amillərdən qorumaq və dəyər vermək bacarığı olduqda cinsi amil müzakirə predmenti olmur. Yəni, qadınlarımız üçün önəmli olan cinsi uyğunsuzluq yox, xoş münasibət və iqtisadi amildir. Qadın üçün əsas kişi öz ailəsinə baxsın, uşaqlarını yaxşı böyütsün. Zorakılıq və təhqirlərə yol verməsin”.

Ekspert deyir ki, qadınlar bəzi hallarda öz cinsi münasibətlərinin uyğunsuzluğunu anladıqda kişinin başqa qadınla görüşməsinə göz yumur ki, ailəsi dağılmasın, uşaqları atasız qalmasın: “Həm xəyanət, həm zorakılıq, eləcə də iqtisadi asılılıq mövcud olduqda qadın boşanmağa qərar verir. Mən məhkəmə çəkişmələrində cinsi uyğunsuzluğa görə boşanmaların statistikasını görməmişəm. Bu olsa, cinsi münasibətdə zorlanmalar və ya qeyri-ənənəvi münasibətlər zəminində ərizələrin olduğu aşkarlanar. Odur ki, məsələnin mahiyyətini tam bu aspektə yönəltmək, çoxluğun fikri olduğunu düşünməklə razı deyiləm. Hətta xəyanət etmiş qadın belə iqtisadi amilə görə əksər vaxt bu addımı atır. Cəmi 1 və ya 0.5 % əsl sevgisini tapdığı halda boşana bilir. İndiki halda seksual tərbiyədən söhbət açmaq çətindir. Odur ki, boş yerə bu təklifin verilməsi hələ zamanında olan məsələ deyil”.

Bəs boşanmaların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Hansı qanunların qəbuluna ehtiyac var?

M.Zeynalova deyir ki, yaxşı olar ki, ailə quran şəxslər arasında məsləhət saatları aparılsın: “Mən yenə də o fikirdə qalıram ki, nikaha girən şəxslərin bir ayı boş keçməməlidir. Həmin bir ay səmərəli istifadə edilməlidir. Bütün ailə münasibətləri ətraflı şəkildə müzakirə edilməlidir. Bu günə qədər reproduktiv sağlamlıq haqqında qanun və bir də yeni konsepsiya hazırlanıb. Onun Milli fəaliyyət planı da hazırdır. Ancaq nikaha girən şəxslərlə bağlı hər hansı bir qanun layihəsi yoxdur”.
"Əsassız səbəblərdən boşanmaya gedirlər. Bir-biri ilə yarışmaya çıxan insanlar var ki, bir nəfər müraciət edib, deyir ki, mənim dostum artıq iki dəfə boşanıb, mən bir dəfə boşanmışam, artıq ikinci dəfə boşanmaya müraciət etmək istəyir. Deyir, mən ondan geriyə qalıram. Gülünc bir şeydir, ancaq cəmiyyət üçün həyəcan təbili çalınacaq bir hadisədir".

Bu fikirləri APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Onlardan 20-30 faizinin boşanmasına sosial şəbəkələr səbəb olub: "Əvvəllər boşanmaların sayı ciddi səbəblərdən olurdu, amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Son dövrlər diqqətinizə çatdırım ki, bir çox hallarda bir-birini xəyanətdə ittiham edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur. Kişi və yaxud qadın olmasından asılı olmasına baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə, sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda boşanmaya səbəb olur".

Xəyal Bəşirov deyir ki, hətta bir layk və şərhə görə də boşananlar var. Kişilər həyat yoldaşlarının sosial şəbəkələrdəki fəallığının kənardan yanlış anlaşılacağından çəkinirlər: "Əks cinsin nümayəndəsi bir məlumat paylaşır və yaxud bir hadisə ilə bağlı bir fikir bildirir, digər şəxslər qadın ona şərh yazarsa bu, artıq qloballaşdırılıb boşanmanın əsası kimi gətirilir və boşanmaq üçün kişi tərəfindən məhkəməyə müraciət etmək üçün əsas olur. Bəzən heç o insan heç o adamı tanımır, sadəcə, fikirdir, baxır, maraqlı olur, şərh yazır".

Vəkil deyir ki, qanunvericilikdə nikah könüllülük prinsipləri əsasında qurulduğu üçün boşanmalar da eyni əsasla həyata keçirilir.

Bəs oxucularımızın boşanmaların səbəbini nədə görürlər?

Çingiz Dadaşov deyir ki, yetkinlik yaşına çatan kimi valideynlər uşaqlarına ailə qurdur. Əksər gənclərin fikrini öyrənməmiş ərə verirlər ya da qız alırlar: “Nə qədər ki, belə hallar var, gənclərin fikrinə hörmətlə yanaşan az ailə var, elə o qədər də çox boşanmalar olacaq. Qız və ya oğlan hər tərəfli formalaşmalı, sonra ailə qurmalıdır. Ancaq əsas gənclərin fikrini nəzərə almaq lazımdır ilk növbədə”.

Arzum Musazadə deyir ki, iki boşanmış ailəni şəxsən tanıyır. Oxucumuzun fikrincə, bəzi qadınlar elə bilir ki, ailə elə uşaq dünyaya gətirməkdir: “Nə həyasızlıq etsə də uşağa görə əri boşanmayacaq bundan. Amma ailə böyüklərə hörmət, yoldaşına qayğı deməkdir. Əvvəl sakit olub, uşaq olandan sonra fironluq eləyən qızdan mən də boşanaram. Evdə əlini ağdan qaraya vurmamaq, yoldaşı işdən gələndə qapıdaca onu it kimi tutmaq ailədir bəyəm? Uşağa nənəni, babanı pisləyib öyrətmək hansı insanlığa sığar? Mən tanıdığım iki ailə qadının günahından dağılıb. Allah qorusun belə insanlardan. Belə ailələrin olmasındansa dağılması yaxşıdır.

Musa Həsənli düşünür ki, seriallar, Facebook bəhanədir. Ailəsini sevən qadını və ya kişini Facebook, serial və s dəyişə bilməz, heç bir təsir edə bilməz: “Sevgisiz saxta ailələr boşanmaya səbəb olur. Ailədə sevgi, hörmət, qayğının olması şərtdir. Ailə-məişət zorakılığı keçən illərdə artıb. Bunu niyə gizlədirlər. Azərbaycanda ildə 1000-1200 ailə övladı olmadığı üçün boşanır. Uşaq evindən körpə götürüb böyütmək olar. Azərbaycan qız uşaqlarının doğum nisbətinə görə dünyanın ən pis 2-ci ölkəsidir. Azərbaycanda alkoqolizm xəstələrinin sayı artıb. Alkqolik insanla evdə yaşayan qadınlar isə cəhənnəmdə yaşamış kimidir. Bunu hamı bilir. Xəyanət də boşanmada rol oynayır. Kişilərin xəyanətinə bəraət niyə verilir? Kişi və ya qadın xəyanət edibsə cəza eynidir. Və bu pis əməldir. Kasıbçılıq da bəzi ailələrdə rol oynayır. Amma bütün problemləri demək lazımdır. Facebook ailəni necə dağıdır? Demək ki, həmin adam özü pis işə meyillidir. Camaat Facebook vasitəsilə biznes görür, dərs deyir, pul qazanır. Bəziləri əxlaqsızdırsa, Facebook günahkar deyil”.

Raul adlı oxucumuz da düşünür ki, səbəb ailələrin real həyata psixoloji adaptasiya olmamasıdır: “Bəziləri maddiyat üzərində qurulur, bəziləri isə həyatın qanunudur kimi. Ancaq ən azı fərd kimi formalaşma bu gün Azərbaycanda getmir. Getsəydi ən azı belə yaşayışa heç kəs razı olmazdı. Psixoloji aspektlər çoxdur hamısını sadalamayaq”.

Digər rəy yazan oxucularımız isə səbəblər arasında iqtisadi çətinlik, böyüklərin gənc ailələrə müdaxiləsi, sosial şəbəkələr, dözümsüzlük, seriallar, psixoloji problemlər, xəyanət, cinsi azlıq, ev problemi, el qınağının olmaması, kasıbçılığı qeyd ediblər.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]