Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanda görünməmiş imtahan fırıldağı: düyməsində kamera keçirdi - FOTOLAR

Azərbaycanda görünməmiş imtahan fırıldağı: düyməsində kamera keçirdi  - FOTOLAR
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
3/5/2017 [18:02]
Baxılıb :
44140 dəfə

Aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə  keçirilən qəbul imtahanları ilə əlaqədar Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
 
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, 1-3 may tarixlərində fəaliyyət göstərən Apelyasiya Komissiyasına imtahanın məzmunu ilə əlaqədar daxil olan müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib və bununla bağlı hər bir abituriyentlə akt imzalanıb. Komissiya fəaliyyət göstərdiyi tarixlərdə imtahanlarda baş vermiş müxtəlif hallarla bağlı araşdırma aparıb və müvafiq qərarlar qəbul edib.
 
İmtahanda baş verən bir sıra hallarla bağlı Komissiya abituriyent və valideynlərə müraciət edir:
 
"Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin təmin edilməsi, eləcə də imtahan binasına qadağan olunan vasitələrin keçirilməsinin qarşısının alınması üçün imtahan binasının girişində xüsusi buraxılış rejimi tətbiq olunur. Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX), Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən binaya daxil olan hər bir şəxs baxışdan keçirilir. Qəbul qaydalarına əsasən, iştirakçılar tərəfindən binaya mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Bununla bağlı, məlumat abituriyentin yaddaş kitabçasında, həmçinin imtahana buraxılış vərəqəsində də qeyd olunur. Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müəyyən abituriyentlər yenə də imtahan binasına telefonla daxil olmağa cəhd edirlər. Belə ki, aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da bu cür hallara rast gəlinib. Qeyd edək ki, buraxılış rejimi zamanı abituriyentlərdən ümumilikdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkar edilib və həmin abituriyentlər imtahana buraxılmayıb".  
 
Dövlət İmtahan Mərkəzi bir daha abituriyentlərə ciddi xəbərdarlıq edir. Qəbul qaydalarına zidd olaraq imtahan binasına qadağan olunmuş vasitələr keçirən abituriyentlərin imtahan nəticələri ləğv ediləcək.
 
Bundan əlavə, imtahandan bir gün əvvəl DİM və XDMX əməkdaşlarının iştirakı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan zalları, giriş-çıxış qapıları, binanın zirzəmisi, damı möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir. Aprelin 29-da imtahan keçiriləcək binalarda aparılan yoxlama zamanı müxtəlif yerlərdə əvvəlcədən gizlədilmiş mobil telefonlar aşkar edilib. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədilib. 
 
Öncədən həyata keçirilən tədbirlər nəticəsində imtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb. Mobil telefonları su çənində gizlədən  abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub.  Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina edib və onu yerə çırparaq sındırıb. Göründüyü kimi, DİM tərəfindən keçirilən imtahanlarda qadağan olunan vasitələrin imtahan binasına keçirilməsi və ya istifadəsinin qarşısı alınır. Növbəti imtahanlarda iştirak edəcək abituriyentlərdən xahiş edirik ki, qəbul qaydaları və hər bir imtahandan öncə onlara təqdim olunan yaddaş kitabçasındakı məlumatlarla diqqətlə tanış olsunlar və müəyyən olunmuş qaydaları pozmağa cəhd göstərməsinlər. DİM-in əsas məqsədlərindən biri şəffaf, ədalətli və hamı üçün bərabər şərtlərlə imtahan keçirərək daha bilikli abituriyentlərin müəyyən edilməsidir. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]