Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zərərçəkmiş qadın sürücüyə verilən cəzadan şikayətçidir

Zərərçəkmiş qadın sürücüyə verilən cəzadan şikayətçidir
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
1/5/2017 [17:51]
Baxılıb :
338 dəfə
Şikayətçi Akif Şirinov ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir

Avtoqəza nəticəsində ağır xəsarət alaraq həlak olan Şirinov Zaur Akif oğlunun atası Akif Şirinov faktla bağlı açılmış cinayət işi üzrə ibtidai istintaqdan və məhkəmənin qərarından şikayətçidir. 
Onun sözlərinə görə, Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Əli Məmmədov işi hərtərəfli, tam və obyektiv araşdırmayıb, zərərçəkmişlərə cinayət işinin nəticəsi ilə bağlı məlumat vermədən işi məhkəməyə göndərib. Məhkəmə isə zərərçəkmişə dəymiş maddi və mənəvi zərərin ödənilməməsinə baxmayaraq, təqsirləndirilən şəxsə məntəqə tipli cəza verilməsi barədə hökm çıxarıb. 

İş üzrə zərərçəkmiş Şirinov Akif Vəzir oğlu bildirib ki, 19.03.2013-cü il tarixdə Yasamal rayonu ərazisində, Sədərək-Yasamal yolunda yol-nəqliyyat hadisəsi nəticəsində onun 1980-cı il təvəllüdlü oğlu Zaur Şirinov ağır yaralanıb. Dərhal xəstəxanaya çatdırılmadığına görə hadisədən təxminən 3 saat sonra Respublika Klinik Xəstəxanasında vəfat edib. Və onun 3 azyaşlı övladı atasız qalıb.

“Hadisəni görənlərin dediyinə görə, oğlum Zaur idarə etdiyi “Oka” markalı avtomobillə öz yolunda hərəkət edərkən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü tərəfindən vurulub. Sürücü öz adamlarına zəng edərək hadisə törətdiyini bildirib və həmin şəxslər hadisə yerinə gəliblər. Təqsiriləndirilən şəxs yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk edib. Yaralı üçün təcili yardım çağrılmayıb və köməklik göstərilməyib. Yoldan keçən taksi sürücüsü tərəfindən yaralı hadisədən 3-4 saat sonra xəstəxanaya aparılıb və orada vəfat edib.  
Bu ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq Əli Məmmədov tərəfindən cinayət işi başlanıb”,-deyə Akif Şirinov bildirib. 

Şikayətçi iddia edir ki, müstəntiq cinayətdə təqsirləndirilən İbrahimova Səltənət İbrahim qızının maraqlarını müdafiə edib: “Ona qarşı hadisə yerindən qaçma maddəsi tətbiq edilməyib. Hadisə yerində olan müşahidə kameralarının videogörüntüsü məhkəmə ekspertizasına təqdim edilməyib və bu barədə mənim vəsatətlərim nəzərə almayıb. 

Mənim nümayəndəm Hüseynov Zakir Əlihüseyn oğlu müstəntiqin bizi qəbul etmədiyinə görə müstəntiq Əli Məmmədova “sizin ucbatınızdan mən zərərçəkmişə cinayət işinin materialları haqda məlumat verə bilmədiyimə, hüququnu müdafiə edə bilmədiyimə görə onun nümayəndəsi olmaqdan emtina edirəm” ərizəsini yazılı şəkildə təqdim edib”. 

Zərərçəkmiş deyib ki, o, müstəntiqdən aidiyyatı orqanlara şikayət edib: “Şikayətlərimizin hamısını müstəntiq Əli Məmmədova göndərdilər. O da bizim şikayətimizə baxmadı.

Biz 27.06.2013-cü ildə Baş Prokurorluqda Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcovun qəbulunda olduq və ondan cinayət işinin Yasamal rayon Polis İdarəsindən alınıb istənilən prokurorluq orqanında baxılmasını xahiş etdik. O, bizə “qəza işləri polisə aid olduğu üçün polis orqanları baxmalıdır” dedi və işin Yasamal rayon Polis İdarəsindən alınıb Bakı şəhər Baş Polis İdarəsinə verilməsi haqda göstəriş verdi və bizə Əli Məmmədovun çağrışına getməməyimizi tapşırdı. 

28.06.2013-cü ildə müstəntiq Əli Məmmədov mənə zəng edərək “nümayəndənizlə birlikdə istintaq şöbəsinə gəlib cinayət işinin materialları ilə tanış ola bilərsiniz” dedi. Mən isə ona “sizin işə düzgün baxmadığınız üçün Prokurorluğa şikayət etmişəm, sizdən iş alınması haqda sizə göstəriş verildiyinə görə indi məni çağırırsınız” dedim və getmədim. 

Müstəntiq Əli Məmmədovdan 28.06.2013-cü il tarixində onun yanına gəlməyimiz haqda teleqrama aldıq və işin ondan alınacağına görə oraya getmədik. Müstəntiq Əli Məmmədov tələm-tələsik cinayət işini məhkəməyə göndərib və bizə heç bir məlumat verməyib. Yasamal rayon Məhkəməsinə bu iş 09.07.2013-cü ildə daxil olub.

Yasamal rayon Məhkəməsinin bizə təqdim etdiyi ittiham aktının surətindən məlum olur ki, hadisə təqribən 14.00-da olmasına baxmayaraq 16.45 radələrində olduğu göstərilib. Bunları kamera görüntülərindən aydın  görmək olar. Təqsirləndirilən şəxs ölənin ailəsinə istər maddi, istərsə də mənəvi köməklik göstərməyib, amma ona yüngülləşdirici cəzanın verilməsini tövsiyyə edib”. 

Zərərçəkmişin sözlərinə görə, Yasamal rayon Məhkəməsində proses 8 ay davam etsə də, məhkəmədə şahid dindirilməyib: “Məhkəmə təqsirləndirilən şəxslərə 4 il 6 ay məntəqə tipli cəza verdi. Bu hökmdən apellyasiya şikayəti verdim. Bakı Apellyasiya Məhkəməsi 3 azyaşlı uşağın taleyinə biganə qalaraq, dəymiş maddi və mənəvin ziyanın ödənilməməsinə baxmayaraq birinci məhkəmə instansiyanın hökmünü qüvvədə saxladı. Bu hökmdən kasasiya şikayəti yazdım. Ali Məhkəmə işə baxaraq apellyasiya  instansiyasının hökmünü ləğv edib yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytardı.  Bakı Apellyasiya Məhkəməsi işə baxaraq  4 il 6 ay məntəqə tipli cəzanı 5 il məntəqə tipli cəza ilə əvəz etdi”.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]