Donor olsa da Talassemiya Mərkəzində 21 yaşlı Çiçək Bəşirlini əməliyyat etmirlər
Günümüzdə insanların, xüsusən uşaqların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri leykozdur. Müalicələrin aparılmasına baxmayaraq, xəstəliyin sağalması üçün əsas şərtlərdən biri sümük iliyinin köçürülməsi əməliyyatınımn həyata keçirilməsidir.
Leykozdan əziyyət çəkən daha bir gəncimiz 21 yaşlı Çiçək Bəşirlidir. Naxçıvan Tibb Universitetinin 5-ci kurs tələbəsi olan gənc xanıma 2016-cı ilin sentybarında M1 diaqnozu qoyulub. Soyuqdəymə şikayətləri ilə həkimə müraciət edən ailə qızlarında belə bir problemin yaranmasını gözləmədiklərini deyirlər. Çiçəyin atası Məhhəmməd Bəşirli deyir ki, diaqnoz qoyulduqdan sorna ailə Türkiyəyə üz tutub. Oradakı müayinələr zamanı Çiçəyin diaqnozu dəyişdirilərək leykoz M5 olub: “Keçən il Türkiyədə Çiçək müayinədən keçmişdi. Ümumi müayinə nəticələri normal idi. Hər hansı bir xəstəlikdən şübhələnmədi həkimlər. 2016-cı ilin sentyabrında isə qrip oldu və temperaturu dayanmadan yüksəlirdi. Oktybarın 15-nə qədər yüksək tempratur və qripdən əziyyət çəkirdi qızım. Həkim müayinə etdikdən sonra leykoz olduğunu dedi. Dərhal Bakıya Hemotologiya və Qan İnsitutuna yönləndirdi bizi. Orda da Çiçəyin leykoz olduğu təsdiqləndi. Daha sonra Terapevtik klinikada oğlumdan nümunə götürülərək Türkiyəyə göndərildi və nəticə müsbət oldu. Oğlum bacısı üçün donor olaraq uyğun idi”.
Ailə sevincli xəbəri alsa da, sonradan əməliyyatın həyata keçirilməsində problemlə qarşılaşıblar. M. Bəşirli deyir ki, özü müəyyən araşdırmalar edib və Talasemiyya Mərkəzində 42 nəfərə sümük iliyinin köçürülməsi əməliyyatının uğurla həyata keçirildiyini öyrənib. Ancaq onlar xəstəxanaya müraciət etdikdə əməliyyatın həyata keçirilə bilməyəcəyini deyiblər. Səbəb isə Çiçəyin yaşının 17-dən yuxarı olması olub: “Dəfələrlə baş həkimin qəbulunda olmuşam. Donor olduğunu, qızımın da təcili əməliyyata ehtiyacı olduğunu dedim. Ancaq bildirdilər ki, Talassemiya Mərkəzində 17 yaşa qədər olan şəxslər əməliyyatı keçirilir. «Niyə» deyə soruşduqda isə səbəbini bilmədiklərini dedilər. Həkim, Əgər Səhiyyə Nazirliyi icazə verərsə əməliyyatı keçirə bilərik dedi”.
Məhəmməd bəy dəfələrlə Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə müraciət etdiyini deyir. Ancaq hər dəfə eyni cavabı alıb: “Hər dəfə bizi Qan İnsitutuna yönəldirlər. Onların bizə göstəridiy müalicələri artıq etdirmişik və Çiçəyin yenidən həmin müalicələrə ehtiyacı yoxdur. Həkimlər bizə təcili əəməliyyat olunmazsa, qızımın həyatını itirəcəyini deyirlər”.
M.Bəşirli deyir ki, hazırda Naxçıvandadırlar və ayda bir dəfə yoxlanış və anlizlər üçün Bakıya gəlirlər. Ailənin maddi vəsaiti tükəndiyindən və Bakıda heç bir qohumları olmadığından hər dəfə Bakıya gəlib getmək onlar üçün getdikcə çətinləşir: “Qızım gələcəyin həkimidir. Artıq 5-ci kursda oxuyur. Özü də müalicə işi üzrə. Əgər onun bu gün həyatı xilas olmazsa, ölkə gənc həkimini itirəcək. Axı bizim donorumuz da var, nəyə görə əməliyyata icazə vermirlər. 21 yaş olduqca gəncdir. Onun həyatı hələ qabaqdadır. Göz görə- görə gənc bir insanı necə ölümə təkr edə bilərlər axı?”.
Talassemiya Mərkəzindən isə bildirdilər ki, əməliyyatda yaş məhdudiyyəti və icazənin verilib-verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edək.
Səhiyyə Nazirliyindən məsələnin araşdırılacağı bildirilsə də, sonradan zənglərimizə cavab verən olmadı.
İndiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.
Azərbaycanda 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov 2016-cı ilin yekunlarına dair hesabat tədbirində deyib. Onun sözlərinə görə, Mərkəzdə 2014-cü ildən fəaliyyətə başlayan Sümük iliyi transplantasiyası şöbəsində bu il ərzində 17 xəstə üzərində sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.
C.Məmmədov bildirib ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir: "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı"nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənib”.
Direktor deyib ki, hazırda Mərkəzdə dispanser qeydiyyatda olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur: "2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21 009 müraciət olub. Bunlardan 2749 ilkin müraciət etmiş şəxsdən 276 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür".
Aysel