Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

14 ilin şok statistikası: 400 min uşaq məktəbə getməyib

14 ilin şok statistikası: 400 min uşaq məktəbə getməyib
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
27/4/2017 [22:22]
Baxılıb :
543 dəfə
BMT: Azərbaycan əhalinin savadlılıq göstəricilərinə görə lider ölkələr sırasındadır
Ekspert Kamran Əsədov təhsildən yayınmaların getdikcə kütləviləşdiyini deyir


Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub. 

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında qeyd olunub ki,  9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub: "Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək mümkündür".

Belə şagirdlərin 9-cu, 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub.

9-cu siniflər  yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçən il açıqladığı statistikada isə 2015-ci ildə Azərbaycanda keçirilən buraxılış imtahanlarında oxuyub-yazmağı bilməyən yüzə yaxın məzunun olduğu bildirilmişdi. Onlar 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər olublar. 

2015-ci ildə açıqlanan statistikada isə 2014-cü il məzunları arasında 66 nəfərin oxuyub-yazmağı bacarmadığı qeyd olunmuşdu. M. Abbassazdə “çox acınacaqlı haldır ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub” - deyə bildirmişdi. 
66, 100, 91 şagirdin oxuyub-yazma bilməməsi həqiqəti əks etdirirmi? Ümumiyyətlə, imtahan vərəqlərinin boş olması həmin şagirdlərin oxuyub yazma  bilməməsi deməkdirmi?

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir: “Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir). DİM-in təqdim etdiyi məlumat əslində bu o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir. XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% - dir. Bundan başqa, DİM-nin şagirdlərin oxuyub yazma qabiliyyətini yoxlamaq kimi bir funksiyası yoxdur. Onlar yalnız imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında bunu müəyənləşdirib. Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa bu onun oxuyub yaza bilməməsi demək deyil”. 

“Dövlət imtahan mərkəzi  açıqladığı məlumatda həm də özünü tənqid etmiş olur. Bilirsiniz ki, qurum 5-ci sinifdən başlayaraq məktəblərdə monitorinq imtahanları həyata keçirir. Belə çıxır ki, olar bu imtahanlara və onun  nəticələrinə laqeyd yanaşıblar. Bundan əlavə bu statistikada diqqəti çəkən 11-ci siniflərdə oxuyub-yaza bacarığının olmadığı iddia olunan məktəblilərlə bağlıdır. Axı həmən 11-ci sinifdə oxuyan iki il əvvəl 9-cu sinifdə DİM- nin keçirdiyi buraxılış imtahanlarında iştirak edib və müsbət qiymət alıb. Necə oldu onlar iki il ərzində oxuyub-yazmaq qabiliyyətlərini itirdilər?” - deyə K.Əsədov bildirib.

Ekspert BMT İnkişaf Proqramının saytına istinadən DİM-in təqdim etdiyi məlumatın həqəqə uyğun olmadığını deyir. Onun fikrincə, BMT qeyd edir ki, Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir: “Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb.  Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. Ümumiyyətlə DİM (TQDK)-nın təqdim etdiyi məlumat heç də təhlükəli deyil”.

Şagirdlər arasında oxuyub-yazma bacarıqları olmayanların təhsildən yayındığını demək olar. Ümumiyyətlə, statistika göstərir ki, son 14 ildə təhsil alan şagirdlərin sayında kəskin azalma var.  Dövlət Statistika Komitəsinin bülleteninə görə, 2000-2014-cü illərdə əsas azalma ümumi orta məktəblərdə baş verib. Əgər 2000-ci ildə tədris müəssisələrində təhsil alanların sayı 2 milyon 34 min nəfər idisə, 2014-cü ildə bu rəqəm 1,712 milyon təşkil edib. Yəni, təhlillər göstərir ki, son 14 ildə ümumtəhsil məktəblərinə gedən şagirdlərin sayı 400,5 min nəfər azalıb.

Əldə olunan dəqiq statistik məlumatlara əsasən, 2015-2016-cı təhsil ili dönəmində təhsildən yayınma hallarının say nisbətinə görə Sabirabad birinci yerdə gəlir. Belə ki, rayon üzrə 300-ə yaxın şagirdin təhsildən yayınma halı baş verib. Onlardan 200-nün qız, 100-dən çoxu oğlandır.  Ağcabədi rayonunda təhsildən yayınan 250-dən çox şagirdin 150-si qız, Şəkidə təhsildən yayınan 200-ə yaxın şagirdin 100-ə yaxın qız, Cəlilabad və Şamaxıda  150-dən çox şagirdin 50-dən çoxu qız, Salyanda təhsildən yayınan 150-ə yaxın şagirddən 100-ə yaxını qız, Kəlbəcər  qeydiyyatlı olan, təhsildən yayınan 150-ə yaxın şagirddən 50-si qız, Masallıda təhsildən yayınan 150-ə yaxın  şagirddən 100-ə yaxını qız, İmişli və Tovuz rayonlarının hər birində təhsildən yayınan 100-dən çox şagirdin 50-ə yaxını qız, Xaçmaz rayonunda təhsildən yayınan 100-dən çox şagirdin 50-si qız, Qusarda 100-ə yaxın təhsildən yayınan şagirdin 50-dən çoxu yenə qız şagirdir. Ümumilikdə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla 3655 şagirdin təhsildən yayınması halı qeydə alınıb.

AYSEL



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]