Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Rusiya Əsədi çox rahatlıqla qurban verə bilər”

Bölmə :
Araşdırma
Yayım tarixi :
27/4/2017 [21:25]
Baxılıb :
2363 dəfə

Dünyanın əsas problemlərindən biri sayılan Suriya ətrafında yeni gəlişmələr var. Rusiya ilə Amerikanı üz-üzə gətirən Bəşər Əsəd rejiminin müdafiəsindən artıq Kremlin geri çəkildiyi barədə iddialar meydana çıxıb.

“Moskva Bəşər Əsədə mövqeyini dəyişib”. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə müsahibəsində deyib. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: “Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm”.

“Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq” - deyə, Türkiyənin dövlət başçısı əlavə edib. 
Qeyd edək ki, Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.

Türkiyə rəhbərinin bu sözlərinin ardından dünyanın əsas iki güc dövlətinin artıq Suriya məsələsində üz-üzə gəlməyəcəkləri ilə bağlı fikirlər daha çox səslənməyə başladı. Lakin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlaması Rusiya-Amerika münasibətlərinin müsbətə doğru dəyişəcəyi ilə bağlı deyilənlərin üstündən xətt çəkdi.

“ABŞ-ın Suriyadakı Şayrat bazasını vurması bu ölkədəki rus hərbçilər üçün təhdid yaradır”. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Kremlin Suriya siyasətində dəyişikliyin olduğu hiss olunur: “Maraqlıdır ki, Türkiyə prezidenti Rusiya dövlət başçısının Əsədlə bağlı mövqeyində dəyişikliyin baş verdiyini nümayiş etdirən fikirlər səsləndirsə də, xarici işlər naziri Lavrov Əsədin getməyəcəyini deyir. Bu ziddiyyətin Rusiyadaxili ictimai rəyə yönəlik məsələlərdən, yaxud hansısa digər məqamlardan qaynaqlandığını deyə bilmərəm. Amma Rusiyanın Əsədlə bağlı mövqeyində dəyişikliyin baş verməsi xeyli vaxtdır ki, hiss olunur. Xüsusilə də ABŞ Suriyadakı aviabazaya raket zərbələri endirdikdən sonra. Rəcəb Tayyib Ərdoğanın fikirlərindən isə belə anlaşılır ki, Rusiya Əsədi çox rahatlıqla qurban verə bilər. Əslində bu öncədən də bəlli idi. Tarix boyu hansı dövlət rəhbəri Rusiyanın vədlərinə inanıb öz xalqına qarşı gedibsə, aqibəti acı olub. Rusiyanin hüquqi sələfi olan SSRİ-nin Əfqanıstan lideri Məhəmməd Nəcibullaya yardımları necə dayandırdığını və onun necə qurban verildiyini xatırlayın... SSRİ Rusiyanın bətnindən doğduğu kimi, müasir Rusiya da SSRİ-nin bətnindən doğub. Bu baxımdan, hansısa maraqların təmin olunması müqabilində Moskva Əsədi rahatlıqla qurban verə bilər. Amma məsələ burasındadır ki, Əsədin artıq heç bir dəyəri yoxdur. Suriyadakı proseslərdə söz sahibi olan heç bir güc Əsədi bazarlıq predmeti kimi qəbul etmir. Əsəd heç kimə lazım deyil, hətta Rusiyaya da... Rusiya Suriya böhranından ən azı ciddi itki vermədən çıxmaq istəyir. Çünki Rusiyanın Suriyada uzunmüddətli hərbi iştirakı bu ölkəyə uğurlu perspektiv vəd etmir. Rusiya iqtisadiyyatı belə uzunmüddətli böhrana tab gətirə bilməz və gətirmir də... Qeyd etdiyim kimi, Əsədin müqabilində Rusiyaya nələrinsə veriləcəyi inandırıcı deyil. Rusiya hər dəfə Əsədi piştaxtaya çıxarır, amma alan olmur. Türkiyə prezidentinin Əsədlə bağlı mövqeyi isə qardaş ölkənin strateji maraqlarından daha çox şəxsi hisslərdən qaynaqlanır. Əsəd onsuz da siyasi meyitdir. Qənaətimə görə, hazırda Rusiyanın əsas məqsədi böhranın həllindən sonra Hərbi Dəniz Qüvvələrinin Tartusdakı 720 saylı material-texniki təchizat qərargahını, Hərbi Hava Qüvvələrinin Lakatiya yaxınlığındakı bazasını qoruyub saxlamaqdan ibarətdir. Təbii ki, Rusiya Suriyanın yeni hakimiyyətinin formalaşmasında da iştirak etmək istəyir. Eyni zamanda bu ölkənin enerji resursları və nəqliyyat dəhlizləri üzərində müəyyən təsir imkanlarına malik olmaq niyyətindədir. Lakin bütün bunları əldə etmək üçün Əsədin qurban verilməsi yetərli deyil. Rusiyanın siyasətində iz azdırmaq deyilən bir anlayış yoxdur. Əksinə, Rusiyanın izləri hətta ehtiyac duyulmayan yerlərdə də daha qabarıq nəzərə çarpır”.

E.Mirzəbəyli Rusiyanın Amerika ilə bütün körpüləri yandırmaq niyyətinin olmadığını da qeyd etdi: “ABŞ və Rusiya arasında baş verə biləcək hər hansı bir qarşıdurma münasibətləri tamamilə dalana dirəyə bilər. Körpülərin tamamilə yandırılması Rusiya üçün əlverişli deyil. Ərdoğanın Kremli Avropanın caynağından qoparmaq istədiyini də düşünmürəm. Rusiyaya güclü Türkiyə lazım olmadığı kimi, Türkiyəyə də güclü Rusiya lazım deyil. Türkiyə Rusiyanın enerji resursları hesabına tranzit ölkə statusunu möhkəmləndirmək və Avropanın enerji təchizatında söz sahibi olmaq istəyir. Ərdoğan üçün bu, həm də Avropanın təzyiqləri qarşısında dayanmaq üçün əlavə rıçaq əldə etmək deməkdir. Türkiyənin Qərblə Rusiya arasında vasitəçiliyi Ankaranın bundan sonra sərgiləyəcəyi mövqedən, regionda baş verən proseslərdən və təbii ki, Qərbin mövqeyindən, strateji məqsədlərindən asılıdır. Türkiyəyə qarşı davam etməkdə olan təzyiqlər Avropanın belə bir vasitəçilikdə maraqlı olmadığını nümayiş etdirir”. (Müsavat.com)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]