Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Antiterror mərkəzinin rəisinin istintaqa sensasion ifadəsi

Antiterror mərkəzinin rəisinin istintaqa sensasion ifadəsi
Bölmə :
Kriminal
Yayım tarixi :
27/4/2017 [19:42]
Baxılıb :
6172 dəfə
MTN işində “üçüncü pərdə”: daha bir dəstənin məhkəməsi başladı

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqa qaytarılması barədə vəsatət versələr də, təmin olunmayıb.

Məhkəmənin baxış iclası mayın 4-ə təyin edilib. 

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra barəsində həbs-qətimkan tədbiri seçilən E.Quliyevə qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma, mütəşəkkil dəstə tərəfindən külli miqdarda quldurluq, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və s. əmmələrlə bağlı ittiham verilib. Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir. 

“Müəyyən məlumatları toplayaraq sabiq nazirə təqdim etmişəm”

Elçin Quliyev istintaqa ifadəsi yayılıb və o, elan olunmuş təqsirli bilməyib: “Bir neçə dəfə sabiq nazirin (Eldar Mahmudovu nəzərdə tutur) xüsusi tapşırıqlarını yerinə yetirmişəm. Monitorinq mərkəzinin rəisi Teymur Quliyev ilə birlikdə əldə olunacaq məlumatları birgə işləmişik. Teymur Quliyevə əlavə işləri görməklə mənə məruzə etməyi tapşırmışam. Teymur Quliyev müəyyən məlumatlar göndərib, bizdə müəyyən məlumatları toplayaraq sabiq nazirə təqdim etmişəm”. 
O qeyd edib ki,  tabeliyində olan hər hansı əməliyyat işçisinin hər hansı vətəndaşı MTN-nin inizabi binasına dəvət edən zaman nazirliyin inzibati binasına buraxılması üçün əməliyyat növbətçisinə göstəriş verib: “Vətəndaşın dəvət edilməsindən əvvəl həmin vətəndaşın dəvət edilməsinə əsas verən arayış tərtib olunub. Həmin arayış tərəfimdən təsdiq edildikdən sonra razılaşdırılması üçün sabiq nazirə təqdim edilib. Arayış sabiq nazir tərəfindən təsdiq ediləndən sonra bizə qaytarılıb. Daha sonra müvafiq əməliyyat işçisi tərəfindən həmin vətəndaş dəvət olunub”. 

“Büdcədə MTN-ə atyrəlmış 7.360.58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənməyib”

Elçin Quliyev etiraf edib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir Eldar Mahmudova ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub. 
Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu mərkəzin sabiq rəis müavini İlqar Əliyev və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitlərindən ümumilikdə 7.360.58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənməyib: 
“Antiterror mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabelyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələr pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat içşçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin maliyyə idarəsinə təqdim edilirdi. Maliyyə idarəsindən müvafiq məbləğdə pul vəsaiti götürüldükdən sonra müavinim İlqar Əliyevə təqdim edilirdi. Onun tərəfindən də adiyyatı üzrə əməkdaşlara paylanılırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”. 

İsraildən alınan avadanlıq və “Şimal küləyi” əməliyyatı...

 Elçin Quliyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib: 
“Buna görə təcili olaraq İlqar Əliyevə məlumat verdim, həmin iş üzrə bir neçə raport yazmalarını bildirdim. Daha sonra ümumi məbləği 1.000.000 manatdan yuxarı pul vəsaitinin götürülməsinə dair bir neçə raport götürdüm və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir tərəfindən həmin raportlar təsdiq edildikdən sonra hansısa işçimiz tərəfindən pul vəsaiti maliyyə idarəsindən götürüldü. Həmin vəsait əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar məmmədova göndərilib”. 

1.000.000 manat və yenə də “Şimal küləyi”- “pul birbaşa Vüqar Mahmudova verildi”.

Elçin Quliyevin sözlərinə görə, həmin hadisədən bir neçə gün sonra sabiq nazir yenidən ona zəng vurub və yenidən təxminən 1.000.000 manat məbləğində pul lazım olduğunu, yenə də “Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb: “Yenidən İlqar Əliyev vasitəsi ilə bir neçə raport yazdırdım. Maliyyə idarəsinin rəisi Rəşad Hüseynovla razılaşdırdıq ki, pul vəsaiti birbaşa maliyyə idarəsindən Vüqar Mahmudova verilsin. Buna görə də pul birbaşa Vüqar Mahmudova verildi. Bildiyimə görə, 2013-cü ilin dekabr ayında antiterror mərkəzi ilə yanaşı nazirliyin digər idarələrindən də, eyni qaydada pullar götürülüb”. 
Daha sonra Elçin Quliyev ifadəsində sahibkar Xalıq Sadıxovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi məqsədilə ona qarşı qanubnsuz hərəkətlərə yol verilməsi, hər ay ondan pul alınmasını inkar edib. O, bildirib ki, “Elite Travel” turizm şirkətinin rəhbəri Xalıq Sadıxovu tanımır: “Qeyd olunan şəxslə bağlı rəhbərlik etdiyim antiterror mərkəzində hər hansı materialın, ərizənin olması, habelə həmin şəxsin MTN-nin inizabti binasına buraxılmasını xatırlamıram”.

“Torpaq sahəsi həyat yoldaşım Kəmalə Axundovanın adına rəsmiləşdirildi” 

 2011-2013-cü illərdə Bakı şəhər sakini Əliəsgər Əliyevin Mərdəkan qəsəbəsində yerləşən 74.000 manat dəyərində 50 sot torpağın hədə-qorxu yolu ilə ələ keçirilməsi epizodu üzrə ifadə verən Elçin Quliyev qeyd edib ki, işçisi Rafiq Səfərov təxminən 2011-ci ildə Rafiq Səfərov onunla əlaqə saxlayıb. “Mərdəkan qəsəbəsində ucuz qiymətə olduğunu, həmin torpaq sahəsini alaraq mənim, özünün və müavinim olmuş İlqar Əliyevin arasında bölmək istədiyini bildirdi. Torpaq sahəsinin alınması, hasarın tikilməsi, natamam mansarlı bir mərtəbəli evin tikintisi ilə bağlı Rafiqə 40 min manata yaxın pul vermişəm. Həmin torpaq sahəsinin əvvəlcə Rafiq Səfərovun adına alındı, daha sonra həyat yoldaşım Kəmalə Axundovanın adına rəsmiləşdirildi”. 

Sabiq MTN generalı yaxasını kənara çəkir

Elçin Quliyev həmçinin qeyd edib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və monitorinq xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb: 
“Daha sonra Teymur Quliyev müəyyən məlumatlar göndərdi. Bizdə əlavə məlumatlar toplayaraq sabiq nazirə təqdim etdik. Barəsində texniki tədbirlər tətbiq edilmiş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram”. 
Sahib Qurbanov və Zaur Əzimovun istifadəsində olan teefon nömrəsi üzrə danışıqların qanunsuz dinlənilməsi və mütəşəkkil dəstə üzvləri tərəfindən Sahib Qurbanovdan 55.000 manat, Zaur Əzimovdan isə 120.000 manatın alınması epizodu üzrə ifadə verən Elçin Quliyev cinayət əməllərini inkar etməyə cəhd göstərib, zərərçəkmiş şəxsləri tanımadığını bildirib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə 250.000 ABŞ dolları tələb edib və 120.000 ABŞ dolları ələ keçirilməsi epizodu üzrə dindirilən Elçin Quliyev özünü bu cinayət əməlindən də kənara çəkib. O, Maqsud Mahmudovu tanımadığını bildirib. 

“İnfinity FX 35” markalı avtomobili Mahirə Süleymanovaya qaytarılmasını tələb etdik”

Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilməsi, ona məxsus 30.000 ABŞ dolları məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə danışan Elçin Quliyev cinayət əməlinin faktiki tərəfini etiraf edib: “2015-ci ilin sentyabr-oktyabr aylarında anam Ədilə Quliyevanın xahişi ilə, onun iş yoldaşı Mahirə Süıeymanovanı tabeliyimdə olmuş əməkdaşlar tərəfindən ləğv olunmuş MTN-nin Anterror mərkəzində qəbul etdik. O, Yalçın Abdullayev və digərlərinin qanunsuz əməlləri barədə ərizə yazdı. Həmin ərizə əsasında Yalçın Abdullayev və onun tanışlarını antiterror mərkəzinə çağırdıq. Onlardan “İnfinity FX 35” markalı avtomobili Mahirə Süleymanovaya qaytarılmasını tələb etdik. Həmin avtomobillə əlaqədar faktiki olaraq Binəqədi rayon Məhkəməsində mülki işə baxıldığını bilirdim. Eyni zamanda ləğv olunmuş MTN-nin Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərovdan həmin avtomobilin Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən Yalçın Abdullayevdən alınaraq saxlanca yerləşdirilməsini və daha sonra Mahirə Süleymanovaya qaytarılmasını təmin etməyi xahiş etdik. Göstərilən məsələlərlə bilavasitə İlqar Əliyev və Azər Mehdiyev məşğul olub”. 

Qeyd edək ki, ləğv edilmiş MTN-in sabiq vəzifəli şəxsləri Akif Çovdarov və digərləri, həmçinin Sübahir Qurbanov və digərlərinin cinatə işi də hazırda Bakı Hərbi Məhkəməsində baxış mərhləsindədir.
 
Rəşad VAQİFOĞLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]